Müasir İslam və xurafat hiyləsi
Uydurmalar, xurafatlar terroru qidalandırar. Quran terroru aradan qaldırar, yox edər.
İslam terroru aradan qaldırmaq üçün gəlmişdir. İslamın, Quranın vəzifəsi terroru aradan qaldırmaqdır. Allah bunun üçün peyğəmbər göndərmişdir, bunun üçün Quranı nazil etmişdir. Həmçinin İslam o dövrdə həmin bölgədəki terroru aradan qaldırmışdır. Bu əsrdəki terroru da, yenə İslam aradan qaldıracaqdır.
Allahın zikr olunmadığı bölgədə, şəhərdə, ölkədə bərəkət gedir. Nə gəlir? Aclıq, iqtisadi böhran. Nə gəlir? Terror. İki təhlükə. Yunanistanda Allah zikr edilirmi? Edilmir. Digər ölkələrdə zikr edilirmi? Məsələn, ABŞ-da zikr edilmir. Nə baş verir? Aclıq meydana gəlir. Ucsuz-bucaqsız torpaq sahəsi var, amma aclıq hər tərəfi bürüyür. Arxasınca terror, qorxu meydana gəlir.
Zorakılıq terror meydana gətirər, dəhşət meydana gətirər və dinsizlərin, zalımların çörəyinə yağ çəkmiş olarsan. Harada zorakılıq varsa, orada dinsizlik yayılar. Din dinclik mühitində, sevgi, mərhəmət mühitində yayılar.
Sevgi - terroru, anarxiyanı, eqoist olmağı, xəsisliyi ortadan qaldırar.
Terrora, anarxiyaya qarşı ən gözəl həll səhabə İslamıdır. Yəhudiliyin, xristianlığın da rahat hərəkət edə biləcəyi sistem budur.
Oktyabr 26 2017, 20:01
Oktyabr 30 2014, 09:40
Oktyabr 11 2014, 00:51