Hörmətli Adnan Oktarın yeni izahları (27 May 2015; 23:00)
ucgen
Hörmətli Adnan Oktarın yeni izahları (27 May 2015; 23:00)
1249

İNSANLARDA PROBLEM HƏMİŞƏ EQOİZM VƏ TƏKƏBBÜR HİSSİDİR

Onlar özləri haqqında yüksək fikirdə oldular və böyük üsyankarlıq etdilər.(Furqan surəsi, 21) Yəni, heyrətamiz bir təkəbbür və əzəmət hissi var ruhlarında. O dəliyə çevirir. Bir çox insanda mən bunu görürəm, təkəbbür hissini. Təkəbbür hissi ləyaqətsizliyə səbəb olur, yersizliyə səbəb olur və ən pisi, yazıq mövqeyə düşəcək şəkildə ağılsız olur. Məsələn, ardıcıl şəkildə yalan söyləyir axmaq-axmaq. Amma, yəni, ən axmağın belə etməyəcəyi şəkildə yalan söyləyir. Ən axmağın söyləməyəcəyi şəkildə məntiqsizlik edir. Ruhunda dəhşətli dərəcədə bir anarxiya olur, dəlicə bir anarxiya olur. Küfrə çox uyğun olur. Küfrü bəyənir, başında böyüdür, oradan bir şey çıxacaq zənn edir. Küfrə də baş qoşduqca, bərəkətsizlik, bəla, çirkinlik tapır. Başqa bir şey tapa bilmir. Bataqlığın içindən nə çıxar? Palçıq çıxar. Başqa bir şey çıxmaz.

Yer üzündə təkəbbürlə gəzmə.” deyir Allah, “Çünki sən nə yeri yara bilər, nə də yüksələrək dağlara çata bilərsən.” (İsra surəsi, 37)

“və böyük üsyankarlıq etdilər..” (Furqan surəsi, 21)


Baxın, “böyük bir azğınlıqla baş qaldırdılar.” Nədir? Terror. Anarxiya və azğınlıq. Terrorun və anarxiyanın necə qaynaqlandığını da Allah izah edir elə, bax, Quranda. “və böyük üsyankarlıq etdilər” üsyankarlıq dediyi üsyan, qiyam. O mənada. Böyük bir azğınlıqla yəni, qan tökərək, rüsvayçılıq edərək, rəzalət çıxararaq. Yəni, dinsizliyin nəticəsi, Allahdan qorxmamağın nəticəsi bu cizgiyə götürür insanların əksəriyyətini.

Məhz mələkləri görəcəkləri gün günahkarlara heç bir müjdə olmayacaqdır.”  (Furqan surəsi, 22)


Mələyi gördün mü, onsuz da bəla təqdim etmək üçün gəlir mələk sənə. Mömin ölərkən gəlir mələklər, amma ölüb artıq, imtahan bitib. Orada təbii ki, lehinədir. Yüngülcə canını alırlar deyir. Amma artıq ölüb, imtahan bitib. İmtahan bitəndə mələklər görünür, onun xaricində mələklər görünməz.


“Mələklər deyəcəklər: “Cənnətə girməyiniz qadağandır, qadağan!." (Furqan surəsi, 22)

Yəni, bir müjdə yoxdur, onları xoşbəxt edəcək bir şey yoxdur. Olmaz yəni.


Etdikləri hər işin önünə keçdik” (Furqan surəsi, 23)

Heç bir şey edə bilmir, küfr. Məsələn, PKK nəsə etmək istəyir, Allah bəlalarını verir. Hitler nəsə etməyə cəhd göstərdi, Allah bəlasını verdi. Mussolini nəsə etməyə səy göstərdi, Allah bəlasını verdi. Stalin nəsə etmək istədi, Allah bəlasını verdi. Lenin nəsə etmək istədi, Allah bəlasını verdi. Allah hamısına bəlalarını verərəm, uğurlu ola bilməzlər deyir. Dünyanı da toz-duman, bir-birinə qatacağam, yox edəcəyəm deyir Allah.

PAYLAŞIN
logo
logo
logo
logo
Oxşar