Allah yolunda malından infaq etməyin hikmətləri
Hörmətli Adnan Oktarın yeni şərhləri (2 may 2016; 12:00)
Allahın insanlara genişlik verməsinin sirri
Münafiqun surəsi, 7 (Münafiqin ən əziyyət çəkdiyi mövzu, Allah yolunda bir şey xərcləmiş olmasıdır)
Tövbə surəsi, 54 (Allah, münafiqlərin infaq etdiklərini qəbul etməz. Münafiq, namazda xüsusilə ayə oxumaz, Allahı xatırlamaz)
Hz. Mehdi (ə.s) infaq etməkdə çox comərd davranacaq
Münafiqin ruhu olmadığı üçün heyvani instinktlə hərəkət edər. Münafiqlər Peyğəmbərimiz (s.ə.v) dövründə Peyğəmbərimiz (s.ə.v)-in vəfatını gözləyirdilər. Peyğəmbərimiz (s.ə.v)-in vəfat edəcəyini, bütün mallarının onlara qalacağını, yeyib-içib, yatacaqlarını Peyğəmbərimiz (s.ə.v)-dən qalan mallardan istifadə edəcəklərini zənn edirdilər. Lakin Peyğəmbərimiz (s.ə.v)-in getdikcə gəncləşdiyini, gözəlləşdiyini, sağlam olduğunu özlərinin də eşşək kimi çalışıb, xidmət etdiklərini və yaşlandıqlarını, bütün güclərini itirdiklərini gördükləri zaman sanki dəliyə döndülər.
Münafiq İslam Birliyindən, müsəlmanların mənəvi lideri olmasının lazım olduğundan bəhs etməz. Mehdiyyətdən, İsa Məsihin gəlişindən danışmaz. İslamın hakim olacağından bəhs etməz. Peyğəmbərimiz (s.ə.v)-in nəslindən, seyidlərdən, şəriflərdən xoşlanmaz. Buna görə də Peyğəmbərimiz (s.ə.v)-in ailəsini şəhid edənlər münafiqlərdir. Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarına çox həsəd aparırdılar.
Mədəndə işləyərkən həyatını itirənlər Peyğəmbərimiz (s.ə.v)-in hədisinə görə şəhid hökmündədirlər. Çökmə və yanğında imanını mühafizə edərək vəfat edənlər Allahın icazəsi ilə cənnət əhlindəndirlər.
Axırzamanda yaradılmış olmaq çox böyük nemətdir. Həm Mehdini, həm İsanı görəcəyimiz dövrdəyik. Dəccaliyyətlə elmi mübarizəni bilavasitə görürük. Mehdiyyətin bütün əlamətlərini gördük. Peyğəmbərimiz (s.ə.v)-in Axırzaman möcüzələrinin reallaşdığını gördük. Peyğəmbər (s.ə.v)-i çox sevirik deyənlərin Peyğəmbərimiz (s.ə.v)-in möcüzələrini ört-basdır etməyə çalışdıqlarını gördük. Təbliğ üçün kommunikasiya və texnologiyanın çox inkişaf etdiyi dövrü gördük.
Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarının gözəlliyi münafiqlərin heyrətamiz həsəd aparmasına səbəb olurdu. Qadınlar münafiqlərin yanına yaxınlaşmaz. Peyğəmbərimiz (s.ə.v) dövründə də qadınlar Peyğəmbərimiz (s.ə.v)-ə dərin sevgi ilə bağlanır, münafiqlər isə tək-tənha yaşayırdılar. Qadınlar münafiqlərdən nifrət edirdi. Bu, əhəmiyyətli münafiq əlamətidir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyatının hər cəhətinə həsəd aparırdılar, yediyinə, geyindiyinə, sevilməsinə, sevməsinə heyrətamiz həsəd aparırdılar.
Münafiq, ən böyük əzabı Peyğəmbər (s.ə.v)-in varlığından çəkər. Peyğəmbər (s.ə.v)-in onları alçaltmasından çox narahat olurdular. Peyğəmbərimiz (s.ə.v)-in münafiqləri bu qədər alçaltmasını münafiqlər ömür boyu unuda bilmədilər, ən böyük iztirabları bu idi. Səmimi möminlər isə Peyğəmbər (s.ə.v)-in yanını cənnət bağçası kimi görərlər.