Darvinistlər, yazılı və vizual mediadan istifadə edərlər
İmtahanın olması, bu cür təhsildən keçmək, cənnətin məna qazanması üçün vacibdir. Əziyyət çəkməyən dərinlik qazana bilməz. Dərinliyin, ehtirasın və sevginin yaranması üçün səbir, sədaqət, vəfa lazımdır, bunları da ən gözəl imtahanla qazanarıq.
Qadınların səbri, mərhəməti, vəfası, ağlı, gözəlliyə olan meyli, incəliyi Allah tərəfindən onlara verilmiş ciddi üstünlükdür.
Dostluq, qardaşlıq, vəfa inkişaf etmir, lakin texnologiya inkişaf edir. Texnologiyanın inkişafının sevgi ilə paralel olmasını mehdiyyət təmin edəcək.
Zaman keçdikcə qarşındakı insanın vəfasını, sədaqətini, şəxsiyyətini, fədakarlığını gördükcə insan daha çox sevər. Yaşla, zamanla sevgi azalmaz.
Allahı inkar edən, Allahı anlaya bilməyən bir insanın sevgini yaşaması mümkün deyil. Allaha vəfa göstərməyən sənə necə vəfa göstərsin. Allahın sənətini görə bilməyən, sənin gözəlliyini necə görsün. Allaha təşəkkür etməyən sənin necə qiymətini bilsin. İman olmadan sevgi olmaz. Allahı sevə bilməyən Onun gözəlliklərini görə bilməyən insanı heç vaxt sevə bilməz.
Bütün mahnılar həmişə ağlamağa həsr olunur. Çünki sədaqət yoxdur, vəfa yoxdur. Din nəyi təmin edir? Vəfa, sədaqət və səbri təmin edir.