(Seyyid Murtaza Müçtehidi Sistani, Nashr Almas Yayınları, səh.257 )

Hədisdə hz. Mehdi (ə.s)-ın insanlara qarşı sevgi və şəfqətinə diqqət çəkilmişdir. Hz. Mehdi (ə.s.) hər kəsə sevgi və mərhəmətlə yanaşacaq, onun yanında bütün insanlar hüzur və sakitlik tapacaqlar. Həmçinin, hədisdə hz. Mehdi (ə.s)-ın müjdəçi olmasına da toxunulur. Hz. Mehdi (ə.s) gəldiyi dövrdə xalqı, içində olduqları çətin vəziyyətdən Quranın nuru ilə çıxaracaq, çətinliyə düşmüş olan insanları müjdələri ilə sevindirəcək.


