

Hz. Mehdinin yardımçıları həm ruhən, həm də cismən sağlam, çox səviyyəli, üstün və təsirli insanlar olacaqlar. Onların hər birinin qırx insan qədər gücü, qəlbi isə dəmir kimi möhkəm olacaqdır.
Hz. Mehdinin təbliğ fəaliyyətləri nəticəsində dünya miqyasında bütün insanlarda imana yönəlmə olacaq. Hər yerdə Allahın adı ucaldılacaq və İslam əxlaqı bütün dünyaya hakim ediləcəkdir.
Rəvayətdə "La İlahə İllallah və ənnə Muhammədən Rəsulallah" sözlərinin hər yerdə əks-səda yaradacağının bildirilməsi, Hz. Mehdinin İslam əxlaqını təbliğ fəaliyyətlərinin mediada, internet, televizor, radio, qəzet və jurnallarda daima gündəmə gələcəyinə işarə edir.
Hz. Mehdinin yardımçılarının mənəvi gücü qəlblərinin dəmir kimi olması ilə ifadə olunur. Onlar Allahın izni ilə mənən çox güclü və təsirli yaradılmışlardır, bu da onların təbliğ fəaliyyətlərinin uğurlu olmasına səbəb olacaqdır.