Qadının kəsilmiş dırnaqlarına belə “haram” hökmünü çıxaran xurafatçı zehniyyəti araşdırarkən bu əhəmiyyətli mövzu da açıqlanmalıdır. Allah Quranda haram və halalları çox dəqiq və açıq izahlarla bizlərə bildirmişdir. Müsəlmanlar, məsələn, donuz əti yeməyin haram olduğu həqiqətini “O, sizə ölü heyvanı, qanı, donuz ətini və Allah’dan başqası üçün kəsiləni haram etmişdir...” (Bəqərə surəsi, 173) ayəsi ilə öyrəniblər. “Haram etmişdir” hökmündə bir müsəlmanın tərəddüdə düşəcəyi, izahlara və təfsirlərə görə fikirlərini qarışdıracaq və ya onu çaş-baş salacaq heç bir səbəb yoxdur. Başqa bir nümunə isə faiz nümunəsidir. “Allah alış-verişi halal, faizi isə haram etmişdir.” (Bəqərə surəsi, 275) ayəsi ilə faiz açıq və dəqiq olaraq müsəlmanlara qadağan edilmişdir. Heç kim bu mövzu ilə bağlı mübahisə etməməlidir, “faizin alış-verişdən” fərqi yoxdur fikrini irəli sürməməlidir. Dolayısilə biz haramları bəzi təfsirçilərin öz zənnləri ilə gəldikləri qənaətlərdən, ayələrə əlavə etdikləri mötərizə içindəki şərhlərdən və ya saxta hədislərdən deyil, birbaşa ayənin özündən öyrənirik. “Nur” surəsinin 31-ci ayəsində də yuxarıda araşdırdığımız kimi, çox dəqiq izah var. Lakin bəzi təfsirçilərin müraciət etdiyi ayələrin içinə mötərizələrlə şərhlər əlavə etmək xətasına, xüsusilə bu ayədə daha çox rast gəlinmişdir. Belə ki, bəzi təfsirçilər özlərinə görə hökmlər qoyan məzhəb imamlarının təsirində qalaraq bu ayəyə mötərizə içində “üz və əl kimi görünən hissələr xaric” şəklində əlavə ediblər. Halbuki, əgər İslama görə qadınların”əl və üzləri xaric hər yerlərini örtmələri” lazım olsaydı, şübhəsiz ki, belə əhəmiyyətli bir mövzu bütün təfsilatı və bütün aydınlığı ilə Quranda yer alardı və uca Rəbbimiz bunun haram olduğunu çox dəqiq və açıq ifadələrlə bildirərdi. Biz necə donuzəti, faiz və zinanın haram olduğu mövzusunda əsla tərəddüdə düşmürüksək, bu mövzunu da dəqiq olaraq Quranda görmüş olardıq. Ancaq Quranda belə bir geyimforması təsvir edilməmişdir. Bu sadəcə bir sıra təfsirçilərin izahlarında mövcuddur.
Qurandakı haramlar müəmmalı deyil, dəqiqdir
Xülasə
Bu məqalədə, Qurandakı haramların müəmmalı deyil, dəqiq və açıq şəkildə ifadə edildiyi vurğulanır. Müsəlmanların haramları birbaşa ayələrdən öyrənməli olduğu, bəzi təfsirçilərin şəxsi zənnləri və əlavə şərhləri ilə yaradılan yanlış anlaşılmalardan qaçınmaq lazım olduğu qeyd edilir. Donuz əti, faiz kimi haramların Quranda aydın bildirildiyi, geyim qaydaları kimi mövzularda da Quranın dəqiq və əhatəli izahat verməsinin gözlənilməsi lazım olduğu ortaya qoyulur.
Əsas məqamlar
- Quranda haramlar dəqiq və açıq izahlarla bildirilir.
- Haramlar birbaşa ayələrdən öyrənilməli, təfsirçilərin zənnlərindən deyil.
- Donuz əti və faiz kimi haramlar Quranda tərəddüdə yer qoymayacaq şəkildə qadağan edilmişdir.
- Bəzi təfsirçilərin ayələrə əlavə etdikləri mötərizə içi şərhlər yanlış anlaşılmalara səbəb ola bilər.
- Əgər bir mövzu haram olsaydı, Allah onu Quranda bütün təfsilatı ilə açıq şəkildə bildirərdi.
Tez-tez verilən suallar
Quranda haramlar necə təsvir edilir?
Quranda haramlar çox dəqiq və açıq izahlarla bildirilir, müsəlmanların tərəddüdə düşəcəyi heç bir səbəb yoxdur. Məsələn, donuz əti və faiz kimi mövzular aydın şəkildə qadağan edilmişdir.
Müsəlmanlar haramları hansı mənbədən öyrənməlidir?
Müsəlmanlar haramları birbaşa ayənin özündən öyrənməlidirlər. Bəzi təfsirçilərin öz zənnləri ilə gəldikləri qənaətlərdən, ayələrə əlavə etdikləri mötərizə içindəki şərhlərdən və ya saxta hədislərdən deyil, Quranın özündən məlumat alınmalıdır.
Qurandakı faiz qadağanı necə izah edilir?
Quranda faiz açıq və dəqiq olaraq qadağan edilmişdir. Bəqərə surəsinin 275-ci ayəsində Allahın alış-verişi halal, faizi isə haram etdiyi bildirilir. Bu mövzu ilə bağlı heç kim mübahisə etməməli və faizin alış-verişdən fərqi yoxdur fikrini irəli sürməməlidir.
Bəzi təfsirçilərin ayələrə əlavə etdikləri şərhlərin təsiri nədir?
Bəzi təfsirçilərin ayələrə mötərizələrlə şərhlər əlavə etməsi, xüsusilə geyim qaydaları kimi mövzularda, yanlış anlaşılmalara yol aça bilər. Əgər bir hökm həqiqətən də İslama görə vacib olsaydı, Quran onu bütün təfsilatı və aydınlığı ilə qeyd edərdi.
Quranda qadınların geyim forması haqqında hansı məlumatlar verilir?
Quranda qadınların geyim forması ilə bağlı dəqiq bir təsvir verilməmişdir. Əgər qadınların əl və üzləri xaric hər yerlərini örtmələri vacib olsaydı, belə əhəmiyyətli bir mövzu şübhəsiz ki, bütün təfsilatı ilə Quranda yer alardı və Allah bunu açıq ifadələrlə bildirərdi.


