MÖMİNLƏRİN MÜTLƏQ VƏLİSİ ALLAHDIR
Bütün dünyada insanlığı, insani həyata çəkmək lazımdır. Nifrət, kin, dəhşət saçmaq qorxunc şeylərdir. Gözəl olan dostluq, yoldaşlıq, sevgidir. Bunu israrla insanlara izah etmək lazımdır. Filmlərdə, seriallarda, internetdə həmişə döyüş, qarşıdurma, silah, tələyə salma vardır. Halbuki hər yerdə sevgi olmalıdır. İnsana bu qədər gözəl həzz verən bir duyğu varkən döyüş fəlsəfəsini yaymaq çox böyük zülmdür.
Sənətkara dəyər verməmək o insanın ədəbsizliyini, sevgisizliyini və zalımlığını göstərir. İncəsənət müqəddəsdir. Kiminsə sənətkar insana hörməti yoxdursa, o adam insani xüsusiyyətlərini itirmişdir.
Sədaqət insan olmağın şərtlərindəndir. Sadiq olmayan, vəfanı bilməyən insani xüsusiyyətlərini itirmişdir. Sədaqət yoxdursa, mərhəmətsizlik və qəddarlıq vardır. Vəfa, mərhəmət, sədaqət, insanın möhtəşəm gözəllikləridir. Bunlardan biri olmasa o insan ölər, insan olmasının mənası qalmaz.
Universitet tələbələrinə cibxərcliyi vermək adət halına gəlsin. Hər yardım bərəkət gətirər. Nəzakətlə universitetli gənclərə mütləq hər kəs cibxərcliyi versin, dəstək olsun.
Şərqi Qutada körpələr aclıqdan ölür. Prioritet Şərqi Qutaya qida, dərman və əsas insani vəsait üçün yardım dəhlizi açılması olsun. Tayyib hocamdan da xahiş edirik. Şərqi Qutaya yardım üçün Türkiyə öncülük etsin.
Evlilikdə insan axirət yoldaşını seçmiş olar, gündəlik işlərini gördürmək və ya ehtiyaclarını etmək üçün evlənməzlər. Evlilik də ibadətdir.