Hörmətli Adnan Oktarın 2 may 2015-ci il tarixli Xoş Söhbətlər programından əhəmiyyətli başlıqlar
Qazilərimizə də, şəhidlərimizə də gecə-gündüz qibtə edirik. Analarını və atalarını təbrik edirik. Hamısını alnından öpürük. Şəhid ailəsi olmaq çox böyük savabdır. Onları çox yaxşı qorumaq lazımdır. “Ana, bir oğlun var idi, indi bütün məhəllə sənin oğlundur” deməlisən, hər işlərinin ardınca qaçmalısan. O anaya ömür boyu xidmət etsən vətəni, bayrağı, dövləti üçün canını verən o gözəl insanın haqqını ödəyə bilməzsən.
Zəlzələdə evləri dağılanlar sədəqə hökmündə, yaralananlar qazi hökmündə savab qazanırlar. Hamısına Allah uzun ömür versin.
Zəlzələlərdə ölənlər şəhid, yaralananlar qazi, itən mallar da sədəqə hökmündədir inşaAllah.
Həm şəhid ailələrinə, həm də qazilərə və ailələrinə çox yaxşı sahib çıxmaq lazımdır. Onlar hər diyarın gözəlliyidir.
Qazilərimiz çox şərəflidirlər, Allah dərgahında xüsusi yerləri, məqamları var.
Tayyib hocamın şəhid ailələrinə və qazilərə sahib çıxması çox gözəldir. Hamısına çox diqqət göstərmək, tez-tez ziyarət etmək lazımdır. Qazilərimiz və şəhid ailələri üçün bütün nəqliyyat və səhiyyə xidmətləri pulsuz olsun. Onları yalnız buraxmaq çox vicdansızlıq olar, həmişə diqqət mərkəzində olsunlar.