Kitab əhlindən, yəni xristian və ya musəvi qadınla müsəlman kişi evlənə bilər. Qurana görə bu halaldır.
Hilal ilə xaç mübarizəsi var demək düzgün deyil. Dindar İsəvilər müsəlmanların müttəfiqidir.
Mədəniyyətlərin qarşıdurması İngiltərə dərin dövlətinin ortaya atdığı düşüncədir. Hilal ilə Xaç bir-birinə düşmənmiş kimi göstərmək, oyuna düşmək olar.
Müsəlman, bütün xristianlara qarşı olmaz, tam əksinə dindar xristianlarla pisliklərə qarşı ittifaq edər. Xristian düşmənçiliyi yanlışdır. Bədiüzzaman da dindar isəvilərlə müsəlmanların ittifaq etməsinin lazım olduğunu söyləyir. Xristian-müsəlman qarşıdurmasından qəti şəkildə çəkinmək lazımdır.
Günahsız xristian və musəviləri sevirik. Qurana görə onlar Kitab əhli və müsəlmanların qoruması altında olan gözəl insanlardır.
Quranda Kitab əhlindən, yəni musəvi və xristianlar arasında səmimi iman gətirən insanlar olduğu bildirilmişdir. (Ali İmran surəsi, 113-115: Onların hamısı eyni deyil. Kitab əhlindən bir camaat vardır ki, onlar gecə vaxtları ayaqda dayanıb Allahın ayələrini oxuyaraq səcdəyə qapanarlar. Bunlar, Allaha və axirət gününə iman gətirər, marufu əmr edər, münkərdən çəkindirər və xeyirlərdə yarışarlar. Məhz bunlar salehlərdəndirlər. Onlar hər nə xeyirxah əməl etsələr, əlbəttə, ondan məhrum qalmazlar. Allah müttəqiləri tanıyır.)