Modabaz qadın xarakteri
Mən 1979-cu ildə təbliğə Memar Sinan Universitetində başladım. Memar Sinan Universiteti o dövrdə marksizmin qalası mövqeyində idi. Əsil məqsədim həmişə təbliğ oldu. “Kübar cəmiyyət” deyilən təbəqə ilə müsəlmanların əlaqəsi demək olar ki, sıfır idi. O cəmiyyətdə ilk təbliği biz etdik, İslamla əlaqələrinə vəsilə olduq. Bir çox müsəlmanın girməyi belə düşünmədiyi Saint Benoit, Avstriya Lisesi, Dost Kolleci, Robert Kollec kimi təhsil müəssisələrində ilk təbliği biz etdik.
Kübar cəmiyyət yığıncaqlarına yaşlı insanlar gəlir. Kimi böyrək daşı üçün, kimi təzyiq üçün, kimi xərçəng üçün dərman alır. Orada kimsə özünü sezdirmir. Ogünkü baxımlı və şən hallarını göstərirlər. Evdəki hallarını və acizliklərini göstərmirlər. BİR SONRAKI İLDƏ ONLARIN ÜÇDƏ BİRİ ARTIQ YAŞAMIR , TORPAQ ALTINDA OLARLAR. Amma onların yerinə yeni bir üçdə bir gəldiyi üçün təsirlənmirlər. 1920 -ci illərin GÖZƏLLİK KRALİÇALARININ HEÇ BİRİ YOXDUR. Onlara o illərdə 80-90 il sonrasını xatırlatsan, artistik hərəkətlər edər, gələcəkdəki vəziyyətlərini ağıllarına belə gətirməzdilər. AMMA HAMISI TORPAQ ALTINDADIRLAR. Hamısı geri ― torpağa qayıtdılar. 80 İL SONRA BUGÜNKÜ MANİKENLƏRİN HEÇ BİRİ QALMAYACAQ.