SATANİZMİN PƏRDƏ ARXASI
İnsan sevgi, şəfqət və mərhəmətə görə yaradılmışdır. Bunlar olmayanda insan bədəni özünü yeməyə başlayır, hüceyrələr xərçəngləşir. Buna görə də, müsbət olan hər şeyi müdafiə edəcəyik, mənfi olan şeylərə qarşı da ağıllı elmi mübarizə verəcəyik.
Allah ilə əlaqə ən həyati məsələdir. Biz çox diqqətlə, xüsusilə Allahın böyüklüyünü düşünərək yaşamaq məcburiyyətindəyik. Allahın varlığını mömin onsuz da qəti olaraq bilər. Allahın böyüklüyünü isə yaxşı düşünmək lazımdır. Allahın böyüklüyünü yaxşı düşünən insan, hər şeyi Allahın etdiyini heç unutmadığı aləmə girər və ola biləcək ən yaxşı həyatı yaşamış olar.
İnsan səmimi olanda normal insan olar. Allahın böyüklüyünü qavrayanda da metafizik varlığa çevrilər. Allahın böyüklüyünü qavrayan insan, Allahın diləməsiylə, yenilməz gücə çevrilər.
Sevgini yaşaya bilmək üçün əvvəlcə dərin ağılla Allaha heyran olmaq, Allaha dərin sevgidən qaynaqlanan dərin ehtiras və dərin Allah qorxusu lazımdır. O zaman insan özünü də sevər, insanları da sevər.
Yuxuda da insan çox gözəl təhsil alır. Adətən qarşılaşmayacağı bir çox vəziyyəti yuxuda görür və bu vəsiləylə ruhu tam inkişaf edir.
Münafiqlərdən yalnız insi şeytanlar təsirə düşər. Onlar münafiqlərlə yoldaş olar. Münafiqlər dindar kimi, dürüst insan kimi görünməyə çalışırlar. Onların maskası vardır. Şeytan müsəlman maskası taxaraq gəlir. Qurandan bəhs edərlər, Allahı xatırlayar, müsəlman kimi danışarlar. Özləri kimi olan insi şeytanlar da onlara aldanır və yanlarına gedər.
May 08 2017, 06:33
Aprel 17 2017, 06:36
İyul 28 2013, 22:48