Vazopressin hormonunun xüsusiyyətlərindən biri qan damarlarını daraltmaq və bu yolla qan təzyiqini artırmaqdır. Bu xüsusi dizayn olunmuş təhlükəsizlik sistemidir və insanın xüsusi olaraq yaradıldığını sübut edir. Bu təhlükəsizlik sisteminin işləməsi hərtərəfli planlaşdırılmışdır. Ürəyin mədəcik hissəsinə və ürəyə gedən damarların içinə qan təzyiqini ölçən xüsusi reseptorlar yerləşdirilmişdir. Məlumdur ki, insan qan təzyiqini ölçmək üçün texnoloji cihazlardan istifadə edir. Bu cihazlar bir çox müxtəlif elm sahəsinə mənsub mütəxəssisin birgə fəaliyyəti ilə icad edilmişdir və qabaqcıl texnologiya ilə istehsal edilir. Halbuki, ürəyimizdə eyni funksiyanı gözlə görünməyən çox kiçik molekullar həyata keçirirlər. Bəs bu reseptorlar qan təzyiqini necə ölçür, təzyiqdəki fərqi necə qavrayırlar? Bu reseptorlar ürəyə, məhz lazımi yerə necə yerləşdiriliblər? Bütün bu sualların cavabı insana Allahın varlığını və Onun elmini göstərir. Bu reseptorlardan çıxan sinirlər isə sanki kabel rabitəsi kimi hipofiz vəzinə bağlanıblar. Normal qan təzyiqi ilə bu reseptorlara daima impuls göndərilir və bu kabellər vasitəsilə hipofiz vəzinə müntəzəm elektrik axını ötürülür. Hipofiz vəzi isə bu siqnalları aldıqda vazopressin hormonunun ifraz edilməsini dayandırır. Bu, təhlükəsizlik şirkətinin iş sisteminə bənzəyir. Təhlükəsizlik şirkətinin daima hazır vəziyyətdə gözləyən işçiləri həyəcan siqnalının qurulduğu evdən müsbət xəbər aldıqda hərəkətə keçmirlər. Bəs təhlükəsizlik şirkəti, yəni hipofiz vəzi nə vaxt hərəkətə keçir? Ciddi qanaxma olduqda insan çox qan itirir və damarlarındakı qan miqdarı azalır. Bu da qan təzyiqinin düşməsinə səbəb olur ki, aşağı qan təzyiqi xəstə üçün çox təhlükəlidir. Qan təzyiqi düşdükdə damarların və ürəyin içində yerləşən reseptorların hipofizə göndərdiyi impuls da kəsilir. Bu isə hipofizin həyacan vəziyyətinə keçməsinə və vazopressin hormonu ifraz etməsinə səbəb olur. Hipofizin impulsun kəsilməsindən dərhal xəbərdar olaraq hərəkətə keçməsi isə çox şüurlu hərəkətdir. Halbuki, bu şüurlu hərəkətlərin hamısı bəzi atomlardan ibarət kiçik molekullara aiddir. Vazopressin hormonu dərhal qan damarlarının ətrafında yerləşən əzələlərin gərilməsinə səbəb olur və bu proses qan təzyiqinin qalxmasını təmin edir. Çox mürəkkəb, bir-birilə əlaqədar işləyən və bir çox hissədən ibarət bu sistem çox düşündürücüdür. Vazopressin hormonunu hazırlayan hipotalamus hüceyrələri özlərindən çox uzaqda yerləşən damarların ətrafındakı əzələ hüceyrələrinin quruluşunu haradan bilirlər? Qan təzyiqinin artması üçün bu damarların gərilməli olduğunu haradan öyrəniblər? Bu hüceyrələrin gərilməsini təmin edən kimvəyi formulu necə hazırlayıblar? Ürək və hipofiz arasındakı rabitə şəbəkəsinin qurulması ilə bu cür qüsursuz həyəcan sistemi necə meydana gəlib? Şübhəsiz ki, ortada mükəmməl yaradılış var. Bu, insanın şüursuz təsadüflər nəticəsində əmələ gəlmədiyini, onu Allahın yaratdığını göstərir. Təkamülçülərin orqanizmdəki xəbərləşmə və həyəcan sisteminin təsadüfən əmələ gəlmədiyini, hüceyrələrin öz-özünə bu sistemi düşünərək qurduğunu iddia etməsi məntiqsizdir. Belə bir iddia bir əraziyə yığılmış sement, kərpic, elektrik kabeli kimi materialların fırtına nəticəsində əvvəlcə təsadüfən bir göydələn əmələ gətirdiyini, daha sonra ikinci fırtına ilə bu göydələnin içində elektrik sistemi qurduğunu, ardınca üçüncü fırtına ilə binanın içində mükəmməl təhlükəsizlik sistemini təşkil etdiyini iddia etməyə bənzəyir. Ağıl və vicdan sahibi heç bir insan bu cür məntiqsiz iddianı qəbul etməz. Ancaq təkamülçülərin iddiası bundan da məntiqsizdir. Allahın varlığını inkar etməkdə (Allahı tənzih edirik) israr edən təkamülçülər söylədiklərinin ağıldankənar olduğunu nəzərə almadan təkamül nəzəriyyəsini müdafiə edirlər. Halbuki, Allahın varlığı və göydən yerə qədər hər şeyi mükəmməl yaradılışla yoxdan var etdiyi çox açıq həqiqətdir.
Orqanizmdəki qüsursuz təhlükəsizlik sistemi
Xülasə
Orqanizmdəki qüsursuz təhlükəsizlik sistemi, xüsusilə vazopressin hormonu vasitəsilə qan təzyiqinin tənzimlənməsi mövzusu ələ alınmaqdadır. Məqalədə insan bədənindəki bu mürəkkəb mexanizmlərin Allahın mükəmməl yaratma sənətinin bir dəlili olduğu vurğulanır. Canlılardakı bu dizaynların təsadüflərlə deyil, şüurlu bir yaradılışla meydana gəldiyi ortaya qoyulmaqdadır.
Əsas məqamlar
- Vazopressin hormonu qan damarlarını daraldaraq qan təzyiqini tənzimləyən xüsusi bir təhlükəsizlik sisteminin əsas komponentidir.
- Ürəyin mədəcik hissəsində və damarların daxilində qan təzyiqini ölçən xüsusi reseptorlar yerləşir ki, bu da yüksək texnologiya tələb edən bir funksiyadır.
- Bu reseptorlardan çıxan sinirlər hipofiz vəzinə bağlanaraq, qan təzyiqindəki dəyişiklikləri siqnal şəklində ötürürlər.
- Qan təzyiqi düşdükdə hipofiz vəzi vazopressin hormonu ifraz edərək, qan damarlarının gərilməsini və təzyiqin qalxmasını təmin edir.
- Orqanizmdəki bu mürəkkəb və bir-birilə əlaqədar işləyən sistemlər təsadüflərin deyil, Allahın mükəmməl yaradılışının sübutudur.
- Təkamülçülərin bu cür sistemlərin təsadüfən əmələ gəldiyi iddiaları məntiqsiz hesab edilir və Allahın varlığına dəlil olaraq göstərilir.
Tez-tez verilən suallar
Vazopressin hormonu bədəndə hansı funksiyanı yerinə yetirir?
Vazopressin hormonu qan damarlarını daraltmaq və bu yolla qan təzyiqini artırmaq funksiyasını yerinə yetirir. Bu, bədəndə qan təzyiqini tənzimləyən xüsusi bir təhlükəsizlik sisteminin bir hissəsidir.
Qan təzyiqini ölçən reseptorlar bədəndə harada yerləşir və necə fəaliyyət göstərir?
Qan təzyiqini ölçən reseptorlar ürəyin mədəcik hissəsinə və ürəyə gedən damarların içinə yerləşdirilmişdir. Bu reseptorlar daima impuls göndərərək hipofiz vəzinə müntəzəm elektrik axını ötürür və təzyiqdəki dəyişiklikləri qavrayırlar.
Ciddi qanaxma zamanı orqanizmdə qan təzyiqini tənzimləmək üçün hansı mexanizm işə düşür?
Ciddi qanaxma zamanı qan təzyiqi düşdükdə, damarların və ürəyin içindəki reseptorların hipofizə göndərdiyi impuls kəsilir. Bu isə hipofizin həyəcan vəziyyətinə keçməsinə və vazopressin hormonu ifraz etməsinə səbəb olur, nəticədə qan təzyiqi yüksəlir.
Orqanizmdəki bu mürəkkəb təhlükəsizlik sistemləri nəyi sübut edir?
Orqanizmdəki bu mürəkkəb təhlükəsizlik sistemləri insanın şüursuz təsadüflər nəticəsində əmələ gəlmədiyini, əksinə Allahın mükəmməl yaratma sənətinin bir dəlili olduğunu sübut edir. Bu sistemlər, ağıl və vicdan sahibləri üçün yaradılışın açıq bir həqiqət olduğunu göstərir.


