logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 16 aprel 2018

avatar

Adnan Oktar

Yuxuda da insan çox gözəl təhsil alır. Adətən qarşılaşmayacağı bir çox vəziyyəti yuxuda görür və bu vəsiləylə ruhu tam inkişaf edir.
A9 TV; 16 aprel 2018
1471
avatar

Adnan Oktar

Yüksək keyfiyyəti məqsəd edən anlayış olması lazımdır. Avropadan yüksək mədəniyyət, incəsənət və keyfiyyət anlayışı olması əhəmiyyətlidir. Niyə hər kəs uşağını müsəlman ölkələrə deyil də, Avropaya oxumağa göndərir? Çünki Avropadakı keyfiyyət, incəsənət və mədəniyyət anlayışına hər kəs heyrandır. Türkiyə üçün də hədəf bu olmalıdır.
A9 TV; 16 aprel 2018
avatar

Adnan Oktar

Əhval pozulmasına heç vaxt məğlub olmamaq lazımdır. Əhvalı düzəltmək çox asandır. Əlini-üzünü yuyar, "nə edirəm mən?" deyərsən, dərhal açılarsan. Hər şeyi Allahın yaratdığını bilib, əhvalını pozmağa ehtiyac olmadığını həmən görmək lazımdır.
A9 TV; 16 aprel 2018
avatar

Adnan Oktar

İslamla əlaqəli həddindən artıq anti-təbliğat edildiyi üçün, din anladılanda bir çox insan özünü fəlakətə dəvət edildiyini zənn edir. Gülməyəcək, musiqi dinləməyəcək, heç bir yerə baxmayacaq, qadınları yarım insan biləcək, incəsənətlə maraqlanmayacaq, uzun illər qılmadığı namazları qılacaq, tutmadığı orucları tutacaq, baxımlı ola bilməyəcək, müasir geyinə bilməyəcək, təmiz ola bilməyəcək, oxumayacaq, düşünməyəcək sanır. İslamı izah edə bilmək üçün əvvəl bütün bu ön mühakiməni ortadan qaldırıb, mehribanlıqla insanlara yaxınlaşıb gözəl sözlə izah etmək lazımdır.
A9 TV; 16 aprel 2018
avatar

Adnan Oktar

İnsan Allahdan müstəqil güc deyil. İnsan birbaşa Allah ilə əlaqəlidir. Ediləcək tək şey Allahı çox sevmək, Allah ilə dərin əlaqə içində olmaqdır. Biz tamamilə taleyin axışına bağlıyıq. Ellips ekrana yapışıq olaraq yaşayırıq. Bu ekrana təsir etmək, dəyişdirmək mümkün deyil.
A9 TV; 15 aprel 2018
avatar

Adnan Oktar

Qadın mənim üçün dünyanın ən möhtəşəm, ən gözəl varlığıdır. Qadınlara diqqət göstərmək çox əhəmiyyətlidir. İmanlarının çox güclü olmasını təmin etmək lazımdır. Qadın imanla həqiqi qadın olur, imanlı Allahdan qorxan qadın dərinlik qazana bilər. Qadın Allahdan qorxanda sarsılmaz sevgiylə bağlanan, dərin düşünən, dərin görən müəzzəm varlıq olar.
A9 TV; 15 aprel 2018
avatar

Adnan Oktar

Sevgi dünyadakı ən uca sənətdir. Yüksək sevgi və ehtiras yalnız dərin imanlı, ağıllı insanlara verilmiş nemətdir. Dünyada bu sevginin üstündə sənət yoxdur.
A9 TV; 15 aprel 2018
avatar

Adnan Oktar

Cənnətə zəngin getmək istəyərik. Bu zənginlik dünyada hər an Allah rizası üçün savab qazanmaqla əldə edilər. Uzun ömür buna görə istənilər. Savabı zaman içində qazandığımız üçün, zamanın uzun olması çox savab almamıza, cənnətə çox zəngin getməyimizə vəsilə olar.
A9 TV; 15 aprel 2018
avatar

Adnan Oktar

Səmimiyyəti Allahdan istəmək lazımdır. Səmimiyyət asandır və rahatladıcıdır. İnsan dərhal üzərindəki təzyiqin qalxdığını hiss edər. Səmimi olduqdan sonra eqoizm bitər. Allahın böyüklüyünü kamil mənada anlayan səmimi insan dünyadakı ən böyük mənəvi güc halına gələr.
A9 TV; 15 aprel 2018
avatar

Adnan Oktar

Hər şeyi yaradan Allahdır. Hər hadisəni ən gözəl Sənətçi, ən gözəl Ağıl yaratdığı üçün hamısı gözəldir, xeyirdir. İnsan xeyir gözüylə baxanda hər şeyin xeyirli yönünü görər. Allahın insanda yaratdığı ayrı qabiliyyətdir, xeyir gözü. Şər gözü vardır bir də. Şər gözüylə baxsan hər şeyi qaranlıq görərsən. Xeyir gözüylə baxmaq qabiliyyətini istifadə edərsən, hər şey xeyirdir. Allahın sonsuz gücünün hər yerdə olduğunu bilərək, xeyir gözüylə baxmaq lazımdır.
A9 TV; 15 aprel 2018
avatar

Adnan Oktar

Uşağın əsas ehtiyacı sevgi, şəfqət, Allah sevgisi, mərhəmətdir. Məktəblərdə uşaqlara çayların adları, keçmişdə yaşamış insanların doğum tarixini, ölüm tarixini əzbərlədirlər amma şəfqətin, keyfiyyətli olmanın, nəzakətin, ədəb qaydalarını, mədəniyyətin, sevginin əhəmiyyətini demək olar ki, heç öyrətmirlər. Uşaqlara o dərsləri niyə keçdiklərini izah etmək lazımdır. Bilikli olmalarının onlara nə qazandıracağını, nə qədər seviləcək hala gələcəklərini izah etsələr uşaqlar məktəbə qaçaraq gedərlər.
A9 TV; 15 aprel 2018
avatar

Adnan Oktar

Türkiyə, müasir sağ anlayışla çox rahat edəcək ölkədir. Müasir sağ Yaxın Şərq üçün də ideal modeldir. İfrat sağa da, ifrat sola da, dövlət sadiq olduğu və şiddətə əl atmadığı müddət, qapını açıb fikirlərini sərbəst şəkildə ifadə edə biləcəkləri mühit çox sakitləşdirən olar. Dekolte geyinən qadınların da, hicablı qadınların da azad olduqları, separatçılıq və silahlı hərəkət xaricində hər fikrin rahatca danışıldığı Türkiyə, Yaxın Şərq üçün çox gözəl model olar.
A9 TV; 15 aprel 2018
avatar

Adnan Oktar

Müsəlman ziyalıların bir-birini sayıb, sevib, qoruması lazımdır. Bunun içində Süleymanlılar da, Nəqşibəndilər də, Qadirilər də var, hər cür təriqət mənsubundan var. Mütləq bir yerə gəlib, bir-birlərini sevdiklərini, dost, qardaş olduqlarını izah etməlidirlər. Əks halda vəziyyət son dərəcə təhlükəli olar.
A9 TV; 1 aprel 2014
avatar

Adnan Oktar

Dindar olmaq Allahı çox yaxşı görmək, çox yaxşı anlamaqdır. Allahın böyüklüyünü çox yaxşı qavrasan, ən dindar sən olarsan. Dindar olmaq özünə əziyyət etmək deyil. Dindar olduğunda, Allah o insana həyatı gözəlləşdirər və asanlaşdırar.
A9 TV; 14 aprel 2018
avatar

Adnan Oktar

Münafiq əxlaqsız olduğunu və cəhənnəmə gedəcəyini bilməsindən qaynaqlanan acı içində yaşayar. Münafiqin bəlası dəqiqdir.
A9 TV; 14 aprel 2018
avatar

Adnan Oktar

İnsanı xoşbəxt edən tək şey həqiqi sevgidir. Həqiqi sevgini görən insan, həyat tapmış olar. Həqiqətən sevildiyini gördükdə insan xoşbəxt olar.
A9 TV; 14 aprel 2018
avatar

Adnan Oktar

Darvinist təhsil, gənclərə "Allah yaratmadı" təhsili verilməsi deməkdir. Darvinist təhsil Allahın varlığını və dini inkar edir. Bu təhsil davam etdiyi müddətcə deizm də ateizm də inkişaf edər. Bir tərəfdən ateizmə qarşı olduğunu söyləyib bir tərəfdən gənclərə Darvinist təhsil vermək ziddiyyətli vəziyyətdir.
A9 TV; 14 aprel 2018
avatar

Adnan Oktar

Ənənəçi Ortodoks sistem müsəlmanlara qarşı oynanmış böyük oyundur və faciədir. Allah, Quranda İslamın asan olduğunu bildirmişdir. Allah, qulları üçün çətinlik diləməz. İslam olduqca asandır. Ənənəçi sistemin ortaya qoyduğu ağır hökmlərin heç biri Quranda yoxdur. Quran insanı cəmiyyət, ailə, ənənə təzyiqindən və hər cür təzyiqdən xilas edər. İslam tam tətbiq olunduğunda çox ağıllı insan meydana gələr.
A9 TV; 13 aprel 2018
avatar

Adnan Oktar

Allahın varlığı çox dəqiq və ola bildiyi qədər açıqdır. Allahı heç düşünmədən yaşamaq, insanların çox böyük ayıbıdır. Həm Allahın varlığını bilmək, həm də diqqətsiz olmaq inanılmazdır. Allaha qarşı çox böyük günahdır bu.
A9 TV; 13 aprel 2018
avatar

Adnan Oktar

Allahı sevən insan həmişə gözəllik qazanar. Allahı sevdiyində eqoist olmursan, özün üçün yaşamırsan, Allah və sevdiklərin üçün yaşayırsan, dürüst olursan, səmimi ın hamısı Allahı düşünəndə qazandığın gözəlliklərdir.
A9 TV; 13 aprel 2018
avatar

Adnan Oktar

Heç kimsənin etibar etmədiyi, hər kəsin alçaq olduğunu bildiyi, tək başına insanlar halına gəlmək, münafiqlərə Allahın verdiyi ən böyük cəzadır. Samirinin çöllərdə tək başına gəzməsi kimi tək başlarına alçaldılaraq yaşayırlar. Onların yanında yalnız homoseksual, kriminal, cəmiyyətin ən alçaq tipləri olur.
A9 TV; 13 aprel 2018
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Müsəlman ziyalıların bir-birini sayıb, sevib, qoruması lazımdır. Bunun içində Süleymanlılar da, Nəqşibəndilər də, Qadirilər də var, hər cür təriqət mənsubundan var. Mütləq bir yerə gəlib, bir-birlərini sevdiklərini, dost, qardaş olduqlarını izah etməlidirlər. Əks halda vəziyyət son dərəcə təhlükəli olar. Sitatlar
Münafiq gecə gündüz həsəd içində müsəlmanların xəbərlərini təqib edər. Bir tərəfdən öz əxlaqsızlığını, cəhənnəmə sürüyən həyatını bilmənin əzabını yaşayar, digər tərəfdən də, müsəlmanların sevincinə həsəd aparar. Bu da Allahın münafiqlərə verdiyi dünya əzablarından biridir. Sitatlar
İnsan ruhu süniliyi, səmimiyyətsizliyi dərhal anlayacaq şəkildə yaradılmışdır. Süniliyi gördüyü anda dərhal ondan ruhu sıxılar, o insandan uzaqlaşmaq istəyər. Sitatlar
Deizmin yayılmasının əsl səbəbi Darvinizmdir. Əsas məsələ deizm deyil, Darvinizmdir. Darvinizm, Allahsız, dinsiz ideologiyaların təməlində yer alır. Darvinizmin elmi cavabı verilmədiyi müddətcə, məktəblərdə Darvinizm sanki elmi məlumat imiş kimi uşaqlara öyrədildiyi müddətcə deizmə qarşı tədbir alına bilməz. Darvinist təhsil, Konya kimi şəhərdə belə gənclər arasında deizmin yayılmasına səbəb olur. Daha çox yubanmadan, tez zamanda Darvinist təhsilin dayandırılması, hər yerdə gənclərə yaradılışın elmi dəlili olan fosillərin göstərilməsi, tək bir zülalın belə təsadüfən meydana gəlməsinin qeyri-mümkün olduğunun izah edilməsi lazımdır. Sitatlar
Sevgini yaşaya bilmək üçün əvvəlcə dərin ağılla Allaha heyran olmaq, Allaha dərin sevgidən qaynaqlanan dərin ehtiras və dərin Allah qorxusu lazımdır. O zaman insan özünü də sevər, insanları da sevər. Sitatlar
Dəccaliyyət insanların hamısına birdən hücum edərək və hücumun əhatəsini getdikcə artıraraq insanları Allaha yönəlməyə məcbur edər. Ledün yönü ilə Dəccaliyyət də Allaha xidmət edir. Amma biz Haqq tərəfdarı olaraq, Mehdiyyət qabaqcılı olaraq ledün yönünə görə deyil, zahiri istiqamətinə görə hərəkət etməklə və Dəccaliyyətlə var gücümüzlə elmi olaraq mübarizə aparmaqla məsuluq. Sitatlar
Mehdiyyət təvazökarlıqdır. Allah Mehdiyyəti təvazökar sahibi olduğu üçün müvəffəqiyyətli edir. Sitatlar
Bir çox yerdə səmimi dindarlıq hakim olmadığı üçün insanların sevinc yaşayacaqları mühit da olmur. İnsanların bədbəxtliyinin səbəbi də, imanın sevincinin bilinməməyidir. Arada parazitlər olduğu üçün yaranan mühit gəncləri çox narahat edir. Heç bir yerdə sevgi olmamasına alışmış olurlar. Qorxunc həyatı əvvəldən qəbul edirlər. Ya da süni sevgiyə, faydaya söykənən sistemə razı olurlar. Həqiqi sevgini deyil, sevginin ədəbiyyatını bilirlər. Sitatlar
Xalq, əsgər və sənətçilərin iç-içə olması gözəllikdir. Əsgərin sevinməsi, sənətçilərlə birlikdə vaxt keçirməsi sevindirici haldır. Yersiz tənqidlərə ehtiyac yoxdur, bu tənqidlər xalqımızı da narahat edir. Tayyib hocamın sənətçiləri Hataya aparmasını, sənətçilərimizin əsgərlərimizlə birlikdə əylənməsində heç bir səhv yoxdur. Sənətçilərin ordumuza dəstək olması, ordu millət əl-ələdir mesajı verilməsi çox gözəl hərəkətdir. Sitatlar
Rəhmətlik başbuğ, Türkiyənin ən çətin dövrlərində kənd-kənd gəzərək möhtəşəm gənclik yetişdirdi. Bu gözəl struktur indi hələ də dövlətimizin ana təməlini təşkil edir. Allah başbuğdan razı olsun. Sitatlar
Allah möminləri əyləndirmək üçün münafiqləri xüsusi olaraq yaradır. Mehdiyyəti dayandırmaq üçün bütün gücləriylə çırpınırlar amma Mehdiyyət elmlə əzə-əzə irəliləyir. Hər şey Mehdiyyətin irəliləməsinə xidmət edir. Sitatlar
Təmizlik üçün ruh keyfiyyəti lazımdır. Ruhu ölmüş biri təmizlik və keyfiyyət axtarmaz. Təhsildə ən vacib diqqət ediləcək şey o insanın Allahın böyüklüyünü dərinləməsinə qavramasını təmin etməkdir. Allaha iman edir, lakin Allahın böyüklüyünü dərinləməsinə qavramayanda təvəkkül əksikliyi olur. Allahın böyüklüyünü yaxşı qavramaq və hər şeyi Allahın yaratdığından əmin olmaq lazımdır. Sitatlar
Eqoist olmayan insan mələk kimi olar. Eqoistlik insanları məhv edir. O bəlanın içindən çıxsalar çox gözəl yaşayarlar. Eqoist olsan da bir qab yemək yeyirsən, olmasan da, eqoist olsan da bir yataqda yatırsan, olmasan da. Nə gərək var özünə bu qədər əziyyət etməyə. Burax özünü, Allah üçün yaşa. Allah üçün yaşayan həm özü, həm də həyatı çox gözəl olar. Sitatlar
Şəhidlik təbrik ediləcək məqamdır. Allah şəhidlərimizin şəhadətini mübarək etsin, nə gözəl onları cənnətinə layiq görmüş. Çətin olan dünyada qalmaqdır. Şəhidlərin arxasınca kədərli ifadə istifadə etmək şəhidlərin ruhu üçün incidici olar. Onlar çox gözəl yerdədirlər. Sitatlar
Şəhidlərimizə Allah qəni-qəni rəhmət etsin. Şəhidlərin ruhu cənnət əhli olur, nə gözəl, ən gözəl mövqeyə qovuşdular. Şəhidlərimizin heç birinin qanının yerdə qalmayacağını bütün dünyanın görməsi lazımdır. Sitatlar
Münafiqlər ölü, xüsusi olaraq yaradılmış, başı boş varlıqlardır. Tamamilə həyatın həqiqətlərinə kilidlənmiş, guya Quranın hökmlərini dəyişdirərək bütün ömürlərini müsəlmanlarla mübarizəyə həsr edirlər. Belə bir axmaqlıq ola bilməz. Böyük küfr, dəccaliyyət varkən bütün ömrünü bir ovuc müsəlmanla məşğul olmağa həsr etmələri möcüzədir. Münafiqlərin bu mübarizəsinin müsəlmanların hər vəziyyətdə lehinə olması və müsəlmanların çox əylənməsinə səbəb olmaları da ayrı möcüzədir. Sitatlar
İnsan səmimi olanda normal insan olar. Allahın böyüklüyünü qavrayanda da metafizik varlığa çevrilər. Allahın böyüklüyünü qavrayan insan, Allahın diləməsiylə, yenilməz gücə çevrilər. Sitatlar
İnsanların təkəbbürlü olması möcüzədir. Ruhu olmayan insan acizliyini fərq etməz. Yerdə gübrə olsa yenə anlamaz, təkəbbürlənər. Ruhu olmayanları əhəmiyyətli görməmək lazımdır. Sitatlar
Bəzi insanlarda təfərrüata girib boğulma, özünü ağıllı zənn edərək başqa yollara girmək meyli vardır. Başqa yollara girmək ümumiyyətlə insan üçün boğucu olur. O boğulma da ağlama, kədər, stress şəklində özünü göstərir. Quranın doğru yolundan ayrılmamaq çox əhəmiyyətlidir. Sitatlar
Münafiqlərdən yalnız insi şeytanlar təsirə düşər. Onlar münafiqlərlə yoldaş olar. Münafiqlər dindar kimi, dürüst insan kimi görünməyə çalışırlar. Onların maskası vardır. Şeytan müsəlman maskası taxaraq gəlir. Qurandan bəhs edərlər, Allahı xatırlayar, müsəlman kimi danışarlar. Özləri kimi olan insi şeytanlar da onlara aldanır və yanlarına gedər. Sitatlar
Dərviş əxlaqlı insan olmaq gözəldir. Eqoist olmamaq üçün mütləq maddi imkan lazım deyil. Maddi imkanı məhdud da olsa insan fədakar olar. Dünyadan imtina edən insan olunduğu zaman eqoistlik sıfır olar. Sitatlar
Dəccal və komitəsinin ifşa edilməsi çox əhəmiyyətlidir. Dəccaliyyət gücünü gizli olmaqdan alır, özünü gizlədir. İnsanların çoxu dəccaliyyətin pəncəsində qıvrılan ölkələrə diqqətlərini verir, dəccaliyyəti görə bilmirlər. Dəccaliyyət, İngiltərə dərin dövlətidir. Bunu açıqca söyləmək lazımdır. Sitatlar
Dəccaliyyət insanları bir tərəfdən darvinizmlə, digər tərəfdən ənənəçi ortodoks sistemlə mühasirəyə almış vəziyyətdədir, sevgini əllərindən alır. Sitatlar
Ənənəçi ortodoks İslam anlayışı incəsənəti və elmi öldürür, qadınları təzyiq altına alır, hər şeyi neytrallaşdırıb ruhu məhv edir. Sitatlar
Şəhidlərimizə Allah taledə ən gözəl məqamı nəsib etmişdir və vaxtı gəldikdə onları o gözəlliyə alır. Nə xoşbəxt onlara, məqamlarına qibtə edirik. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur