Tarixin ən böyük insanlıq və sülh əleyhinə cinayəti: "İraq işğalı"
Yeni nəsil ağıllı, məqbul, dindardır, lakin mövhumatçılığa qarşıdır. Bu gözəl münasibətdir.
Qərb öz aləmində bölgədə mövhumatçılığa qarşı çıxan, qadın hüquqlarını müdafiə edən, müasir strukturun PKK olduğu qənaətindədir və buna görə də, PKK-nı dəstəkləyir. Bu qənaət doğru olmadığı halda, PKK Qərb üçün müsəlmanlara qarşı təsirli silahdır. Türkiyə qadın hüquqlarının, keyfiyyətin, incəsənətin mərkəzi olsa, insanların PKK-nı dəstəkləmək üçün əllərindəki bu bəhanə aradan qaldırılmış olar.
Qurana əsaslanan həqiqi İslam yaşanmış olsa İslam əxlaqı dünyaya sürətlə yayılar və hakim olar. Mövhumatçı İslam anlayışına qarşı, həqiqi İslamı izah etsək islamofobiya aradan qalxar və dünya zövqlə İslama yönələr.
Mövhumatçılıq İslamı daxilən çökdürmək üçün şeytanın planlaşdırdığı sistemdir. Dərin düşünməyi, yaradıcı gücü yox edir və insanları keyidir. Mövhumatçı sistemin insanları boğmasına imkan verməyək. Quranın şən, azad, istiqanlı, mehriban, gözəl ruhu ilə dünyanı cənnətə döndərək.
İngiltərə dərin dövləti ənənəpərəst mövhumatçı sistemi var gücü ilə dəstəkləyir, çünki bu sistemin İslamı daxildən çökdürəcəyini bilirlər. Xurafat dolu bir İslam anlayışı yaratdıqları zaman hər kəs İslamdan uzaq dayanır, məqsədlərinə çox asan nail olurlar. Bu oyunu biz pozuruq.
Mövhumatçılıq dəccalın bir qoludur, digər qolu isə darvinist-materialist sistemdir. Biz izahatlarımızla bu iki bəlanın qarşısına sədd çəkdik. Bizim izahatlarımızdan sonra darvinistlərin təsadüf inancı zəiflədi.
Aprel 01 2016, 11:39