AXIRZAMANIN MÜBARƏK ŞƏXSLƏRİNDƏN HZ. İSA (Ə.S) MÜKƏMMƏL FİZİKİ XÜSUSİYYƏTLƏRİNƏ GÖRƏ DƏRHAL TANINACAQ
Bu əsrdə insanlar heç bir dövrdə nəsib olmamış böyük möcüzələr görəcəklər. İslamın hakimiyyətini, Mehdini, iki min il sonra İsa Məsihi, Tabut-u Səkinəyi, Hz. Süleyman dövründən gələn müqəddəs əmanətləri görəcəklər inşaAllah.
İnsanlar önümüzdəki illərdə çoxlu möcüzə ilə qarşılaşacaqlar. Bu vəziyyət həmin dövrdə yaşayan gənclər üçün çox böyük nemətdir. Hz. İsa və hz. Mehdini görəcəklər, müqəddəs sandıq tapılacaq, müqəddəs əmanətləri görəcəklər, Kəbənin altındakı xəzinələr üzə çıxacaq, Nəmrudun məzarı açılacaq və orada bütün gizli məlumatlar ortaya çıxacaq, Misirin bütün sirləri açıqlanacaq. Ağlın ixtiyarı yox olmayacaq, lakin 3-5-10 ilə çox möcüzəvi hadisələr olacaq.
Hədislərdə hz. İsa (ə.s)-ın ərəb qızla evlənəcəyi bildirilir. Hz. İsa (ə.s) Axırzamanda olduğumuzu çox yaxşı bilir. Bəzi xristianların üçləmə inancının yanlışlığını, yəni özünün İlah olmadığını vurğulamaq üçün xüsusi olaraq evlənir. Hz. İsa (ə.s)-ın ikinci dəfə dünyada gəldiyi zaman övlad sahibi olmasının hikmətlərindən biri yenə İlah olmadığını vurğulamaq istəməsidir.
Tarixin hər dövründə səmimi iman gətirənlərə təzyiqlər olmuşdur. Hz. İsa dövründə də dövrün dərin dövləti olan Roma, möminlərə ağlasığmaz təzyiq göstərirdi. Mömin hər zaman hər şəraitdə təvəkküllüdür və nəticədə mütləq qalib gələr.
Quranda hz. İsanın gəlişi çox açıq izah edilir. Allah, İsa Məsihin yenidən gələcəyini və İslam əxlaqının dünyaya hakim olacağını bildirir. Məzhəb imamlarının hamısı İsa Məsihin gəlişi məsələsində ittifaq etmişdir.
Xızır hz. Mehdinin köməkçisidir. İsa Məsih də hz. Mehdinin köməkçisidir. Mehdi ilə müqayisədə Xızırın həyatı daha asandır. Xızırın əlindəki imkanların, bədəni və fiziki qabiliyyətlərinin normal insanla müqayisəsi qeyri-mümkündür. Allahdan vəhy alması da Xızır üçün heyrətamiz asanlıqdır. (Doğrusunu ALLAH bilər) İmtahanın əsas yeri dünya olduğu üçün Mehdinin imtahanı Xızırla müqayisədə çox çətindir.
May 30 2018, 17:22