Türkiyənin sahibləri çox güclüdür. Vətənpərvər gənclik Türkiyənin sahibidir, BBP-lilər Türkiyənin sahibidir, Səadət Partiyasının dindar gəncliyi, CHP-nin fəal, diribaş gəncliyi, Ədalət və İnkişaf Partiyasının dindar gəncliyi, hamısı Türkiyənin sahibidir. Buna görə heç kim Türkiyəyə oyun oynaya bilməz.
Milliyyətçi gənclər, Alperenlər, əgər alınarsa Səadət partiyasının gəncləri də bir araya gəlsinlər. Qərarlı duruş sərgilənən bir platforma meydana gətirsinlər qanuna, hüquqa uyğun şəkildə. Ədalət və İnkişaf Partiyası, CHP partiyasının gəncləri də buna qoşulsun. Bölünməyə qarşı fövqəladə bir dayanıqlılıq və müqavimət göstərən bir açıqlama verilsin.
AKP, MHP, BBP, Səadət―bütün sağ partiyalarımızın fərqli gözəllikləri var. Hər hansı partiyanı təhqir etmək ağıllı hərəkət deyil. Bütün partiyaların yaxşı cəhətlərini bir yerə yığmaq ən məqsədəuyğun hərəkətdir. CHP də yaxşıdır, tarazlıq partiyasıdır.
MHP daxili və xarici təhlükələrə qarşı böyük gücdür. CHP qatı dinçiliyə qarşı mükəmməl potensialdır. Səadət Partiyası Ortodoks rəftarı ilə çox razıdır. Həmçinin Böyük Birlik Partiyasını da bütün qəlbimlə dəstəkləyirəm.
Səadət partiyası klassik Osmanlı ruhunu daşıyan, Ortodoks İslamı təmsil edən isti yuva, xoş yerdir. Mütləq olmalıdır.
Hər vaxt MHP-nin də, BBP-li qardaşlarımızın da, Səadət Partiyalıların da coşğulu, qüdrətli səslərinə millətin ehtiyacı var. Xarici dünyanın da bu səsi eşitməyə ehtiyacı var.