Bölgədə kommunist, dinsiz bir kürd dövləti yaratmaq istədikləri aydın görünür. Biz bunu illərdir deyirik, əsas məqsəd budur deyə. Onların istədiyi müsəlman ölkələrin arasında kommunist dövlət yaratmaqdır, kürdləri müdafiə etmək deyil. Lakin bu çox mühümdür ki, buna qarşı ideoloji təhsil olması şərtdir. İdeoloji təhsilin əsas olduğunu bu hadisədə də görürük: Kərkükdə peşmərgənin ideoloji təhsili olmadığı üçün İraq ordusu gəldikdə geri çəkildi. PKK da oraya gəldi, onlar bir qrup və sayca az olmalarına baxmayaraq qaçmırlar. Niyə? Çünki ideoloji təhsil alıblar. Yanlış da olsa bir inanc qazanmışlar. Buna qarşı ediləcək əsas şey əks ideoloji təhsil verərək inancı güclü nəsil yetişməsidir. Silahlı mübarizə ilə məsələ həll olunmaz. Lakin əks ideoloji edilsə inanclı, əzmli, şüurlu nəsil yetişdirilsə müvəffəqiyyət qəti olar. Bu təhsil mütləq Qurana əsaslanan müasir, ziyalı, incəsənəti və elmi ön plana çıxardan Quran müsəlmanlığı izah edilərək olmalıdır. Əgər ənənəçi ortodoks İslam anlayışı izah edilsə başarısızlıq qəti olar.
Hörmətli Çavuşoğlunun PKK ilə çözüm prosesi başlanacağına dair xəbərin doğru olmadığını açıqlaması gözəldir. Lakin PKK-ya qarşı əsas aparılması lazım olan ideoloji mübarizədir. Onların yanlış olsa da bir inancları, batil dinləri var. Kommunist, materialist, darvinist dinləri var. Bu dini fikri olaraq aradan qaldırsan PKK-nı da aradan qaldırmış olarsan. PKK; “bizim qeyd etdiyimiz sistem məktəblərdə onsuz da öyrədilən elmi həqiqətdir" deyir. PKK-nın uca ideologiyası kommunizmdir, məqsədi bölgədə kommunist dövləti yaratmaqdır. "Bax biz bunu deyirik, məktəblərdə də Adəm və Həvva gəlmədiyi bildirilir. Dövlət də bunu müdafiə edir" deyir. Bu vəziyyəti tezliklə aradan qaldırmaq lazımdır.
Diyanətin, həqiqətən, darvinizmi və marksizmi tənqid etməsi çox faydalı olar. Yoxsa insan öldürməyin haram olduğunu onsuz da hər kəs bilir. Bunun izah edilməsi əsas deyil. PKK-nın hamısı darvinist-materialistdir. Amma cənub-şərq xalqı PKK-ya ideoloji olaraq cavab verə bilmir. Əvvəlcə onu həll etmək lazımdır. Anti-darvinist, anti-materialist izahatlar, iman həqiqətləri və Quran möcüzələri tam ehtiyaca istiqamətli olar.
Ərəb Baharının mənşəyi Darvinizmin yıxılmasıdır. Ərəb Baharı, bir ideoloji məğlubiyyətin üzərində qurulmuşdur. Ərəb ölkələrindəki sosialist hökumətlər ideoloji olaraq məğlub oldu. Liviya, Mərakeş, Tunis, Əlcəzair, Misir hamısı ideoloji olaraq məğlub oldular.
PKK ideoloji istiqamətdən çökdüyü üçün çaxnaşma halındadır.
Sosialist təşkilat adlanan bu kommunist təşkilatın demək olar ki, 90%-i PKK-nı dəstəkləyir. Belə vəziyyətdə terror geniş vüsət alır.
May 30 2018, 17:22