Maddənin Xarici Aləmdəki Əsli Ilə Heç Vaxt Təmasda Ola Bilmədiyinizi Anlamazlıqdan Gəlməyin
Səbəblər Allahın möhtəşəm sənətidir. Musiqini beynin içində bilavasitə Allah yaradır. Lakin arada minlərlə səbəb varmış kimi görünür. Səbəb maddədən daha da mürəkkəb quruluşu olan, daha da kəskin ağıl tələb edən şeydir. Allahın səbəb sənəti möhtəşəmdir.
Allah o qədər çox möcüzə yaradır ki, insan hara baxsa möcüzə görür. Ən böyük möcüzə isə insan beyninin içidir. Beynin içində gözsüz görən, qulaqsız eşidən biri var. Bu həqiqətin iman xaricində heç bir açıqlaması yoxdur. Göz maye bir quruluşun içindədir, oradan işıq keçir və tərs şəkildə təsvir meydana gəlir, çox zəif amperdə elektrikə çevrilərək beyinə gedir və beyində bu zəif elektrik mükəmməl rəngli çox aydın bir təsvirə çevrilir və gözü olmayan biri bu təsviri görür. Bu böyük möcüzədir.
Allah sazdan zövq almağı nemət olaraq yaradıb. Sazdan səs çıxmaz, qulaq nəsə eşitməz. Titrəyişi musiqi olaraq yaradan Allahdır. Ruh Allahın sənətindən zövq alar. Ruhu maraqlandıran çöldən gələn aşağı amperlik elektrik cərəyanı deyil, Allah dərgahında yaradılandır.
Hər insanın iki gözü də kordur. Göz elektrik axınını beyinə çatdıran cihaz kimidir. Beyində gözü olmadan təsviri görən biri var. Beyinin içində qulağı olmadan musiqini dinləyən kimdir? Təkamülçülər bir dəfə belə bu mühüm mövzu üzərində dayanmırlar.
İlk yaradıldığı andan bəri heç bir insan beynindən kənara çıxıb təsvirin əslini görməyib. Hər insan beynin içindəki monitorun qarşısında yaşayır.
Bir çox insan dünyanın həqiqi mahiyyətini anlaya bilmir. Çöldə rəng, işıq, səs yoxdur. Beyinin içində, gözü olmayan ruh rəngarəng dünya görür.