Bəqərə surəsi; 8-10 (Münafiqlərin şüurlarında pozuqluq, tibdə bilinməyən, tərifi olmayan ağıl xəstəlikləri vardır.)
Uşaqlara mütləq praktik tibb biliyinin də verilməsi əsas şərtdir. Təkcə tibb fakültəsinə gedən deyil, təhsil alan hər kəs təməl bilikləri öyrənməlidir. Uşaqlara mütləq incəsənət təhsili də verilməlidir. Gözəl insan, gözəl məkan, gözəl mühit necə yaradılar, bunlar məktəblərdə öyrədilməlidir.
Bütün elm adamları kitab yazarkən hazır məlumatlardan istifadə edərlər. Peyğəmbərimiz (s.ə.v) "Elm Çində belə olsa arxasıyca gedin" deyir. BİZ DƏ ELMİ HƏR YERDƏN ÖYRƏNMƏLİYİK, ƏSAS ODUR Kİ, DOĞRU OLSUN. Avropada inkişaf etdirilmiş elmi bir şərhi niyə istifadə etməyək? Tibbdə yeni bir dərman var, istifadə etməyəkmi? O məntiqlə TV-ni də istifadə etməyək ki, müsəlman olmayanlar icad etdi. Peyğəmbərimiz (s.ə.v) “Elm insanın malıdır, harada tapsa oradan öyrənər” deyir. Biz də elmi harada tapsaq öyrənməyə çalışaq .