Ən böyük saxta elmi yalan: Darvinizm -1
ucgen

Ən böyük saxta elmi yalan: Darvinizm -1

2500

Darvinizm, dünyanı aldatmağa, insanları Allah inancından uzaqlaşdırmağa əsaslanan bir ideologiya olduğu üçün, dəccalın tərəfdarları üçün hər nə olursa olsun bu azğın din hökm sürməlidir. Məhz bu səbəblə, dəccalın himayəsinə girən bir sıra şəxslər, bu ideologiyanı canlı tuta bilmək üçün indiyə qədər hər metoddan istifadə etmişlər.

Darvinizm, dünyanı aldatmağa, insanları Allah inancından uzaqlaşdırmağa əsaslanan bir ideologiya olduğu üçün, dəccalın tərəfdarları üçün hər nə olursa olsun bu azğın din hökm sürməlidir. Məhz bu səbəblə, dəccalın himayəsinə girən bir sıra şəxslər, bu ideologiyanı canlı tuta bilmək üçün indiyə qədər hər metoddan istifadə etmişlər. Tək bir elmi dəlil olmamasına baxmayaraq təkamül nəzəriyyəsini bütün dünyaya sübut edilmiş bir nəzəriyyə olaraq təqdim etmişlər. Olmayan dəlilləri var göstərmişlər, fosilləri öz nəzəriyyələrinə uyğun hala gətirməyə çalışmışlar. Tək bir ara forma nümunəsi olmamasına baxmayaraq, xəyali ara keçid formaları meydana gətirmişlər, saxtakarlıq etmişlər, bunları məktəb kitablarında elmi dəlil olaraq oxutmuşlar. Təkamül əleyhinə ortaya çıxan saysız dəlili gözardı etmişlər, qəsdən saxlamışlar, görməzlikdən gəlmişlər, insanlardan gizləmişlər. Nəzəriyyələrinin lehinə bir dəlil olmamasına baxmayaraq saxta fosillər hazırlamışlar, bunları dünyanın ən məşhur muzeylərində onlarla il müddətdə sərgiləmişlər. Saxtakarlıqların ortaya çıxması qarşısında utanc duymaları lazım olarkən, aldadıcı üsullarına davam etmişlər, yeni saxtakarlıqlar çıxarmaqdan və bunları müdafiə etməkdən çəkinməmişlər. Tək bir zülalın təsadüfən ortaya çıxmadığı elmi olaraq sübut edilmiş olmasına baxmayaraq, həyatın ilk olaraq palçıqlı suda təsadüfən başladığı iddiasına israrla davam etmişlər. (Funksional tək bir zülalın təsadüfən ortaya çıxma ehtimalı 10950-de bir, yəni sıfırdır.) Saxta dəlilləri qəzetlərdə, elmi jurnallarda, televiziyalarda yayınlamaqdan çəkinməmiş, bunu dərs kimi illərlə şagirdlərə izah etməkdə problem görməmişlər. Darvinizm, saxtakarlıq və yalan üzərinə qurulan inanc sistemidir. Darvinizm elm deyil. Darvinin təkamül nəzəriyyəsi, ortaya atıldığı ilk gündən etibarən köhnə bütpərəstlərin üzərinə götürdükləri vəzifəni boynuna götürmüş, insanları bütpərəst etməklə məşğul olmuş, Allah inancından uzaqlaşdırmağa çalışmışdır. 150 il ərzində insanları aldatmış, 150 il ərzində insanları yalana alışdırmaya çalışmışdır. Darvinizm hökm sürə bilmək üçün saxtakarlığa ehtiyac duyan, tərəfdar əldə etmək üçün yalan söyləyən, doğrunu söyləyənləri qovmağa çalışan azğın bir dindir.

Allah bir ayəsində belə buyurur:

De: “Allah yanında cəza etibarilə bundan daha pisini sizə xəbər verimmi? Bu, Allahın lənətlədiyi, ona qəzəbləndiyi, özlərini də meymunlara və donuzlara döndərdiyi şəxslər və tağuta ibadət edənlərdir. Onlar, axirətdə yeri daha pis olan və doğru yoldan daha çox azanlardır!” (Maidə surəsi, 60)

Normal şərtlərdə, insanların belə axmaq bir ideologiyanın arxasınca getmələrinin şübhəsiz ki, məntiqi yoxdur. Lakin insanların bir qismi, dəccalın qurduğu tələnin içinə düşmüşlər, şüursuzca, necə etdiklərini, necə qapıldıqlarını anlamadan bu yalana inanmışlar. Çünki dəccal hiyləgər üsuldan istifadə etmişdir. Darvinizm dünyanı aldadarkən, dəccalın bu hiyləgər və çirkin vəzifəsini üzərinə götürmüş, saxta və azğın üsullarla insanlara çatdırmışdır. Lakin şübhəsiz, hər batil dində olduğu kimi bu dində də istifadə hiyləgər tələlər boşa çıxmışdır.

Həqiqətən, kafirlər hiylə qururlar.

Mən də hiylə qururam.

Kafirlərə hələ möhlət ver! Onlara bir az da möhlət ver. (Tariq surəsi, 15-17)

PAYLAŞIN
logo
logo
logo
logo
logo