Hörmətli Adnan Oktarın yeni açıqlamaları (10 sentyabr 2016-cı il; 20:00)
Rumi, darvinist və İngiltərə dərin dövlətinin dəstəklədiyi şəxslərin fəaliyyətlərini diqqətlə izləmək lazımdır.
Münafiqlər sayəsində İngiltərə dərin dövlətinin mövcudluğunu, rumilik adı altında dinsizlik təbliğatı aparıldığını və daha bir çox oyunu həll etdik.
İngiltərə dərin dövlətinin sistemi rumilik, homoseksuallıq və darvinizm üzərində qurulmuş vəziyyətdədir. Hər yerdə bu modeli müdafiə edirlər. İngiltərə dərin dövləti harada ikiüzlü, alçaq, şəxsiyyətsiz tip vardırsa, nökər kimi istifadə etmək üçün onları ətrafına toplayır.
İngiltərə dərin dövlətinin müdafiə etdiyi rumilik fəlsəfəsi Anadolu mövləviliyi deyil. İçində homoseksuallıq və darvinizm olan fəlsəfədir.
Rumilik bütün Avropada və Amerikada çox geniş yayılıb və sanki homoseksualların, İngiltərə dərin dövlətinin dini kimidir. Bizim rumilik mövzusundakı tənqidlərimiz Anadolu mövləviliyinə qarşı deyil. İngiltərə dərin dövlətinin fəlsəfəsi halına gəlmiş azğın inanca qarşıdır.
Rumilik İngiltərə dərin dövləti tərəfindən yaradılan İslamdan kənar İslam anlayışını yaymaq üçün istifadə edilən fəlsəfədir.