logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 26 yanvar 2018

avatar

Adnan Oktar

“Allahım məni eqoist olmayan, Səni çox sevən, Sənin də onu çox sevdiyin, mənim imanıma, şəxsiyyətimə töhfə verəcək, məni dəyərli görəcək, məni sevəcək, mənə hörmət göstərəcək bir qulunla dost et” deyə dua etmək lazımdır.
A9 TV; 26 yanvar 2018
2459
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Allah Atatürkə qəni-qəni rəhmət eləsin. Demək olar ki, bütün İslam ölkələri təlatüm içində olarkən, Atatürkün qurduğu sistem sayəsində Türkiyə Yaxın Şərqin ən müasir, İslamı ən gözəl yaşayan ölkəsi oldu. Onu rəhmət və hörmətlə yad edirik. Sitatlar
Allah münafiqləri tənha qoyur. Münafiqlər həmişə təcrid olunmuşdur, yoldaşları, dost ətrafları yoxdur. Münafiq fotoşəkillərinə baxdığınız zaman həmişə münafiqlərin digər münafiqlərlə olduğunu görərsiniz. Bu, Allahın onlara cəzasıdır. Sitatlar
Allah Özünü aşkar etməz. Allahın Özünü gizlətməsi Allahın sənətidir və İlahlığının mükəmməlliyidir. Allah Özünü 70 min pərdə ilə gizlədər, biz o pərdələri aça-aça Onu tapmalıyıq. Murdar insanların Allaha çata bilməməsi mömin üçün nemətdir. Dürüst, yaxşı, gözəl olanların Allaha çatması isə çox zövqlü yarışdır. Sitatlar
Allah qorusun Suriyalı bacı-qardaşlarımızı Türkiyəyə almasaydıq, onları ölümə tərk etmiş olacaqdıq. Bir insanı ölümə tərk etmə ehtimalı olduğu zaman əlimizdən nə gəlsə edib onu xilas etmək vicdani məsuliyyətdir. Əgər belə vəziyyətdə biri, "buraxın ölsünlər" deyirsə bu vicdansızlığı necə qazanmış olduğunu sosioloji olaraq araşdırmaq lazımdır. Bizim millətimiz heç vaxt belə vicdansızlığı qəbul etməz. Sitatlar
Allah Quranda münafiqlərin müsəlmanları həmişə təqib etdiklərini bildirir. Müsəlmanları təqib edərkən həmişə dini dinlədikləri üçün əzabları daha da ağırlaşır. Münafiqin edəcəyi hər həmlə taledə bəllidir. Nə irəli, nə geri gedə bilər. Allahın təqdir etdiyi qədər fəaliyyət göstərə bilər. Onun hər fəaliyyəti onu bəlaya sürükləyən hərəkətdir. Sitatlar
Allahdan ən çox, Allahın qəlbimizə dərin iman həkk etdirməsini və Onu sevməyi istəməliyik. Allaha dərin imanla, səmimi imanla bağlandığımız zaman hər şey çox gözəl olar. Sitatlar
Allahı heç unutmasaq, Allahı çox sevdiyimizi və yaxın dost olduğumuzu həmişə yadda saxlasaq, şirkdən şiddətlə çəkinsək, gücün sahibinin Allah olduğunu heç unutmasaq çox doğru bərəkətli yolda irəliləyərik. Allahın gücünün hər şeydən üstün və hər şeyə hakim olduğunu düşünmək əhəmiyyətlidir. Haşa müəyyən yerə qədər gücü varmış kimi düşünmək olmaz. Sitatlar
“Allahım mənə ən az günahla Sənə ən yaxın olaraq vəfat etməyi nəsib et” deyə dua etmək lazımdır. Sitatlar
Allahım, mənə ən az günahla Sənə ən yaxın olaraq vəfat etməyi nəsib et deyə dua etmək lazımdır. Sitatlar
Antidemokratik yollarla İranı dağıtmağa cəhd edən İngiltərə dərin dövlətinin qanunla, hüquqla imkan vermərik. Hər kəs fikrini ifadə edər, hökumətləri tənqid edər. Lakin dövləti, milləti antidemokratik yolla dağıtmağa cəhd edənə tamaşaçı qalmaq olmaz. İngiltərə dərin dövlətinin göstərişi ilə İranı dağıtmağa cəhd edənin başına dünyanı elmlə, qanunla yıxarıq. İran və Türkiyə qədim dost olan iki ölkədir. Bir-birini hər şəraitdə müdafiə edər və dəstəkləyər. İranın yanındayıq, həmişə yanında olacağıq inşaAllah. Sitatlar
Bizim dost mühitimizdə fitnə, dedi-qodu, aqressivlik, dava yoxdur. Stress aradan qalxdığı üçün, sevgi dolu mühitdə olduqları üçün dostlarımın həm baxışları, həm də dəriləri çox gözəlləşir. Güvən içində olmağın rahatlığı üzərində olur. Sitatlar
Dəliqanlıların gənc qızlara edəcəkləri ən böyük yaxşılıq güvən verməkdir. Qadınlar güvəni axtarmaqda çox haqlıdırlar. Onların canının, namusunun və xoşbəxt yaşamasının təminatını verməlisiniz. Lakin bunu demaqoqluqla deyil, səmimi Allah rizası üçün etməlisiniz. O zaman gənc qızlar çox rahat olarlar və sizinlə dost olmaqdan zövq alarlar. Sitatlar
Dua, Allah ilə əlaqədir. Allah ilə əlaqə qurmayan insan sıxılar. Dua ilə Allahla əlaqə qurulduğu üçün qəlb dərhal fərəhlənər. Sitatlar
Dua, Allaha olan sevgimizi göstərmək üçün Allahın lütfü olan nemətdir. Bəndənin Allah ilə danışmağa, Allaha olan dərin sevgisini göstərməyə ehtiyacı var. Dua, bu ehtiyacın həyata keçirilməsidir. Sitatlar
Dua Allaha sevgidir. Dua Allaha təslimiyyət və sevginin ən mükəmməl formasıdır. Ayədə işlənən; "duanız olmasa, nə dəyəriniz olardı" ifadəsi, "Məni sevməyiniz üçün sizi yaratdım. Sevginiz olmasa heç nəyin mənası olmazdı" mənasındadır. Dua etdiyin zaman Allahın sənin səsini eşitdiyini, səni dinlədiyini bilirsən, Onunla danışırsan, əlaqə yaradırsan. Bunlar həmişə sevgidir. Sitatlar
Gənclərə qızlarla oğlanların çox gözəl dost ola biləcəklərindən gözəl və qısa şəkildə bəhs edilsə, onlar çox gözəl dostluqlar qurarlar. Bir-birilərinə hörmət göstərməyin, dost olmağın, sevməyin yolu göstərilsə çox möhtəşəm dost olarlar. Qızlar çox rahat olarlar heyrətamiz hörmət görər və rahat yaşayarlar. Lakin bir çox insanın təzyiq göstərməkdən başqa bildiyi üsul yoxdur. Sadəcə təzyiq göstərməyi, qadağan etməyi bilirlər. Sitatlar
Gənclərə tövsiyəm Allahı çox sevsinlər. Allahı çox sevsələr, Allahla dost olsalar hər məsələ həll olunar. Sitatlar
İran dost və can qardaşımızdır. İrana Allah həmişə xeyir və bərəkət versin. Xoşbəxtlik, sevinc içində, İslam Birliyinin gözəllikləri içində yaşamalarını nəsib etsin. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar
2023-cü il fərəhlik və aydınlıq olacaq inşaAllah. 2071-ci ilə qədər dünyanı abadlaşdırmağa davam edəcəyik, möhtəşəm gözəlliklər görəcəyik Allahın icazəsi ilə. İnsanlar ilk dəfə dünyanı belə gözəl görəcəklər. Tayyib hocam da Allahın icazəsi ilə 2023-cü ildə bu millətin başında olacaq. Sitatlar
2023-cü ildən 2071-ci ilə qədər Türkiyədə yaxşıya doğru yüksəliş davam edəcək. 2071-ci ildən sonra irəliləyiş bir az zəifləyəcək və 2082-ci ilə qədər də o şəkildə davam edəcək. Tayyib hocamız da 2023 və 2071-ci illərə diqqət çəkir. Bu tarixlər mehdiyyətin tarixləri, Bədiüzzamanın işarə etdiyi tarixlərdir. 2023-cü il münafiq zehniyyətin də tamamilə zərərsizləşəcəyi tarixlərdir. Sitatlar
3-5-7-9 ilə İslam Birliyinin reallaşdığını görəcəyik inşaAllah. Çətin dövrlərdən keçərkən heç bir bacı-qardaşımız təlaşa qapılmasın. Çox çalışqan, şövqlü, qətiyyətli olmağımız lazımdır. Münafiqliyə, dinsizliyə, küfrə elmlə, irfanla, hüquqla, qanunla cavab verməliyik. Sitatlar
3-5-9 il içərisində İstanbul inşaAllah çox gözəlləşəcək. Hal-hazırda hara baxsaq beton yığınları və sıxıntı verən struktur görürük. İstanbulun görünüşü tamamilə dəyişəcək və hər yer ürəkaçan olacaq. Sitatlar
3-5 ilə qədər dünyada çox böyük hadisələr olacaq. Türkiyə aparıcı ölkə olacaq. Tayyib hocam Allahın icazəsi ilə daha uzun illər vəzifədə qalacaq. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur