Allahın qullarına yaratdığı şəfa qaynağı olan bir meyvə: Avokado
Allah meyvənin içinə insanın ehtiyacı olacaq qədər mineral, vitamin, zülal, yağ, şəkər qoymuş və təkcə bu belə iman etmək üçün kifayətdir.
Tərəvəz və meyvələrin daşınan vaxt israf olmaması üçün lazımi tədbirlərin alınması əhəmiyyətlidir. İsrafa qarşı çox diqqətcil olunmalıdır.
Tək bir alma ağacındakı ağıl insanlarda yoxdur. Hər bir almanın içindəki vitamin, mineral, zülal tam tarazlıdır, qoxusu, dadı, qatılığı tam nizamlıdır. Tək bir alma çəyirdəyinin içində ağacın bütün məlumatları və gələcək nəsillərdəki bütün alma ağaclarının məlumatı kodlanmışdır. İçi sanki dünyalarla doludur.
Tək alma ağacındakı ağıl milyonlarla insanda yoxdur. Ağac hər cür mineralı, vitamini tanıyır, yetərli nisbətdə alır və lazımı qədər istifadə edir. Meyvənin içinə torpaqdakı zərərli olan heç nə keçmir, ağac mükəmməl təmizləmə sistemindən istifadə edir.
Bitki torpağın içindən lazım olan vəsaiti seçib fabrikdən daha yüksək texnologiya ilə meyvənin, tərəvəzin içinə tək-tək bərabər miqdarda yerləşdirir. Bitkinin ağlı insan ağlından milyon qat üstündür. Hər mineralı, vitamini, zülalı tanıyır, seçir, alır, məhsullarına bərabər paylayır.
Meyvənin torpaqdan vitamin, mineral və zülal əldə etməsi belə təkbaşına çox böyük möcüzədir.
İyun 16 2015, 08:14