Sizi yaradan, bu dünyaya yerləşdirən, sizə ağıl və bədən verən Allaha lazım olduğu qədər yaxınsınızmı?
Sonuncu dəfə nə vaxt Ona dua etmisiniz?
Siz yalnız bir bəla və ya fəlakətlə qarşılaşdığınız zaman Ona dua edirsiniz?
Bilirsinizmi ki, siz dua etdiyiniz zaman O, sizə çox yaxındır və pıçıldadığınız hər sözü eşidir?
Onun bütün insanların Rəbbi olduğu kimi sizin də Rəbbiniz olduğunu, həyatda ən böyük dostunuzun və dayağınızın Uca Allah olduğunu və hər şeyi əvvəlcə Ondan istəməli olduğunuzu düşünürsünüz?
Bu suallara cavabınız nə olursa olsun, bu kitabı oxuyaraq çox faydalanacaqsınız. Çünki bu kitab Allahın bəndələrinə nə qədər yaxın olduğunu, onlardan necə dua istədiyini və həqiqətən də hansı duanı istədiyini izah etmək üçün yazılmışdır.
Onlar, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər. (Və deyərlər ki :) "Ey Rəbbimiz, Sən bunu boşuna yaratmadın. Sən çox Ucasan, bizi atəşin əzabından qoru." "Ey Rəbbimiz, şübhəsiz Sən atəşə atdığın şəxsi, artıq onu rüsvay edərsən zalımların köməkçiləri olmaz." "Ey Rəbbimiz, biz:" Rəbbinizə iman gətirin! "deyə imana tərəf çağıran bir kimsənin çağırışını eşidib Sənə iman gətirdik. Ey Rəbbimiz, bizim günahlarımızı bağışla, təqsirlərimizdən keç və bizi də yaxşılıq edənlərlə birlikdə öldür." "Ey Rəbbimiz, elçilərinə vəd etdiklərini bizə ver, qiyamət günündə bizi rüsvay etmə. Həqiqətən, Sən vədindən üz çevirməzsən." Rəbbi onlara (dualarını qəbul edərək) cavab verdi: "Şübhəsiz ki, Mən, kişi olsun, qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram ..." (Ali İmran Surəsi, 191-195)