Mömin ibarəli danışmağı, zarafatla söz atmağı gözəl və nəcib ruhuna yaraşdırmaz…
Bəzi gənclərin; "hanı, yəni, problem yoxdur, eynilə"dən başqa söz işlətməmələri acınacaqlı haldır. İfadə zənginliyinin olmaması ruhda çox mənfi təsir yaradar.
Bəzi müsəlman görünüşlü insanlar o qədər öz rahatlığına düşkün olur ki, münafiqlə bağlı ayələri eşitməyə belə dözə bilmirlər. İslama, Qurana söz deyildikdə vecinə olmur. Özünə söz deyilsə dərhal reaksiya göstərər. Bu çox çirkin əxlaqdır.
Peyğəmbərimiz (s.ə.v) dövründə müşriklər və münafiqlər, zəif ağılları ilə Quranı bəyənmirdilər. Peyğəmbərimiz (s.ə.v)-dən Quranı dəyişdirməsini istəyirdilər. Buna görə də, Peyğəmbərimiz (s.ə.v); "məndən bir söz yazmayın" deyə vəsiyyət qoyub getmişdi.
Münafiq küfr əhlinin yaltağı olar, müsəlmana şəfqət göstərməz. Küfr əhlinə qarşı acizdir, müsəlmana qarşı dikbaşlı və təkəbbürlüdür. Küfr əhlini tərifləyər, İslamı müsəlmanları heç vaxt tərifləməz, gözəl söz söyləməz.
Nifrət dolu insanlar gözəl insanı və gözəlliyi təqdir edə bilməz və onların ağzından gözəl söz çıxmaz. Murdarlar dəstəsindən gözəl söz gözlənilməz. Murdarlar dəstəsinin murdarlığı həmişə öz başına tökülər.
Münafiq şeytani məntiqlə müsəlmanın tək bir cümləsini götürüb bundan müsəlman əleyhinə istifadə edər. Hər dəfə yeni böhtanla ortaya çıxar. Peyğəmbərimiz (s.ə.v) dövründə də, Peyğəmbərimiz (s.ə.v)-ə söz deyə bilməyən münafiqlər müsəlmanlara hücum edərək, iftira ataraq zərər verməyə çalışırdılar.