Özünü bənzətmə

Məqalələr

HAMISINA BAXIN

Sitatlar

HAMISINA BAXIN
avatar

Adnan Oktar

Dollarla ticarəti tamamilə aradan qaldıraq. Dollarla əməliyyat etmək qanunla qadağan edilsin. Tayyib hocamı devirmək üçün iqtisadiyyatla oynamağa çalışırlar. Buna qarşı hücum olaraq dollar istifadəsini ləğv edək. Qızıl əsas dəyər olsun. Rusiya ilə, İran ilə, Azərbaycan ilə öz pulumuz ilə ticarət edək. Bölgə ölkələri birləşək və öz pullarımızı istifadə edək. Avropa və Amerikaya möhtac olmaq vəziyyətində deyilik.
A9 TV; 22 may 2018
avatar

Adnan Oktar

Ülkücülər türk millətinin mülki zəmanətçiləridir. Hər dövrdə çox xeyirlərə, faydalara vəsilə olmuşdular. Dövlət tərbiyəsi almış, nəcib, alicənab, öz millətini, öz fəlsəfəsini, öz dinini müdafiə edən, özünü Allaha həsr etmiş igidlər birliyidir. Allah saylarını və şövqlərini artırsın. Sonuna qədər dəstəkləyirəm. Xüsusilə bu dövrdə çox yaxşı qorunmaları lazımdır. Belə gənclər yetişdirmək çox mühümdür. Allah yollarını açıq etsin.
A9 TV; 31 yanvar 2018
avatar

Adnan Oktar

Münafiq öz aləmində səmimiyyət iddiası ilə ortaya çıxar, lakin öz işini görər. Alçaldılmaqdan qorxduğu üçün müsəlman görünüşünü davam etdirərlər. Dindən nifrət etdikləri halda haşa Peyğəmbərimiz (s.ə.v)-ə mərhəmət və ədalət öyrətməyə cəhd edirdilər. Münafiqlər dünyanın ən əxlaqsız, ən namərd insanları olmalarına baxmayaraq, insanlara əxlaq dərsi verərlər.
A9 TV; 7 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər məscid açacağıq, kasıblara kömək edəcəyik, Quran öyrədəcəyik deyə zahirdə müsəlmanlara yaraşan formada şüarlar deyərlər. Bu alçaqlıqlarının səbəbi də müsəlmanları öz aləmlərində təsir altına almaq, zəif olanları öz tərəflərinə çəkməyə çalışmaqdır. Həqiqətdə isə İslamdan nifrət edərlər.
A9 TV; 7 noyabr 2017
avatar

Adnan Oktar

Münafiq üçün o murdar bədəni çox əhəmiyyətlidir. Allah, axirətdə münafiqin öz bədənini öz əleyhinə danışdıracaq. Bu münafiqə ən ağır gələcək cəzalardan biridir. Öz dili, öz əli, öz dərisi onun əleyhinə danışacaq.
A9 TV; 9 dekabr 2017
avatar

Adnan Oktar

Münafiq şeytanın təhriki ilə hərəkət edən varlıqdır. Müsəlmanları öz aləmində hər məqamda dayandırmaq, İslama xidmətin qarşısını almaq üçün həmlə edər. Münafiq müsəlmanlardan ayrıldığı zaman küfr əhlinin içinə və ya öz həyatına getməz, bütün vaxtını müsəlmanlara öz aləmində mane olmağa ayırar. Bunun üçün də ilk addım olaraq müsəlmanları dağıtmağı hədəf alar. Zəif olduğunu gördüyü insanları öz murdar aləminə çağırar. Eyni zamanda da, ən təsirli gördüyü müsəlmana həmişə həmlə edər.
A9 TV; 28 noyabr 2017