Belə düşünək, elektriksiz həyat necə olardı? 15 mərtəbəni liftsiz çıxmanız, soyuducuda saxladığınız yeməklərin xarab olmaması üçün çözüm axtarışınız lazım olacaqdı. Xəbərləri televizordan kreslonuza söykənərək təqib edə bilməyəcək, mikrodalğa sobada yeməyinizi istilədə bilməyəcək, musiqi setinizdən sevdiyiniz bir musiqini dinləyə bilməyəcək, saçınızı qısa müddətdə quruda bilməyəcək, kondisionerinizlə sərinləyə bilməyəcək, bir düyməni basaraq otağınızı işıqlandıra bilməyəcək, qab-qacaq, paltar qurutma kimi təmizliyiniz üçün lazımlı olan maşınları işlədə bilməyəcəkdiniz.
Gecələri eviniz etibarsız və qaranlıq olacaq, elektrikli qızdırıcı, su isidicisi, masa lampası, video və kompüter kimi həyatınızı asanlaşdıran, həyatınıza sürət qatan bir çox texnoloji alətdən uzaq bir həyatınız olacaqdı. Şəhərdəki sistemlərin işləməsi, qurulu nizamın davam etməsi necə elektrikə asılı isə, bədənimizdə də enerji istehsalı, ünsiyyət, təhlükəsizlik, baxım-təmir kimi demək olar hər cür əməliyyat üçün elektrikə ehtiyac duyular. Qısacası elektrik, bədənimiz üçün həyati əhəmiyyətə malikdir.
Çünki bədənimizdəki elektrik sistemi olmadan canlılıqdan danışmaq mümkün deyil və bu ehtiyac bir şəhərin ehtiyacından daha çox imtina edilməzdir. İnsan bədəni, elektronika ilə əlaqədar son dərəcə kompleks məlumatları əhatə edən, elektrik enerjisindən necə faydalanılacağını bilən ağıllı sistemlər ehtiva edər. Necə ki, elm adamları vücudumuzdakı elektrik sistemini təsvir edərkən, elektronikada istifadə edilən terminləri istifadə edərlər: Batareyalar, mühərriklər, nasoslar, generatorlar, dövrələr, axın, müqavimət, gərginlik, izolyasiya, yük...
Bu terminləri istifadə etmədən sinir sistemini təsvir etmələri o qədər də mümkün deyil. Son əsrlərdə kəşf edilən texnoloji sistemlərin işləməsi üçün lazımlı olan prinsiplərin, insan vücudunda ilk andan etibarən mövcud olması, Allahın vücudumuzu əhatə edən üstün elminin bir göstəricisidir. Kitab boyunca izah ediləcək detallar da, Rəbbimizin sonsuz elminin qavraya bildiyimiz nümunələrindən yalnız bir neçəsini meydana gətirməkdədir.