“Gücü çatdığı halda haram işləyənə mane olmamaq yaltaqlıqdır. Haram əmələ razı olduğunu göstərir”. Haqqı, xeyiri söyləyəcək yerdə susulmaz. Haqsızlıqlar çoxaldıqda, günahlar işləndikdə Allah fəlakət verər, Allah əsirgəsin. Peyğəmbərimiz (s.ə.v)-ə deyirlər ki “İçində yaxşıların da olduğu bir ölkə həlak olarmı? Rəsulullah (s.ə.v) cavab verir ki: “Bəli, günah işlənərkən yaxşılar susarlarsa hamısı həlak olar”. Rəsulullah (s.ə.v) buyurdu: “Keçmiş millətlərdən bir qisiminə zəlzələ ilə əzab verilmişdi. Yaxşılar da həlak oldu; çünki günah işlənərkən susmuşdular, qarşısını almamışdılar”. Yenə Rəsulullah (s.ə.v)-dən soruşurlar: “Ya Rəsulullah (s.ə.v), keçmiş ümmətlərdən bir qisiminə zəlzələlə ilə əzab verildi. Torpaq altında qaldılar. Bunlar arasında salehlər də vardı” -deyildikdə, “Bəli salehlər də birlikdə həlak oldular. Çünki Allaha üsyan olarkən susmuşdular” -buyurdu. Təbəranidə. Peyğəmbərimiz (s.ə.v): “Ümmətimdə zəlzələlər olar, minlərlə adam ölər. Allah bunu yaxşılara öyüd”. Bax, əzab yaxşılara öyüd olaraq gələr, “möminlərə rəhmət” çünki zəlzələdə ölən möminlər şəhid olmuş olurlar, malları sədəqə olar, “kafirlərə isə əzab olar” -deyir. Bu, Peyğəmbərimiz (s.ə.v)-ə vəhylə bildirilən məlumatdır. “Ümmətim üçün zəlzələlər günahlarına kəffarə olar. Hakimdə. “Suda boğulan, yanğında ölən, divar və dağıntı altında qalaraq ölən şəhid sayılır” -deyir. İbni Asakirdə. Suda boğulan, yanğında ölən, divar və dağıntı altında qalaraq ölən ürəyini Allaha bağlayaraq öldüsə şəhid sayılır.
Hörmətli Adnan Oktarın yeni izahları (12 avqust 2012; 17:00)
Xülasə
Bu məqalədə, günahlara susmağın və haqsızlıqlara qarşı çıxmamağın nəticələri Peyğəmbərimizin (s.ə.v) hədisləri ilə izah edilir. Günahların yayılması zamanı yaxşıların susmasının fəlakətlərə yol açdığı vurğulanır. Həmçinin, zəlzələlərdə ölənlərin möminlər üçün şəhadət, kafirlər üçün isə əzab olduğu bildirilir.
Əsas məqamlar
- Gücü çatdığı halda haram işləyənə mane olmamaq yaltaqlıq hesab edilir və haram əmələ razı olmaq deməkdir.
- Haqsızlıqlar çoxaldıqda və günahlar işləndikdə Allahın fəlakət verə biləcəyi Peyğəmbərimiz (s.ə.v) tərəfindən xəbər verilmişdir.
- Peyğəmbərimiz (s.ə.v) buyurmuşdur ki, günah işlənərkən yaxşılar susarlarsa, hamısı həlak ola bilər.
- Zəlzələlər kimi fəlakətlərin möminlər üçün rəhmət və şəhadət, kafirlər üçün isə əzab olduğu qeyd olunur.
- Suda boğulan, yanğında ölən, divar və dağıntı altında qalaraq ölən şəxslər, ürəklərini Allaha bağlayaraq ölərsə şəhid sayılırlar.
Tez-tez verilən suallar
Haram işlərə susmağın İslamda yeri nədir?
Haram işlərə gücü çatdığı halda mane olmamaq yaltaqlıq sayılır və bu, haram əmələ razı olduğunu göstərir. Haqqı və xeyiri söyləmək lazım olan yerdə susmaq məqbul hesab edilmir.
Günahların yayılması cəmiyyətə hansı təsirləri göstərə bilər?
Peyğəmbərimiz (s.ə.v) bildirmişdir ki, haqsızlıqlar çoxaldıqda və günahlar işləndikdə Allah fəlakət verə bilər. Günah işlənərkən yaxşılar susarlarsa, hamısı həlak ola bilər.
Fəlakətlər möminlər və kafirlər üçün hansı mənaları daşıyır?
Peyğəmbərimiz (s.ə.v)-ə görə, zəlzələlər kimi fəlakətlər yaxşılara öyüd, möminlərə rəhmət və şəhadət, kafirlərə isə əzab olaraq gəlir. Möminlər üçün zəlzələlərdə ölmək şəhidlik, malları isə sədəqə sayılır.
Hansı hallarda ölənlər şəhid hesab edilir?
Hədislərə əsasən, suda boğulan, yanğında ölən, divar və dağıntı altında qalaraq ölən şəxslər, əgər ürəklərini Allaha bağlayaraq ölərsə, şəhid sayılırlar. Ümmət üçün zəlzələlər günahlara kəffarə olar.


