Hörmətli Adnan Oktarın 11 yanvar 2018-ci tarixli söhbətindən önəmli başlıqlar
Birlikdə qardaşca yaşamaq varkən müharibə və qarşıdurma istəmənin məntiqini anlamaq mümkün deyil. Qan tökməyi çox təbii görürlər, qardaş olmağı isə yadırğayırlar. Təbii və gözəl olan, sevgi dolu olmaqdır. Qardaş olmaqdır, dost olmaqdır.
Hər kəsin şən, bir-birinə salam verdiyi, bir-birinə iltifat etdiyi, qadınların çox azad olduğu və hörmət gördüyü cəmiyyət olması gözəldir. İnsanları sevmək, onlarla yoldaş və dost olmaq dünyanın ən gözəl nemətidir. Amma insanlar ən zövqlü şeyləri tərk etmişlər; dost olmağı, vəfanı, sevməyi tərk etmək çox pis vəziyyətdir.
Xalqlar, millətlər təmizdir. Dərin dövlətlər, azğın ideologiyalar zalımdır. Biz bütün xalqları, bütün millətləri sevir, hamısı ilə dost olmaq istəyirik.
Allah münafiqləri tənha qoyur. Münafiqlər həmişə təcrid olunmuşdur, yoldaşları, dost ətrafları yoxdur. Münafiq fotoşəkillərinə baxdığınız zaman həmişə münafiqlərin digər münafiqlərlə olduğunu görərsiniz. Bu, Allahın onlara cəzasıdır.
Gənclərə tövsiyəm Allahı çox sevsinlər. Allahı çox sevsələr, Allahla dost olsalar hər məsələ həll olunar.
“Allahım məni eqoist olmayan, Səni çox sevən, Sənin də onu çox sevdiyin, mənim imanıma, şəxsiyyətimə töhfə verəcək, məni dəyərli görəcək, məni sevəcək, mənə hörmət göstərəcək bir qulunla dost et” deyə dua etmək lazımdır.
Oktyabr 26 2017, 20:01
Oktyabr 30 2014, 09:40