Bunu qəbul etməliyik ki, tapılan fosillərdə yaradılışçıların fikirlərinə zidd olan heç bir şey yoxdur. (Edmund Ambrose)
Təkamül nəzəriyyəsinə görə, bütün canlılar bir-birindən əmələ gəlmişdir. Bir canlı növü zamanla başqasına çevrilmiş və bütün növlər bu yolla ortaya çıxmışdır. Nəzəriyyəyə görə, bu proses yüz milyonlarla illik uzun dövrü əhatə etmiş və tədricən təkminləşmişdir. Əgər belədirsə, onda bu uzun müddət ərzində saysız-hesabsız ara keçid fosil növləri meydana gəlməli və yaşamalı idi.
Ara keçid fosillərinin olmaması
Təkamül nəzəriyyəsinə görə, keçmişdə balıq xüsusiyyətlərini daşıyan, eyni zamanda da bəzi sürünən xüsusiyyətlərini qazanmış yarı balıq və yarı sürünən formalı canlılar yaşamalı idi. Eyni zamanda, sürünən heyvan xüsusiyyətlərini və bəzi quş xüsusiyyətlərini qazanmış sürünən quşlar ortaya çıxmalı idi. Əgər belə olsaydı, bu canlılar keçid dövründə olduqları üçün şikəst, əskik və qüsurlu olmalı idilər. Təkamülçülər keçmişdə yaşadıqlarına inandıqları bu xəyali varlıqlara "ara keçid fosili" adını vermişlər.
Əgər həqiqətən bu cür canlılar keçmişdə yaşayıblarsa, bunların sayı və növləri milyonlarla, hətta milyardlarla olmalı idi. Bu əcaib canlıların fosillərinə mütləq rast gələrdik. Çünki keçid formalarının sayı bu gün bildiyimiz heyvan növlərindən belə çox olmalı və dünyanın hər tərəfi fosilləşmiş ara keçid fosilləri ilə dolu olmalı idi. Darvin “Növlərin mənşəyi” kitabında bunu belə açıqlamışdır: “Əgər nəzəriyyəm doğrudursa, növləri bir-biri ilə əlaqələndirən saysız-hesabsız ara keçid növlər mütləq yaşamış olmalıdır… Onların yaşadığına dair dəlillər isə ancaq fosil qalıqları arasında tapıla bilər”. (Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, s. 179.)
Ancaq bu sətirləri yazan Darvin bu fosillərin tapılmadığının şahidi idi və nəzəriyyəsi üçün çıxılmaz vəziyyət yaratdığını da görürdü. Buna görə də “Növlərin mənşəyi” kitabının "Nəzəriyyənin problemləri" (Difficulties on Theory) adlı bölməsində belə yazmışdı:
Əgər, həqiqətən, növlər digər növlərdən tədrici inkişafla törəmişdirsə, nə üçün saysız-hesabsız ara keçid formaya rast gəlmirik? Nə üçün bütün təbiət qarmaqarışıq deyil, tam nizam halındadır? Saysız-hesabsız ara keçid forması olmalıdır, lakin nə üçün yer üzünün sayıla bilməyəcək qədər çox olan təbəqələrində onları tapmırıq? Nə üçün hər geoloji forma və hər təbəqə bu cür ara keçid formaları ilə dolu deyil? Geoloji cəhətdən yaxşı dəyərləndirilmiş dövr müəyyən edilməmişdir və bəlkə də bu, mənim nəzəriyyəmə qarşı irəli sürüləcək ən böyük etiraz olacaqdır. (Charles Darvin, The Origin of Species, s. 172, 280)
Darvinin qarşıya qoyduğu yeganə açıqlama isə o dövrdəki fosil tapıntılarının qeyri-kafi olması idi. Fosil tapıntıları əsaslı olaraq araşdırıldıqda ara formaların mütləq tapılacağını iddia etmişdi. Təkamülçülər Darvinin bu iddiasına inanaraq XX əsrin ortasından bu yana dünyanın hər tərəfində fosilləri araşdıraraq keçid formalarını axtarırdılar. Halbuki böyük vəchlə axtarılan keçid formalarına əsla rast gəlinmədi. Aparılan qazıntılar və araşdırmalar nəticəsində əldə edilən bütün tapıntılar təkamülçülərin gözlədiklərinin əksinə, canlıların yer üzündə birdən-birə, əskiksiz və qüsursuz şəkildə ortaya çıxdıqlarını göstərdi. Təkamülçülər nəzəriyyələrini sübut etməyə çalışarkən onu özləri çökdürdülər. Məşhur İngilis paleontoloqu Derek Ager təkamülçü olmasına baxmayaraq, bu həqiqəti belə etiraf edir:
Problemimiz budur: fosil izlərini ətraflı müşahidə etdikdə növ, ya da siniflərdə həmişə eyni həqiqətlə qarşılaşırıq: mərhələlərlə deyil, bir anda yaranan qruplar görürük.” (Dereq. A. Ager. “The Nature of the Fossil Record”. Proceedings of the British Geological Association, vol. 87, nö.2, s.133 ) Bir başqa təkamülçü paleontoloq Mark Czarnecki bu şərhi verir:
Nəzəriyyəni (təkamülü) isbat etməyə mane olan şey hər zaman fosil tapıntıları olmuşdur... Bu tapıntılar heç vaxt Darvinin fərz etdiyi ara formaların izlərini ortaya çıxarmamışdır. Növlər birdən meydana gəlirlər və yenə birdən də yox olurlar. Bu gözlənilməz vəziyyət növlərin Tanrı tərəfindən yaradıldığını göstərir. (Mark Czarnecki, "The Revival of the Creationist Crusade", MacLean's, 19 Yanvar 1981, s. 56.)
YAŞAYAN FOSİLLƏR
Dövrümüzdəki nümunələrindən heç bir fərqi olmayan milyonlarla illik fosillər canlıların təkamül nəticəsində deyil, qüsursuz yaradılış nəticəsində ortaya çıxdıqlarının və əsla təkamül keçirmədiklərinin açıq dəlilidir.
Amerikalı paleontoloq R. Vesson da 1991-ci ildə nəşr olunan “Beyond Natural Selection” adlı kitabında "fosil qeydlərindəki boşluqların həqiqi və faktiki" olduqlarını belə açıqlamışdır:
Fosil qeydlərindəki boşluqlar həqiqətdir. Hər hansı bir təkamülü göstərən qeydlərin yoxluğu son dərəcə faktikidir. Ümumiyyətlə, növlər çox uzun zaman sabit qalırlar. Növlər və xüsusilə, cinslərdə heç zaman yeni bir növə və ya cinsə rast gəlinmir. Bunun yerinə bir növ, ya da cinsin bir başqası ilə yer dəyişdirdiyi müşahidə edilir. Dəyişmə isə anidir. (R. Wesson, Beyond Natural Selection, MIT Press, Cambridge, MA, 1991, p. 45.)
Fosillər təkamül nəzəriyyəsini təkzib edir
Xülasə
Bu məqalədə təkamül nəzəriyyəsinin əsas problemlərindən biri olan ara keçid fosillərinin olmaması məsələsi müzakirə edilir. Məqalədə fosil tapıntılarının canlıların birdən-birə və qüsursuz şəkildə ortaya çıxdığını göstərdiyi vurğulanır. Darvinin özünün də bu problemi etiraf etdiyi və müasir paleontoloqların da ara keçid formalarının mövcud olmadığını təsdiqlədiyi qeyd edilir.
Əsas məqamlar
- Təkamül nəzəriyyəsinə görə, canlılar bir-birindən tədricən əmələ gəldiyi üçün saysız-hesabsız ara keçid fosili olmalı idi.
- Darvin özü də ara keçid formalarının tapılmamasının nəzəriyyəsi üçün böyük bir problem olduğunu etiraf etmişdir.
- XX əsrdən bəri aparılan genişmiqyaslı fosil axtarışlarına baxmayaraq, heç bir ara keçid fosilinə rast gəlinməmişdir.
- Fosil tapıntıları canlıların yer üzündə əskiksiz və qüsursuz şəkildə anidən ortaya çıxdığını göstərir.
- Müasir paleontoloqlar da fosil qeydlərindəki boşluqların həqiqi olduğunu və təkamülü göstərən qeydlərin olmadığını təsdiq edirlər.
- Yaşayan fosillər canlıların təkamül keçirmədiyini və qüsursuz yaradıldığını sübut edir.
Tez-tez verilən suallar
Təkamül nəzəriyyəsi ara keçid fosilləri haqqında nə iddia edir?
Təkamül nəzəriyyəsinə görə, bütün canlılar bir-birindən əmələ gəldiyindən, yüz milyonlarla illik uzun dövr ərzində saysız-hesabsız ara keçid fosil növləri meydana gəlməli və yaşamalı idi. Bu formalar yarı balıq-yarı sürünən və ya yarı sürünən-yarı quş kimi şikəst və qüsurlu canlılar olmalı idi.
Darvin ara keçid formalarının tapılmaması haqqında nə düşünürdü?
Darvin özü də ara keçid formalarının tapılmamasının nəzəriyyəsi üçün böyük bir problem olduğunu qəbul etmişdir. O, bu vəziyyəti o dövrdəki fosil tapıntılarının qeyri-kafi olması ilə izah etməyə çalışmış və gələcəkdə bu formaların mütləq tapılacağını iddia etmişdir.
Fosil tapıntıları təkamül nəzəriyyəsinə hansı dəlillərlə ziddiyyət təşkil edir?
Fosil tapıntıları təkamül nəzəriyyəsinin iddialarının əksinə olaraq, canlıların yer üzündə birdən-birə, əskiksiz və qüsursuz şəkildə ortaya çıxdığını göstərir. Aparılan genişmiqyaslı axtarışlara baxmayaraq, heç bir ara keçid formasına rast gəlinməmişdir.
Müasir paleontoloqlar fosil qeydləri haqqında hansı nəticələrə gəlmişlər?
Müasir paleontoloqlar, o cümlədən Derek Ager və R. Vesson kimi təkamülçülər belə, fosil qeydlərindəki boşluqların həqiqi olduğunu etiraf edirlər. Onlar canlıların mərhələlərlə deyil, bir anda yaranan qruplar şəklində ortaya çıxdığını və növlərin çox uzun zaman sabit qaldığını qeyd edirlər.
Yaşayan fosillər nəyi sübut edir?
Yaşayan fosillər, yəni milyonlarla il əvvəlki nümunələri ilə dövrümüzdəki nümunələri arasında heç bir fərq olmayan canlılar, təkamül nəticəsində deyil, qüsursuz yaradılış nəticəsində ortaya çıxdıqlarının və əsla təkamül keçirmədiklərinin açıq dəlilidir.




Ancaq bu sətirləri yazan Darvin bu fosillərin tapılmadığının şahidi idi və nəzəriyyəsi üçün çıxılmaz vəziyyət yaratdığını da görürdü. Buna görə də “Növlərin mənşəyi” kitabının "Nəzəriyyənin problemləri" (Difficulties on Theory) adlı bölməsində belə yazmışdı: