Tarix boyu Allaha, dinə və Allahın elçilərinə qarşı çıxan şəxslər həmişə bir bəla ilə yox olmuş, hətta arxalarında tək bir iz qalmayacaq şəkildə qeyb olmuşlar. Bu şəxslərin sonluğundan bütün insanlar ibrət almalı, Allahın qəzəblənməsindən qorxub çəkinməlidirlər.
Peyğəmbər (səv) yuxarıda göstərilən ayələrdəki sözlərində isə, "Ey qövmüm düşünün. Sizdən əvvəlki ümmətlər, bu etdiyiniz şeylərə görə həlak oldu. Peyğəmbərlərinə qarşı ixtilafları səbəbindən və kitablarının bəzisini bəzisinə qarışdırmaları səbəbindən." deyərək ətrafındakıları keçmişdəkilərin başlarına gələnlərlə xəbərdar etmişdir.
