logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 2 yanvar 2018

avatar

Adnan Oktar

Hörmətli Çavuşoğlunun PKK ilə çözüm prosesi başlanacağına dair xəbərin doğru olmadığını açıqlaması gözəldir. Lakin PKK-ya qarşı əsas aparılması lazım olan ideoloji mübarizədir. Onların yanlış olsa da bir inancları, batil dinləri var. Kommunist, materialist, darvinist dinləri var. Bu dini fikri olaraq aradan qaldırsan PKK-nı da aradan qaldırmış olarsan. PKK; “bizim qeyd etdiyimiz sistem məktəblərdə onsuz da öyrədilən elmi həqiqətdir" deyir. PKK-nın uca ideologiyası kommunizmdir, məqsədi bölgədə kommunist dövləti yaratmaqdır. "Bax biz bunu deyirik, məktəblərdə də Adəm və Həvva gəlmədiyi bildirilir. Dövlət də bunu müdafiə edir" deyir. Bu vəziyyəti tezliklə aradan qaldırmaq lazımdır.
A9 TV; 2 yanvar 2018
2379
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Amerika xalqına PKK-nın ideologiyasını və quruluşunu yaxşı izah etmək lazımdır. Amerika xalqının böyük əksəriyyəti PKK-nın kommunist, dinsiz, ateist təşkilat olduğunu bilmir. Xalqa bu həqiqəti hərtərəfli izah etmək əhəmiyyətlidir. Türkiyənin tezliklə Suriya, Rusiya, İranla ittifaq etməsi, PKK-ya qarşı bu ölkələrlə birgə hərəkət etməsi lazımdır. Sitatlar
Bölgədə kommunist, dinsiz bir kürd dövləti yaratmaq istədikləri aydın görünür. Biz bunu illərdir deyirik, əsas məqsəd budur deyə. Onların istədiyi müsəlman ölkələrin arasında kommunist dövlət yaratmaqdır, kürdləri müdafiə etmək deyil. Lakin bu çox mühümdür ki, buna qarşı ideoloji təhsil olması şərtdir. İdeoloji təhsilin əsas olduğunu bu hadisədə də görürük: Kərkükdə peşmərgənin ideoloji təhsili olmadığı üçün İraq ordusu gəldikdə geri çəkildi. PKK da oraya gəldi, onlar bir qrup və sayca az olmalarına baxmayaraq qaçmırlar. Niyə? Çünki ideoloji təhsil alıblar. Yanlış da olsa bir inanc qazanmışlar. Buna qarşı ediləcək əsas şey əks ideoloji təhsil verərək inancı güclü nəsil yetişməsidir. Silahlı mübarizə ilə məsələ həll olunmaz. Lakin əks ideoloji edilsə inanclı, əzmli, şüurlu nəsil yetişdirilsə müvəffəqiyyət qəti olar. Bu təhsil mütləq Qurana əsaslanan müasir, ziyalı, incəsənəti və elmi ön plana çıxardan Quran müsəlmanlığı izah edilərək olmalıdır. Əgər ənənəçi ortodoks İslam anlayışı izah edilsə başarısızlıq qəti olar. Sitatlar
Bölgədən PKK-nın təmizlənməsi kürdlər, türklər, ərəblər və bütün xalqlar üçün bərəkət olacaqdır. Bu hərəkat kürdlərə qarşı deyil, terror təşkilatı olan PKK-ya qarşıdır. Kürdlər bizim canımızdır. Onları qırmızı kommunist, ateist, dinsiz PKK-nın əlinə buraxmayacağıq. Allah dövlətimizə, millətimizə, ordumuza zərər verməsin. Hakim etsin, gücləndirsin. Müzəffər etsin. Bütün vətən xainlərini də hidayət vermirsə məhv etsin, həlak etsin. Sitatlar
Darvinist, materialist təhsilə son verilməsi lazımdır. Darvinizm PKK-nın əsas inancıdır. PKK, gəncləri kommunist ideologiyaya çəkərkən əvvəlcə darvinizmdən, materializmdən bəhs edir. Sizi Allah yaratmadı, ata-babalarınız kommuna halında yaşayan varlıqlar idi, biz də bu dövrə qayıdacağıq deyərək gəncləri maarifləndirir. Buna veriləcək cavab əks təhsildir. Bir insan bir anda PKK-lı olmur. PKK elmi təhsil verir, fikri olaraq razı salır. Buna qarşı elmi fəaliyyət görülməsə, qarşı təhsil verilməsə terrorun bitməsindən söhbət gedə bilməz. Sitatlar
Darvinist təhsil aradan qaldırılsa PKK problemi həmin anda bitər. Silahlı münaqişə ilə 40 ildir ki, mübarizə aparılır. Elmi mübarizə aparılmış olsa 6 ayda məsələ bitər. Kommunizmin təməli Allah inancının olmamasıdır. Kürd gəncləri isə dindardır. Gəncləri kommunist terrora sürükləyən əsas səbəbi aradan qaldırmaq əhəmiyyətlidir. Müsbət təhsil deyilən darvinist təhsil olduğu zaman gənclərdə din, iman çox zəifləyir. PKK da o zaman gəncləri terror üçün çox asan razı salır. "Baxın elmə görə sən heyvandın, ibtidai kommunal cəmiyyət vardı, hər kəs bərabərdi, hər şey ortaq idi, təbiətin qanunu bu idi. İnanmırsansa bax; dövlətin məktəblərində belə elm olaraq bundan bəhs edilir" deyir. Öldürməyi də elm kimi göstərir; "yolda həşərata basıb öldürmürsənmi, bakteriyaya yod vurmursanmı, insan da bir növ heyvandır, öldürmək təbiətin tələbidir" deyə təhsil verir. Gəncləri dolaşığa salmış, sən təkcə bu dolaşmanı açmalısan, bunun üçün də əks təhsil verməlisən. Əks təhsil verməyib tam əksinə kommunist terrorun mənbələrinə çatmasını təmin edən təhsil versən, gəncləri darvinist yetişdirsən o zaman PKK-ya Allah qorusun zəmin hazırlamış olarsan. Sitatlar
Ənənəçi ortodoks sistem Türkiyədə fikri olaraq qəti şəkildə məğlub oldu. Quran müsəlmanlığı bir anda gözəl bitki kimi pöhrə verib hər yeri bürüdü. Sitatlar
Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır. Sitatlar
İran və Türkiyənin birləşməsi bölgənin hüzuru və əmin-amanlığı üçün mühümdür. PKK-ya qarşı mübarizədə də bu ittifaq əhəmiyyətlidir. Bu iki böyük ölkənin ittifaq etməsi ilə, PKK çox qısa müddətdə zərərsizləşdirilə bilər. Sitatlar
Kərkükü PKK-ya təslim etməyə heç təşəbbüs etməsinlər. Allahsız kitabsızlara müsəlmanları təslim etmək çox böyük zülmdür. Müsəlmanları şəhid etməyə dair bir fəaliyyətə qanunla, hüquqla imkan verilməz. Peşmərgənin hədəfi də təkcə PKK olmalıdır. Sitatlar
Münafiqin fikri olaraq əzilməsi möminlər üçün şəfa, zənginlik, bərəkət və xoşbəxtlik vəsiləsidir. Münafiq çox axmaq olduğu üçün fikri olaraq əzilməsi də asandır. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in tətbiq etdiyi taktikaları dərk edə bilmir; "müsəlmanlar geri çəkilir" deyə sevinirdilər. Sonra Peyğəmbərimiz (s.ə.v) qəfildən qayıdaraq münafiqlərin təpəsinə elmi yolla zərbə endirir və fikri olaraq tam zərərsizləşdirirdi. Sitatlar
Terrorla mübarizədə əsas olan fikri mübarizədir. Türkiyə fikri mübarizədə səssiz qalsa o zaman müvəffəqiyyətli olmaq çətin olar. İnsanlar materializmi və darvinizmi izah edərək gəncləri terrora, zorakılığa razı salırlar. Bunun müqabilində darvinizmin əsassızlığını izah etmək əsas şərtdir. Sitatlar
PKK-nın ideologiyası Marksist-Leninist ideologiyadır və bunun təməlində müqavimət göstərmə, inqilab olana qədər müqavimət göstərmə vardır. Bu müqavimət göstərmə kommunistlər üçün əhəmiyyətlidir. 40-50 ili gözə alırlar. Qarşıdurma, müqavimət göstərmə və ziddiyyət bu ideologiyanın təməli olduğu üçün PKK ideologiyasından imtina etmədiyi müddətcə, minlərlə dəfə məğlub olsa belə, münaqişəyə, öldürməkdən və ölməkdən imtina etməz. Buna görə PKK-ya qarşı əsas mübarizə ideologiya mübarizəsi olmalıdır. Bunun üçün də, kommunizmin fəlsəfi dayaq nöqtəsi olan Darvinizmin etibarsızlığının izah edilməsi əsas şərtdir. Fikri qalibiyyət əldə edilmədikcə PKK tam mənasıyla məhv ediləməz. Sitatlar
Diyanətin, həqiqətən, darvinizmi və marksizmi tənqid etməsi çox faydalı olar. Yoxsa insan öldürməyin haram olduğunu onsuz da hər kəs bilir. Bunun izah edilməsi əsas deyil. PKK-nın hamısı darvinist-materialistdir. Amma cənub-şərq xalqı PKK-ya ideoloji olaraq cavab verə bilmir. Əvvəlcə onu həll etmək lazımdır. Anti-darvinist, anti-materialist izahatlar, iman həqiqətləri və Quran möcüzələri tam ehtiyaca istiqamətli olar. Sitatlar
Ərəb Baharının mənşəyi Darvinizmin yıxılmasıdır. Ərəb Baharı, bir ideoloji məğlubiyyətin üzərində qurulmuşdur. Ərəb ölkələrindəki sosialist hökumətlər ideoloji olaraq məğlub oldu. Liviya, Mərakeş, Tunis, Əlcəzair, Misir hamısı ideoloji olaraq məğlub oldular. Sitatlar
PKK ideoloji istiqamətdən çökdüyü üçün çaxnaşma halındadır. Sitatlar
Sosialist təşkilat adlanan bu kommunist təşkilatın demək olar ki, 90%-i PKK-nı dəstəkləyir. Belə vəziyyətdə terror geniş vüsət alır. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar
2023-cü il fərəhlik və aydınlıq olacaq inşaAllah. 2071-ci ilə qədər dünyanı abadlaşdırmağa davam edəcəyik, möhtəşəm gözəlliklər görəcəyik Allahın icazəsi ilə. İnsanlar ilk dəfə dünyanı belə gözəl görəcəklər. Tayyib hocam da Allahın icazəsi ilə 2023-cü ildə bu millətin başında olacaq. Sitatlar
2023-cü ildən 2071-ci ilə qədər Türkiyədə yaxşıya doğru yüksəliş davam edəcək. 2071-ci ildən sonra irəliləyiş bir az zəifləyəcək və 2082-ci ilə qədər də o şəkildə davam edəcək. Tayyib hocamız da 2023 və 2071-ci illərə diqqət çəkir. Bu tarixlər mehdiyyətin tarixləri, Bədiüzzamanın işarə etdiyi tarixlərdir. 2023-cü il münafiq zehniyyətin də tamamilə zərərsizləşəcəyi tarixlərdir. Sitatlar
3-5-7-9 ilə İslam Birliyinin reallaşdığını görəcəyik inşaAllah. Çətin dövrlərdən keçərkən heç bir bacı-qardaşımız təlaşa qapılmasın. Çox çalışqan, şövqlü, qətiyyətli olmağımız lazımdır. Münafiqliyə, dinsizliyə, küfrə elmlə, irfanla, hüquqla, qanunla cavab verməliyik. Sitatlar
3-5-9 il içərisində İstanbul inşaAllah çox gözəlləşəcək. Hal-hazırda hara baxsaq beton yığınları və sıxıntı verən struktur görürük. İstanbulun görünüşü tamamilə dəyişəcək və hər yer ürəkaçan olacaq. Sitatlar
3-5 ilə qədər dünyada çox böyük hadisələr olacaq. Türkiyə aparıcı ölkə olacaq. Tayyib hocam Allahın icazəsi ilə daha uzun illər vəzifədə qalacaq. Sitatlar
5 duyğunun ruhdakı şərhinə maddə deyirik. Hər şey metafizikdir. Sitatlar
700 milyon fosil var, biri belə təkamülə dəlil deyil. 700 milyon fosilin hamısı bütün canlıları Allahın yaratdığını göstərir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur