QURANA GÖRƏ ACİZLİK GÖSTƏRMƏK VƏ KƏDƏRLƏNMƏK HARAMDIR,
HƏQiQƏTƏN, iMAN EDiLDiYi HALDA, ALLAH MÜSƏLMANLARI ƏN ÜSTÜN MÖVQEYƏ GƏTiRƏCƏKDiR.
Acizlik göstərməyin və kədərlənməyin. Möminsinizsə, üstün olacaqsınız.
(Ali-İmran surəsi, 139)
➢ Acizlik göstərməyin və kədərlənməyin ...
Allah Quranda müsəlmanların acizlik göstərməmələrini və kədərlənməmələrini qəti bir ifadə ilə bildirir. Bu, Allahın bir əmridir. Buna zidd ruhi hala düşmək isə Allahın əmrinə zidd olduğuna görə haramdır.
Allah insanları dünya həyatında şər kimi görünən bir çox hadisələrlə imtahan edir. Müsəlmanın vəzifəsi isə başlarına gələn hər hadisəni Allahın qədərdə xüsusi olaraq təqdir etdiyini düşünüb hər an təvəkküllü və səbirli əxlaq göstərməsidir.
İçində olduğumuz axırzaman dəccaliyyət sisteminin ən çox yaşandığı, fitnələrin ən üst dərəcəyə çıxdığını, bu səbəbdən, Allaha könüldən yönələn müsəlmanların dəyərinin qat-qat artdığı dünyanın son dövrüdür. Peyğəmbər əfəndimiz (s.ə.v.) axırzamanda müsəlmanların bir çox çətinliklə qarşılaşacağını, bu çətinliklərin isə axırzamanın müqəddəs şəxsləri olan hz. Mehdinin zühurunun və hz. İsanın nüzulunun xəbərçisi olduğunu bidirir.
Hədisi-şəriflərdə müsəlmanların axırzamanda yaşayacaqları çətinliklərin arasında böyük müharibələrin yaşanması, anarxiyanın, ölüm və qırğınların artması, zəlzələlərin çoxalması, təbii fəlakətlərdə artım olması, kasıblığın artması, iqtisadi böhran kimi hadisələr sayılır. Peyğəmbərimiz bir hədisində axırzamandakı çətin vəziyyəti bu şəkildə təsvir edir:
Məğribdə (qərbdə) qarışıqlıqlar, fitnələr və qorxu olacaq. Aclıq və həyat bahalılığı olduqca yayılacaq.
Fitnələr çoxalacaq. (Ölüm-Qiyamət-Axirət və Axırzaman əlamətləri, s.440)
Allah “Ali-İmran”surəsinin 139-cu ayəsində bütün müsəlmanlara olduğu kimi, xüsusilə də bu günkü müsəlmanlara da xitab edərək axırzamandakı bu çətin mühitə baxmayaraq, qətiyyən acizlik göstərməmələrini və kədərlənməmələrini əmr edir.
➢ ... əgər (həqiqətən) iman etmişsəniz, ən üstün olan sizlərsiniz.
Çünki Allah Quran ayəsinin davamında Allaha, həqiqətən, iman edənlərin görünüşdə hansı mövqedə görünmələrindən asılı olmayaraq, iman, ağıl və vicdan yönündən ən üstün olduqlarını və onları maddi-mənəvi hər mənada mütləq ən üstün mövqeyə gətirəcəyini xəbər verir. Bu da axırzamanda Allahın hz. Mehdini (ə.s) vəsilə edərək İslam əxlaqını bütün yer üzünə hakim olması ilə gerçəkləşəcək. Sonrasında isə Qızıl dövr deyilən hər cür gözəlliyin, bolluq və bərəkətin olduğu mübarək dövr yaşanacaq. Allah digər Quran ayələrində olduğu kimi, bu ayəsində də İslam əxlaqının hakimiyyəti üçün Özünə şirk qoşmadan, həqiqətən, iman etməyi şərt qoyur.


