logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 24 iyun 2018

avatar

Adnan Oktar

Bütün dünyada insanlığı, insani həyata çəkmək lazımdır. Nifrət, kin, dəhşət saçmaq qorxunc şeylərdir. Gözəl olan dostluq, yoldaşlıq, sevgidir. Bunu israrla insanlara izah etmək lazımdır. Filmlərdə, seriallarda, internetdə həmişə döyüş, qarşıdurma, silah, tələyə salma vardır. Halbuki hər yerdə sevgi olmalıdır. İnsana bu qədər gözəl həzz verən bir duyğu varkən döyüş fəlsəfəsini yaymaq çox böyük zülmdür.
A9 TV; 24 iyun 2018
2123
avatar

Adnan Oktar

İnsan ağlı maqnit kimi hər şeyi çəkər. Allah ilə əlaqə güclü olanda gərəksiz heç bir şeyə narahat olmazlar. Qorumanın Allahdan olduğunu biləndə, həmin narahat edici mövzular ona heç vaxt zərər verməz. Fikir etməmək üçün mövzulara çox yuxarıdan baxmaq və böyük ağılla olmaq lazımdır. "Müsəlmanlar əzilir, şəhid edilirkən mənim balaca işlərim əhəmiyyətlidir yoxsa o insanların qurtuluşu daha əhəmiyyətlidir" deyə düşünüb əhəmiyyətsiz mövzulardan xilas olmaq mümkündür.
A9 TV; 22 iyun 2018
avatar

Adnan Oktar

Allaha güvənmək əhəmiyyətlidir. Əgər insan Allaha güvən mövzusunda özünü zəif görürsə, özünə əsəbiləşərək bu mövzunun üstünə getməlidir. İnsanlar təvəkkül edə bilmədikləri üçün çətin yaşayırlar. Allah insanlara zülm etməz, təvəkkül etmədikləri üçün insanlar özləri özlərinə zülm edirdilər.
A9 TV; 22 iyun 2018
avatar

Adnan Oktar

Namaz Allaha sevgidir, Allaha iltifatdır. İbadət Allaha sevgimizi göstərmə şəklimizdir. Bütün ibadətlər Allaha olan sevgini ifadə edər.
A9 TV; 22 iyun 2018
avatar

Adnan Oktar

Sənətçilərə sahib çıxılması çox vacib mövzudur. Sənətçilərin hamısına mütləq dövlət medalı və sabit maaş təmin edilməsi lazımdır. Sənətçi çalışıb pul qazanmaq məcburiyyətində olmamalıdır. Həyatları zəmanət altında olmalıdır. Sənətçi bir yerə gəldiyi zaman ondan ödəniş alınmaz.
A9 TV; 22 iyun 2018
avatar

Adnan Oktar

İmanın dərinləşməsi çətin deyil. Amma çox səmimi olmaq lazımdır. İnsan səmimi olduqda iman dərinliyi öz-özünə inkişaf edən nemət olaraq möminə verilər.
A9 TV; 21 iyun 2018
avatar

Adnan Oktar

Hər kəsin hər kəsə salam verdiyi, dost olduğu dünya istəyirik. İnsanlar həmişə bir-birinə məsafəli və uzaqdır. Yalnız öz ailəsini sevir. Hər kəsin bir-birinə ailə olduğu dünya olması üçün məşğul oluruq.
A9 TV; 19 iyun 2018
avatar

Adnan Oktar

İman zəifliyi və darvinist təhsil bir arada olanda gənclər məhv olur. Sənin atan soxulcan, bakteriyadan təsadüflər nəticəsində olmusan deyəndə uşaq dəhşətə qapılar. Bu cür təhsillə yetişən uşağın xoşbəxt olması, hüzur tapması mümkün olmaz.
A9 TV; 22 iyun 2018
avatar

Adnan Oktar

Hər an Allah ilə birlikdə hərəkət etmək lazımdır. İnsanların ən böyük bəlası Allaha güvənməkdə şübhəyə düşmələridir. İnsanların bəzisi mənfəətlərinə zidd düşəndə Allahı buraxmaq meylində olar. Əksinə bəla, dərd gələndə Allaha daha güclü sarılmaq lazımdır. Allah onsuz da o hikmətlə bəlanı verər. O zaman bütün yollar o insana açılar.
A9 TV; 18 iyun 2018
avatar

Adnan Oktar

Din dərsində əsas sevgi və mərhəmət öyrədilməlidir. Allah niyə sevilir, Allahın sənəti nədir, Allahın böyüklüyü necə aydın olar, iman həqiqətləri nələrdir, Quran möcüzələri nələrdir bunların gənclərə izah edilməsi lazım.
A9 TV; 18 iyun 2018
avatar

Adnan Oktar

Allahı candan sevən və böyüklüyünü qavrayan, dünyanın ən təsirli, ən böyük gücü halına gələr. Heç kim, o insanı məğlub edə bilməz.
A9 TV; 27 iyun 2018
avatar

Adnan Oktar

İnsanlar ən çox imanı güclü olan kəslərdən təsirlənər. Mömin gözəl təbliğ etmək istəyirsə imanının çox güclü, Allah sevgisinin çox dərin, Allaha güvənin tam olması lazımdır. O zaman bu insanın etdiyi təbliğ müdhiş təsirli olar, Allahın izni ilə.
A9 TV; 21 iyun 2018
avatar

Adnan Oktar

İnsanlardakı ən vəhşi instinkt gələcək qorxusudur. Bir çox insanın çəkdiyi acının təməlində gələcəkdən duyduqları qorxu vardır. Heç vaxt gələcəklərini zəmanət altına aldıqlarını düşünüb rahatlamırlar. Rahatlığı təmin edəcək yalnız Quranda izah edilən vəlayət sistemidir. Çünki vəlayət sistemində hər kəs hamının anası, atası, qardaşı, qoruyucusu olmaqla məsuldur.
A9 TV; 19 iyun 2018
avatar

Adnan Oktar

Bezmək, Allahın imtahanını istəməmək deməkdir. Sevgidən bezmək deməkdir. Belə bir şey möminin qədərində yoxdur. Mömində bezginlik olmaz. Bezginlik ölü olaraq yaradılmış varlıqlarda olar. Onlar yeməkdən, əylənməkdən, gəzməkdən hər şeydən bezərlər. Möminin isə hər anı həyəcan, hər anı yenilik, hər anı sevincdir. Mömin hara dönsə yaxşılıq, hara dönsə xeyirdir.
A9 TV; 18 iyun 2018
avatar

Adnan Oktar

Bu əsrdə insanlar heç bir dövrdə nəsib olmamış böyük möcüzələr görəcəklər. İslamın hakimiyyətini, Mehdini, iki min il sonra İsa Məsihi, Tabut-u Səkinəyi, Hz. Süleyman dövründən gələn müqəddəs əmanətləri görəcəklər inşaAllah.
A9 TV; 19 iyun 2018
avatar

Adnan Oktar

Türkiyə, kin və nifrət ölkəsi olmamalıdır. Yaxşı olan hər hərəkətə yaxşılıqla cavab verilər. İnsanın düşməni belə olsa yaxşı rəftar edəndə, o yaxşılıq təqdir edilər. Biz millət olaraq qardaşıq, birik. Yaxşı olan, gözəl olan hər rəftarı yaxşılıqla cavab vermək gözəllikdir.
A9 TV; 21 iyun 2018
avatar

Adnan Oktar

Şəhidlərimizin hamısı cənnət quzusudur. Necə nəsiblilər ki, Allah onlara ən gözəl məqamı vermiş. Allah bizlərə də yataq ölümü verməsin. Şəhidlik çox şərəfli, çox böyük nemətdir. Allah ailələrinə də xeyirli, gözəl ömür versin, onları razılıq içində yaşatsın.
A9 TV; 19 iyun 2018
avatar

Adnan Oktar

İnsanların sevinci, xoşbəxtliyi və azadlığı çox vacibdir. Tayyib hocam və hökumətimizdən xahiş edirik, "insanların xoşbəxt olmasını istəyirik, sevincə azadlığa üstünlük verəcəyik. Gənclərin, qadınların azad olmasını istəyirik. Həyatın yaxşı olmasını istəyirik" açıqlamalarına üstünlük versələr çox gözəl olar.
A9 TV; 18 iyun 2018
avatar

Adnan Oktar

Ehtiras olması üçün eqoist olmamaq lazımdır. Eqoist olmaq dünyadakı ən böyük faciədir. Eqoist insan məhv olmuş deməkdir. Səmimi insan Allah üçün və sevdikləri üçün yaşayar. Eqoistlik insanı adiləşdirər və bəsitləşdirər.
A9 TV; 18 iyun 2018
avatar

Adnan Oktar

Sərhədimizdə terrorist heç bir quruluş istəmirik. Allah ordumuzu müzəffər etsin. Allah əsgərimizi namərd güllələrdən qorusun.
A9 TV; 18 iyun 2018
avatar

Adnan Oktar

Qadınları dürüst sevmək, hörmət göstərmək lazımdır. Qadına dəyər veriləndə qadın olar. Qadın hörmətlə, dəyər verərək gözəldir. Axirətə niyyət yoxsa sevgi olmaz. Yox olacaq varlıq seviləməz. Özünün də qiyməti qalmaz, qarşısındakının də qiyməti qalmaz. Sonsuza niyyətlə sevilər.
A9 TV; 22 iyun 2018
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Allahın sevgisini istəyən, bütün diqqətini Allaha verməlidir. Allahın sənəti nəhəngdir, insan hamısının təfərrüatına yetişə bilmir amma əsas mövzulara yetişə bilər. Atomun quruluşu, hüceyrənin quruluşu, heyvanlardakı simmetriya və bər-bəzəyi düşünmək və ən əhəmiyyətlisi öz ruhuna baxmaq insana bütün həqiqətlərin qapısını açar. Sitatlar
Bir qadın çox səmimidirsə, sevgi, ehtiras, sədaqət, vəfa dayanmadan inkişaf edər. Bir qadının tam özü olması möhtəşəm vəziyyətdir. Bütün məsələ səmimiyyətdədir. Sitatlar
Bu sevgisizlik mühiti 3-5 ilə qədər dəyişəcək. Allah, Mehdi vəsiləsiylə, bütün dünyaya sevgini öyrədəcək. Sitatlar
Bütün həyatımıza hakim tək güc Allahdır. İnsanların böyük hissəsinin iman etməməsi möminlərin təhsili üçün xüsusi yaradılmış vəziyyətdir. Sitatlar
Ədəb yoxluğu və sevgisizlik olduğunda fərqli düşüncəyə hörmət duyulmur. Qatı və sevgisiz heç bir insanla müsahib olmamaq lazımdır. Sevgi dolu, dərrakəli, məntiqli, danışmaq mümkün olan insanlarla görüşmək lazımdır. Sitatlar
Ediləcək ən təcili xidmət insanların sevgi və mərhəmət dolu olmasını təmin etməkdir. Bunun üçün də darvinist-materialist təhsilin bitirilməsidir, çünki darvinizm insanların bir növ heyvan olduğunu və eqoistcə, mərhəmətsizcə mübarizə etmələrini söyləyir. Bu dəccali fəlsəfəni elmlə irfanla bir an əvvəl təmizləyək. Yoxsa Allah qorusun dəccaliyyət uşaqları da, heyvanları da, gəncləri də məhv etməyə davam edəcək. Sitatlar
İnsanların böyük hissəsi sadə maraqlarını, haşa, Allaha tərcih edən cahillik və eqoizm içindədir. İnsanların bütün bu nankorluğuna baxmayaraq Allah çox mərhəmətli və mehribandır. Sitatlar
İnsanların ikisi də ağıllıdırsa sevgi müdhiş sürətlə inkişaf edər. Amma bir tərəfin ağılı zəifsə sevginin inkişafı illər çəkə bilər. Hər iki tərəf ağıllıdırsa, iki tərəf də eqoist deyilsə, hətta qısa söhbətdə belə dərin sevgi meydana gələr. Sitatlar
Küçə üslubu münafiqin bütün həyatına hakimdir. Saxtakar satıcı üslubuyla hərəkət edər. Münafiq, həyatın həqiqətlərini başından, öz ağlına görə dini utopiya tapar, Quranın yaşana biləcəyinə inanmaz. Sitatlar
Küçənin təzyiqi, məhəllə təzyiqi, məktəb təzyiqi, bir çox qaydalarla insanları boğurlar. Quranın gətirdiyi azadlıq, ən geniş azadlıqdır. Azadlığın olmadığı mühitdə insanların ağlı donar, sevinci qaçar. Azadlıq, sevgi, sülh həmişə ön planda olmalıdır. Sitatlar
Bütün kainatın məqsədi sevgidir, eşqdir. Allahın ən bəyəndiyi şey sevgidir. Cənnət, cəhənnəm, dünya, dünyadakı bütün detallar yalnız sevgi üçündür. Eşqin tam yaşanması üçün ağılı və vicdanı istifadə etmək əsas şərtdir. Ağıl istifadə edilmədikdə dünyanın da, cənnətin də mənası qalmaz. Dünya şahmat oyunu kimidir, bu şahmat oyununu gözəl bitirdiyimizdə eşqi həqiqi mənasıyla yaşayarıq. Cənnətdən zövq ala bilmək üçün mütləq dünyadakı bu təhsildən keçmək lazımdır. Mömin dünyada hər gün yeni bir şan, yeni bir şərəf qazanır, daha güclü dərinlik əldə edir. Sitatlar
Eşqın ağılla həmişə zənginləşdirilməsi və bəslənməsi lazımdır. Əgər sevgi ağılla bəslənmirsə çökməyə doğru gedər. Müsəlmanın sevgisi monoton olmaz. Müsəlman sevgisini həmişə zənginləşdirər. Sitatlar
Sənətkara dəyər verməmək o insanın ədəbsizliyini, sevgisizliyini və zalımlığını göstərir. İncəsənət müqəddəsdir. Kiminsə sənətkar insana hörməti yoxdursa, o adam insani xüsusiyyətlərini itirmişdir. Sitatlar
Heyvan sevgisi cənnət ruhunu bilməmizdən qaynaqlanar. Bir çox gözəlliyi cənnətdən bilirik. Möminlər cənnətdən gəldikləri üçün ruhları dünyada da heyvan sevgisini axtarar. Dünyada heyvan sevgisini insan tam olaraq qane edə bilmir, çarəsizlik içində sevimliliklərini izləyir. Sitatlar
Tayyib hocam ilk turda Allahın izni ilə yenə ölkənin başı olacaq. Millət istiqrarı sevər. Qarışıq işlərdən xoşlanmaz. Millətimiz Tayyib hocamın özündən bir insan olduğunu bilir və onun səmimiyyətini sevir. Sitatlar
Sevgi dünyadakı ən uca sənətdir. Yüksək sevgi və ehtiras yalnız dərin imanlı, ağıllı insanlara verilmiş nemətdir. Dünyada bu sevginin üstündə sənət yoxdur. Sitatlar
Dünyaya ilk gəldiyimizdə insan ilk başda şüurlu şəkildə analiz edə bilmir. Məktəb bitirilir, universitetə gedilər, evlənilir, hər kəs həyat mübarizəsi içində yaşamağa çalışır deyə bilir böyük əksəriyyət. Amma diqqətlə baxdığımızda hər şeyin beynimizin içində yaradıldığını və çöldə maddənin yalnız kölgə varlıq olaraq olduğunu görürük. Təkcə saata, stəkana baxdığımızda Allahın varlığını açıqca görürük. Allahın varlığını görər görməz, tək bir atomun quruluşunda möhtəşəm Ağıl və nizam olduğunu da görürük. 15 milyard ildir hərəkət edən atomlar bir dəfə belə bir-birinə dəymir. Bir elektronun içindəki aləmi düşünün. Allahın böyüklüyü əzəmətlidir. Bu əzəmət böyüklük qarşısında məktəb bitirmək, iş sahibi olmaq və s. həyatın tək məqsədi ola bilməz. Və həyatının tək məqsədi Allah olan insan üçün həyatının hər detalı mükəmməldir, yağ kimi axır. Sitatlar
Kobud davranan insanlara qarşı ağıllı olmaq lazımdır. Dərhal ani reaksiya göstərməmək, anlayışlı olmaq, şəfqətli davranmaq ilk tədbir olaraq yaxşıdır. İkinci mərhələdə kobudluğu davam edirsə, yenə də gözəl cavab vermək ağıllı olar. Beləliklə sonra daha geniş düşünmə və danışma imkanı yaranar. O insan verdiyin şəfqətli cavabı ömür boyu unutmaz. Lakin insan şeytanidirsə o zaman da yenə ağıllı davranan müsəlman qazanmış olar, səbir müsəlmanı gücləndirər. Sitatlar
Münafiq mənfəət əldə edə bilməyəcəyinə tam qənaət gətirdikdə müsəlmanların yanından ayrılar. 15 il müsəlmanların baxdığı, yedirdiyi, içirtdiyi, xəstə olanda xəstəxanaya apardığı insan, 15 il ona əvəzsiz yaxşılıq edənlərin əleyhinə gizlin-gizlin fəaliyyətlər göstərir və tələ qurursa, bunun necə alçaqlıq olduğunu hər kəs bilər. Sitatlar
Sədaqət insan olmağın şərtlərindəndir. Sadiq olmayan, vəfanı bilməyən insani xüsusiyyətlərini itirmişdir. Sədaqət yoxdursa, mərhəmətsizlik və qəddarlıq vardır. Vəfa, mərhəmət, sədaqət, insanın möhtəşəm gözəllikləridir. Bunlardan biri olmasa o insan ölər, insan olmasının mənası qalmaz. Sitatlar
Şərqi Qutada körpələr aclıqdan ölür. Prioritet Şərqi Qutaya qida, dərman və əsas insani vəsait üçün yardım dəhlizi açılması olsun. Tayyib hocamdan da xahiş edirik. Şərqi Qutaya yardım üçün Türkiyə öncülük etsin. Sitatlar
Universitet tələbələrinə cibxərcliyi vermək adət halına gəlsin. Hər yardım bərəkət gətirər. Nəzakətlə universitetli gənclərə mütləq hər kəs cibxərcliyi versin, dəstək olsun. Sitatlar
Evlilikdə insan axirət yoldaşını seçmiş olar, gündəlik işlərini gördürmək və ya ehtiyaclarını etmək üçün evlənməzlər. Evlilik də ibadətdir. Sitatlar
40 ildir davamdan bir millim belə kənara çıxmadım. Eyni şövq, eyni həyəcanla və heç bir maneəni qəbul etmədən. Həbsxanalar, ağıl xəstəxanası, silahlı hücum, təzyiq, qorxutma, böhtan heç bir şeyə ilişib Sitatlar
Acılar olmadan insan inkişaf etməz və hər şey çox dəyərsiz olar. Cənnətin gözəlliyini belə, acı çəkməyən insan anlamaz. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur