Bir ayə, bir açıqlama – Həcc surəsi, 73-74
Məktəblərdə Darvinizmin elmi həqiqətmiş kimi öyrədilməsi ən böyük fəlakətlərdən biridir. Məktəbdə bu təhsili alan gənc, internetdəki nifrət üslubunu gördükcə daha da məhv olur. Ateizmin də, deizmin də mənşəyi Darvinizmdir. Darvinizm, Allahı inkar etmənin yoludur. Əvvəlcə Darvinist təhsilin dayandırılması lazımdır.
Münafiqin ruhu olmadığı üçün heyvani instinktlə hərəkət edər. Münafiqlər Peyğəmbərimiz (s.ə.v) dövründə Peyğəmbərimiz (s.ə.v)-in vəfatını gözləyirdilər. Peyğəmbərimiz (s.ə.v)-in vəfat edəcəyini, bütün mallarının onlara qalacağını, yeyib-içib, yatacaqlarını Peyğəmbərimiz (s.ə.v)-dən qalan mallardan istifadə edəcəklərini zənn edirdilər. Lakin Peyğəmbərimiz (s.ə.v)-in getdikcə gəncləşdiyini, gözəlləşdiyini, sağlam olduğunu özlərinin də eşşək kimi çalışıb, xidmət etdiklərini və yaşlandıqlarını, bütün güclərini itirdiklərini gördükləri zaman sanki dəliyə döndülər.
İnsan açıq şüurla heç vaxt Allahı inkar edə bilməz. Elə şeyə gücü çatmaz, qeyri-mümkündür. Lakin ruh sahibi olmayanlar, məsələn münafiqlər bunu edə bilər, Allahı inkar edə bilər. Onlar ölüdürlər, onsuz da cəhənnəmlikdirlər. Allah Tövratda da cəhənnəmdən ölülər diyarı deyə bəhs edər.
Darvinist təhsil çox böyük xətadır, faciədir. Darvinizm Allahın inkar edilməsidir. PKK-nın fəlsəfi təməlini darvinist təhsil formalaşdırır. Bunun çox israrla vurğulanması və bu təhlükənin tezliklə görülməsi çox əhəmiyyətlidir. Valideynlərin həm Təhsil Nazirliyinə, həm də Təlim Tərbiyə Qurumuna darvinizmin tezliklə tədris planından çıxarılması üçün müraciət etmələri lazımdır.
Allahın inkar edənlərə verdiyi iqtisadi imkanlar onların xeyrinə deyil. Əsasən çoxunda malı və mülkü toplayıb yığma hərisliyi var. Həyatları boyu bunları itirmək qorxusu ilə hüzursuz yaşayarlar.
Münafiq İslam Birliyindən, müsəlmanların mənəvi lideri olmasının lazım olduğundan bəhs etməz. Mehdiyyətdən, İsa Məsihin gəlişindən danışmaz. İslamın hakim olacağından bəhs etməz. Peyğəmbərimiz (s.ə.v)-in nəslindən, seyidlərdən, şəriflərdən xoşlanmaz. Buna görə də Peyğəmbərimiz (s.ə.v)-in ailəsini şəhid edənlər münafiqlərdir. Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarına çox həsəd aparırdılar.
Aprel 26 2017, 05:44
Dekabr 09 2013, 15:28
Noyabr 06 2012, 14:03