Harun Yəhyanın Əsərləri Haqqında Dünyadan Əks-Səda – II Cild
Harun Yəhyanın əsərlərinin dünya üzərindəki təsirini gözlər önünə sərən bu kitab, “Dünyadan əks-sədalar” kitabının ikinci cildidir. Kitabın ilk cildi hazırlanandan, yəni 2002-ci il mart ayından bu günə kimi Harun Yəhyanın əsərlərinin sayı, əsərlərin tərcümə edildiyi dillərin sayı, məqalələrin nəşr olunduğu jurnal və qəzetlərin, sənədli filmlərin yayımlandığı televiziya və internet səhifələrinin sayı ikiqat artmışdır.
Harun Yəhya kainatdakı yaradılış dəlillərini gözlər önünə sərdiyi elmi kitabları ilə İslam əxlaqını Quran ayələri ilə izah etdiyi əsərləri ilə və dünyadakı siyasi və tarixi hadisələrin pərdə arxasında qalmış gizli tərəflərini ortaya qoyduğu siyasi kitabları ilə hər ölkədən, bütün dil və dindən olan milyonlarla insana xitab edir.
Müəllifin əsərləri ingilis, fransız, alman, italyan, rus, çin, ispan, ərəb, portuqal, leh, bosniya, alban, indoneziya, malay, urdu, eston, kishwahili, hausa, bolqar, serb, uyğur və benqal kimi dillərə tərcümə edilmişdir. Başqa dillərə də edilən tərcümələr sürətlə davam edir. Hədəf isə bütün kitabların dünyanın dörd bir tərəfinə paylanması və bütün insanların Allahın varlığından, Quran əxlaqının gözəlliklərindən, axirətin varlığından və Darvinizm yalanından xəbərdar olmalarının təmin edilməsidir.
Harun Yəhyanın əsərlərinin yer aldığı İslami, elmi təşkilatların və müxtəlif universitetlərin internet səhifələrini, dünyanın dörd bir tərəfindən gələn oxucu məktublarını, Harun Yəhya əsərlərinin nümayiş etdirildiyi sərgilərdə və konfranslarda yaranan böyük təsirin əks-sədalarını tapa biləcəyiniz bu kitabda, müəyyən sayda qaynağa yer verilə bilmişdir. Əslində isə bu təsir təxmin ediləndən daha çoxdur.

