
“Gətirilib od üstündə saxlandıqları zaman sən onların: “Kaş ki, biz dünyaya qaytarılıb Rəbbimizin ayələrini yalan hesab etməyəydik və möminlərdən olaydıq!” – demələrini görəydin!” (Əl-Ənam surəsi, 27)



“Gətirilib od üstündə saxlandıqları zaman sən onların: “Kaş ki, biz dünyaya qaytarılıb Rəbbimizin ayələrini yalan hesab etməyəydik və möminlərdən olaydıq!” – demələrini görəydin!” (Əl-Ənam surəsi, 27)
İman edən insanlar hər hadisənin Allahın məlumatı və icazəsi ilə reallaşdığını bildikləri üçün təvəkküllü davranırlar. İman etməyən insanlar isə təvəkküllü olmadıqları üçün çətinliklərdə və səhvlərdə böyük daxili sıxıntı yaşayırlar.
Möminlər hər hadisənin Allahın məlumatı və icazəsi ilə reallaşdığını, başlarına nə gəlirsə-gəlsin Allahın diləməsi ilə olduğunu qəti olaraq bilirlər. Bu səbəbdən də ən əhəmiyyətli xüsusiyyətlərindən biri təvəkküllü olmaqlarıdır.
Axirətdə yaşanacaq peşmanlıq dünyadakıdan qat-qat böyükdür, çünki dünyada dəfələrlə xəbərdar edilmiş olsalar da, insanlar bunları gözardı etmişlər. Axirətdə cəhənnəmlə qarşılaşanda artıq geri dönüb səhvlərini düzəltmək imkanları olmayacaq.
Axirət peşmanlığını yaşamamağın tək yolu, hələ vaxt varkən Uca Rəbbimizə təslim olmaq və Onun əmr etdiyi Quran əxlaqını tam mənası ilə yaşamaqdır.
Ayədə od üzərində saxlananların: “Kaş ki, biz dünyaya qaytarılıb Rəbbimizin ayələrini yalan hesab etməyəydik və möminlərdən olaydıq!” demələri bildirilir. Bu, axirətdəki böyük peşmanlığı ifadə edir.