Hörmətli Adnan Oktarın yeni izahları (25 avqust 2012; 00:30)
Şəhidlərimizin şəhadətləri məqbul və qəbul olsun. Allah ailələrinə uzun xeyirli ömür və gözəl səbir nəsib etsin.
Şəhidlik həm şəhid olana, həm də ailəsinə çox böyük şərəfdir. Nə gözəl mövqedir, cənnət əhli olurlar.
Şəhid ailəsi olmaq çox böyük üstünlük və şərəfdir. Şəhid ailələrinə hər yerdə ən gözəl şəkildə qulluq edilməsi, hörmət görmələri lazımdır.
Gözəl imtahanla imtahan olunan insanlara yaxın olmaq ürəkaçan haldır. Şəhid ailələrinə yaxın olmaq, kömək etmək qəlb rahatlığı bəxş edər.
Həm şəhid ailələrinə, həm də qazilərə və ailələrinə çox yaxşı sahib çıxmaq lazımdır. Onlar hər diyarın gözəlliyidir.
Şəhid ailələrini heç boş buraxmamaq lazımdır. Onların evləri bir məscid kimi olmalıdır. Hər gün Allahın yada salındığı, gözəl söhbətlərin edildiyi, təmiz və pak bir yer olmalıdır. Gedənlər evi də gözəl şəkildə təmizləməlidirlər. "Ana biz evi təmizləyək" deməlidirlər. Çirkli qab-qacaq varsa, onları yumalıdırlar. Yemək yoxdursa, yemək bişirməlidirlər.