Şam zirvəsindən əhəmiyyətli mesajlar
Dünya bir cür qorxu tuneli kimidir, içində gəzərkən insanlar bir çox zahirən qorxuducu, narahat edici şeylərlə qarşılaşar. Amma sonunda onların hamısı keçər, gedər. Dünya həyatı da elədir. Allaha güvənəcəksən. Bu dünyadan xeyirlə çıxacağını biləcəksən.
Heyvan sevgisi cənnət ruhunu bilməmizdən qaynaqlanar. Bir çox gözəlliyi cənnətdən bilirik. Möminlər cənnətdən gəldikləri üçün ruhları dünyada da heyvan sevgisini axtarar. Dünyada heyvan sevgisini insan tam olaraq qane edə bilmir, çarəsizlik içində sevimliliklərini izləyir.
Müsəlman cənnətə çox gözəl halda getmək istəyər. Dünyada təhsil alıb getmək şanlı gedişdir, böyük nemətdir.
Bütün dünya üçün ən böyük fəlakət sevgisizlik olur. Bütün insanların Allahdan sevgini istəməsi və dünyada sevginin dirildilməsi lazımdır. Kin, nifrət və hirsin yayılmasına icazə verməyək.
Mömin cənnətdən gələr, buna görə də, ruhunda cənnətə meyl var. Cənnətdə keyfiyyəti öyrənər, dünyada da evin, süfrənin, paltarın, insanın ən keyfiyyətlisini axtarar. Keyfiyyət cənnətə olan həsrətə, cənnətdə öyrəndiyimiz bilgini dünyada axtarıb tətbiq etməyə deyilər.
Münafiqlərin dünyada dostları yoxdur, axirətdə də sonsuza qədər tək-tənha olacaqlar.