TÜRK MİLLƏTİ dünya tarixinə damğasını vurmuş böyük və şərəfli bir millətdir. Bu, heç bir şübhə doğurmayan açıq bir həqiqətdir. Millətimiz tarix boyunca unudulmaz zəfərlərə imza atmış, üç qitəyə yayılan qüdrətli dövlətlər qurmuş, əsrlər boyu ucsuz-bucaqsız torpaqlarda dinləri, dilləri və irqləri fərqli olan xalqları ədalət və anlayışla idarə etmiş, ayaq basdığı hər yerə mədəniyyət, elm və əxlaq aparmış, bəşəriyyətə nümunə olmuşdur.
Bu misilsiz müvəffəqiyyətlərin təməlində isə Türk millətinin yüksək əxlaqı və mənəvi səciyyəsi dayanır. Əlinizdə tutduğunuz bu kitab, məhz Türkün bu yüksək xarakterini tanıtmaq və gələcək nəsillərə aşılamaq məqsədi ilə qələmə alınmışdır. Çünki Türk xalqının daha böyük uğurlar qazanması, onun öz mədəniyyətini, incəsənətini, tarixini və əxlaqi dəyərlərini dərindən tanıması və yaşatması ilə mümkündür.
Bu əsərdə Türk tarixinin işığında, Türk insanının əxlaqı, ədaləti, dürüstlüyü, təvazökarlığı, nəzakəti, xeyirxahlığı, səbir və təmkinlə yanaşı, comərdliyi və təbiət sevgisi kimi ali xüsusiyyətləri diqqətə təqdim edilir. Qısacası, Türkün yüksək səciyyəsi göz önünə sərilir və bir millət olaraq nə qədər dəyərli bir irsə sahib olduğumuz bir daha vurğulanır.