Sevgi ilə Yaşayan İnsan Cənnətin Gözəlliyini Hissedər
Bütün kainatın məqsədi sevgidir, eşqdir. Allahın ən bəyəndiyi şey sevgidir. Cənnət, cəhənnəm, dünya, dünyadakı bütün detallar yalnız sevgi üçündür. Eşqin tam yaşanması üçün ağılı və vicdanı istifadə etmək əsas şərtdir. Ağıl istifadə edilmədikdə dünyanın da, cənnətin də mənası qalmaz. Dünya şahmat oyunu kimidir, bu şahmat oyununu gözəl bitirdiyimizdə eşqi həqiqi mənasıyla yaşayarıq. Cənnətdən zövq ala bilmək üçün mütləq dünyadakı bu təhsildən keçmək lazımdır. Mömin dünyada hər gün yeni bir şan, yeni bir şərəf qazanır, daha güclü dərinlik əldə edir.
Bütün dünyada insanlığı, insani həyata çəkmək lazımdır. Nifrət, kin, dəhşət saçmaq qorxunc şeylərdir. Gözəl olan dostluq, yoldaşlıq, sevgidir. Bunu israrla insanlara izah etmək lazımdır. Filmlərdə, seriallarda, internetdə həmişə döyüş, qarşıdurma, silah, tələyə salma vardır. Halbuki hər yerdə sevgi olmalıdır. İnsana bu qədər gözəl həzz verən bir duyğu varkən döyüş fəlsəfəsini yaymaq çox böyük zülmdür.
Ədəb yoxluğu və sevgisizlik olduğunda fərqli düşüncəyə hörmət duyulmur. Qatı və sevgisiz heç bir insanla müsahib olmamaq lazımdır. Sevgi dolu, dərrakəli, məntiqli, danışmaq mümkün olan insanlarla görüşmək lazımdır.
Eşqın ağılla həmişə zənginləşdirilməsi və bəslənməsi lazımdır. Əgər sevgi ağılla bəslənmirsə çökməyə doğru gedər. Müsəlmanın sevgisi monoton olmaz. Müsəlman sevgisini həmişə zənginləşdirər.
Heyvan sevgisi cənnət ruhunu bilməmizdən qaynaqlanar. Bir çox gözəlliyi cənnətdən bilirik. Möminlər cənnətdən gəldikləri üçün ruhları dünyada da heyvan sevgisini axtarar. Dünyada heyvan sevgisini insan tam olaraq qane edə bilmir, çarəsizlik içində sevimliliklərini izləyir.
Sevgi dünyadakı ən uca sənətdir. Yüksək sevgi və ehtiras yalnız dərin imanlı, ağıllı insanlara verilmiş nemətdir. Dünyada bu sevginin üstündə sənət yoxdur.
Oktyabr 26 2017, 20:01
Fevral 10 2014, 20:54