Sülh dünyaya hakim olacaq, lakin siyasi yollarla deyil
Quran həyata hakim olduğu zaman, yəni mehdiyyət dövründə müəlliflik gücü heyrətamiz inkişaf edər, incəsənətdə heyranlıq oyadan irəliləyiş olar. İnsanlar şən, coşğulu yaşayar. Qardaşlıq və köməkləşmə ruhu formalaşar. Mehdi sevginin zəmanətidir, sevginin hakimidir. Mehdinin siyasi cəhəti olmayacaq. İnsanlara sevgini öyrədəcək.
Qüds dini şəhərdir. Qüdsü siyasi mərkəz etmək doğru olmaz. Qüdsü açıb genişləndirək, şəhərin mərkəzini abadlaşdırıb tarixi quruluşuna heç toxunmadan gözəlləşdirmək lazımdır. Hər yeri təmizləyək, tərtəmiz olsun. Zeytunluq, bağlıq, bağçalıq edək. Dünyanın hər yerindən insanlar gəlsinlər. Xristianlar, musəvilər, müsəlmanlar birlikdə ibadətlərini yerinə yetirsinlər. Bir yerdə gözəl yaşayaq.
Qüdsün bağlıq, bağçalıq edilməsi əsas şərtdir. Formasız binaların hamısının aradan qaldırılması, təkcə tarixi binaların qalması və bərpa edilməsi lazımdır. Şəhərin yaşayış sahəsi ən az 30 kilometr kənara köçürülməlidir. Qüds ibadət şəhəridir. Siyasi şəhər halına gətirmək doğru olmaz.
Dəccaliyyət, Qüds məsələsini münaqişə məsələsi halına gətirmək istəyir. Sel kimi müsəlman və musəvi qanı axsın istəyirlər. Birinin buna dur deməsi lazımdır. Tərəf tutmadan sülh üçün çalışan olmaq əhəmiyyətlidir. Qüds siyasi mərkəz olmasın. Qüdsdən kənarda, məsələn, ən azı 20-30 km kənarda siyasi mərkəz ola bilər. Lakin şəhərin tarixi, dini mərkəzi, siyasi sahə halına gətirilməməlidir. Qüds ibadət şəhəri olaraq qalmalıdır və tarixi quruluşu heç vaxt pozulmamalıdır.
Qüds kimi müqəddəs şəhərə səfirlikləri daşımaq, oranı siyasi mərkəzə döndərmək doğru olmaz. Qüds hər üç din üçün də ibadət yeri və müqəddəs torpaqdır. Bölgəni oda çəkəcək hər addımdan qaçmaq əhəmiyyətlidir.
Hal-hazırda Türkiyə çətin dövrdən keçdiyi üçün siyasi fikir ayrılıqlarına deyil, ittifaqa ehtiyac var.