19-cu əsrdə kəşf edilən elektrik, əslində illərdir ki, təbiətdə var olan enerji qaynağıdır. İnsanın uzun axtarışlar və səylər sayəsində əldə etdiyi bu mühümnemət, yarandıqları ilk andan bəri Allahın yaratdığı bir çox canlıda var. Allahın üstün elminin təcəllisi olan bu canlılardan biri də istehsal etdiklərielektrik enerjisini sistemli şəkildə özlərini müdafiə etmək və daha bir çox fərqli məqsəd üçün istifadə edən elektrikli İlanbalıqlarıdır.
Elektrikli İlanbalıqları çox xüsusi sinir sistemi sayəsində olduqca qüvvətli elektrik cərəyanı istehsal edirlər. Bunu edərkən elektrik orqanında qorunan disk şəklindəki elektrik hüceyrələriylə eyni zamandafəaliyyət göstərən və xüsusi nizama sahib sinir sistemlərini istifadə edirlər.
Elektrik İstehsal Edən Sinir Sistemi Haqqında:
1. Sinir sistemi, hüceyrələrə elektrik göndərməsi üçün "elektrik orqanı" deyilən orqana siqnal göndərir. Beləcə, olduqca kompleks sinir qurğusu minlərlə hüceyrədə eyni anda fəaliyyətə başlayır.
2. Hər bir elektrogenik hüceyrə, daxiliiləmüqayisədəxarici səviyyədə 100 mikrovoltdan daha az mənfi elektrik daşıyır.Siqnal alındığında, sinir mərkəzi 1 dəqiqəliyinə asetilkolin adlandırılan bir növ nevrotransmiter (beyin və sinir sistemində mesajların çatdırılmasını təmin edən kimyəvi maddə) ortaya çıxarır. Bu əməliyyat əsnasında, hüceyrənin daxili və xaricini bir-birinə bağlayan zəif elektrik müqavimətiylə cərəyan yolu yaradılır. Bu sayədə, hər hüceyrə aktiv edilmiş qisimi mənfi yüklü, o biri tərəfi isə müsbət yüklü batareya kimi funksiya görür.
3. Elektrik orqanının içindəki hüceyrələr bərabər şəkildə istiqamətlənmiş batareya kimi olduğundan, aktivasiya halındakı bir hüceyrədən gələn axın, ətrafındakı hələ aktiv olmamış hüceyrələri də sürətlə axacağı istiqamətə doğru irəliləyən bir sel kimi, 2 millisaniyə qədər qısa zamanda fəaliyyətə başlayaraq elektrik istehsalını reallaşdırır.
İstehsal Edilən Elektrik Necə Olur ki Balığın Özünə Zərər vermir?
Olduqca qısa müddətdə bu qədər güclü enerji ortaya çıxaran ilanbalıqlarının öz istehsal etdikləri enerjiinin özlərini vumaması fövqəladə möcüzədir.
Üstəlik su kimi elektrikkeçirici mühitdə yaşayan ilanbalıqları suda istehsal olunan bu yüksək gərginlikli axından niyə təsirlənmirlər?
Bu problemin cavabını qısa şəkildə belə ifadə etmək olar; çox qısa müddətdə çox güclü enerji istehsal edən elektrikli ilanbalığı əgər su canlısı olmayıb quruda yaşayan canlı növü olsaydı, istehsal etdiyi elektrik cərəyanı miqdarı 1 amperə yaxın olardı. Bu da canlının bədəninin 500 voltluq batareyaya bərabər olması deməkdir. Lakin, əlavə çıxış nöqtəsi olması nəticəsində su, axının şiddətini azaldır və məqbul nisbətdə tutur.
Bu möcüzəvi hadisə, tamamilə Allahın qüsursuz yaratma sənətinin böyük nümunəsidir. Hər canlını yaşadığı mühitin şərtlərinə ən uyğun və ən dayanıqlı şəkildə yaradan Allahdır. Hər cür nöqsandanuzaqdır. O, hər şeyi qüsursuzca yaradandır.
ELEKTRİK CƏRƏYANLI CANLILAR
Xülasə
Bu məqalə, elektrik cərəyanı istehsal edən ilanbalıqlarının möcüzəvi quruluşunu və bu canlıların özlərini müdafiə etmək üçün elektriki necə istifadə etdiyini araşdırır. Məqalədə, ilanbalığının sinir sisteminin və elektrik hüceyrələrinin kompleks fəaliyyəti, həmçinin bu güclü elektrik cərəyanının balığın özünə zərər verməməsinin səbəbləri təhlil edilərək, Allahın qüsursuz yaratma sənəti vurğulanır.
Əsas məqamlar
- Elektrikli ilanbalıqları, xüsusi sinir sistemləri və elektrik hüceyrələri vasitəsilə özlərini müdafiə etmək üçün güclü elektrik cərəyanı istehsal edir.
- Sinir sistemi, elektrik orqanına siqnal göndərərək minlərlə hüceyrədə eyni anda kompleks bir fəaliyyəti işə salır.
- Hər bir elektrogenik hüceyrə, asetilkolin adlı nevrotransmiter sayəsində batareya kimi funksiya göstərir.
- Elektrik orqanındakı hüceyrələr, aktivasiya halında bir-birini sürətlə aktivləşdirərək elektrik istehsalını reallaşdırır.
- İlanbalıqlarının istehsal etdikləri yüksək gərginlikli cərəyanın özlərinə zərər verməməsi, suyun axının şiddətini azaltması ilə açıqlanır.
- Bu möcüzəvi hadisə, Allahın canlıları yaşadığı mühitə ən uyğun şəkildə yaratmasının qüsursuz bir nümunəsidir.
Tez-tez verilən suallar
Elektrikli ilanbalıqları necə elektrik cərəyanı istehsal edir?
Elektrikli ilanbalıqları, xüsusi sinir sistemləri və elektrik orqanındakı disk şəklindəki elektrik hüceyrələri vasitəsilə elektrik cərəyanı istehsal edirlər. Sinir sistemi hüceyrələrə siqnal göndərərək kompleks bir fəaliyyəti eyni anda işə salır.
Elektrikli ilanbalığının hüceyrələri elektriki necə ötürür?
Hər bir elektrogenik hüceyrə, sinir mərkəzindən gələn siqnal ilə asetilkolin adlı nevrotransmiter sayəsində aktivləşir. Bu zaman hüceyrənin daxili və xaricini birləşdirən zəif elektrik müqaviməti ilə cərəyan yolu yaranır və hüceyrə müsbət-mənfi yüklü bir batareya kimi fəaliyyət göstərir.
İlanbalığının istehsal etdiyi elektrik özünə niyə zərər vermir?
İlanbalığının istehsal etdiyi güclü elektrik cərəyanının özünə zərər verməməsi suyun elektrikkeçirici mühitdə olması ilə əlaqədardır. Su, əlavə çıxış nöqtəsi kimi fəaliyyət göstərərək axının şiddətini azaldır və onu balıq üçün məqbul nisbətdə saxlayır.
Bu canlılardakı elektrik istehsalı Allahın yaratma sənətini necə göstərir?
Bu canlılardakı elektrik istehsalı və özlərini qorumaları Allahın qüsursuz yaratma sənətinin böyük bir nümunəsidir. Allah, hər canlını yaşadığı mühitin şərtlərinə ən uyğun və dayanıqlı şəkildə yaratmışdır, bu da Onun üstün elminin və qüdrətinin təcəllisidir.


