logo HARUN YƏHYA

Allahın isimləri

Alim - Hər şeyi çox yaxşı bilən

Şərq də, qərb də Allah’ındır: hansı tərəfə yönəlsəniz, Allah oradadır. Şübhəsiz ki, Allah genişdir, biləndir!

Bəqərə surəsi, 115


Axır - Hər şey yox olandan sonra da var olan

Əvvəl də, Axır da, Zahir də, Batin də Odur. O, hər şeyi biləndir!

Hədid surəsi, 3


Asim - Qoruyan

Nuh dedi: “Allah’ın rəhm etdiklərindən başqa, bu gün heç kəs Onun əzabından qoruya bilməz!”…

Hud surəsi, 43


Baqi - Davam edən, fani olmayan

(Yer) üzündə olan hər kəs fanidir. Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir.

Rəhman surəsi, 26-27


Bədi - Nümunəsiz olaraq yaradan

Göyləri və yeri icad edən Odur. Bir işin yaranmasını istədiyi zaman, ona yalnız: “Ol !” – deyər, o da olar.

Bəqərə surəsi, 117

Bais - Göndərən (peyğəmbər), oyandıran, dirildən

Allah’ı necə inkar edirsiniz ki, siz ölü idiniz, O, sizi diriltdi. O, sizi yenə öldürəcək, sonra yenə də dirildəcək və daha sonra siz Ona tərəf qaytarılacaqsınız.

Bəqərə surəsi, 28


Cabbar - Dilədiyini zorla etdirməyə qadir olan


O Allah ki, Ondan başqa ilah yoxdur... Cabbardır; Mütəkəbbirdir.

Həşr surəsi, 23


Cami - İstədiyini, istədiyi zaman,istədiyi yerdə toplayan

Ey Rəbbimiz! Olacağınaşübhə edilməyən bir gündə bütün insanları toplayan Sənsən.

Ali-İmran surəsi, 9


Dafiq - Bəlaları dəf edən, uzaqlaşdıran

...Əgər Allah insanların bir qismini, digər bir qismi ilə dəf etməsə idi, yer üzü fitnə fəsada uğrayardı. Lakin Allah bütün aləmlərə qarşı lütfkardır.

Bəqərə surəsi, 251


Əzim - Çox əzəmətli, böyük olan

Göylərdə və yerdə nə varsa Onundur! O, ucadır, uludur!

Şura surəsi, 4

Əliyy - Çox uca olan

...Həqiqətən, O, ucadır, hikmət sahibidir!

Şura surəsi, 51

Faliq - Yaran (qaranlığı yarıb səhəri çıxaran, toxumu yaran)

...Səhəri yarıb çıxaran, gecəni bir istirahət vaxtı, günəşi və ayı bir ölçü vasitəsi edən də Odur. Bunlar yenilməz qüvvət sahibi, bilən Allah’ın təqdiridir.

Ənam surəsi, 95-96


Fasil - Ayıran, açıqlayan

Həqiqətən, Allah iman gətirənlər, yəhudilər, sabiilər, xaçpərəstlər, atəşpərəstlər və müşriklər arasında qiyamət günü hökmünü verəcəkdir.

Həcc surəsi, 17

Fatir - Yaradan, icad edən

...Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim ixtiyar sahibimsən.

Yusif surəsi, 101


Xəbir - Hər şeyin iç üzündən, gizli tərəflərindən xəbərdar olan


Allah`dan qorxun. Heç şübhəsiz Allah, etdiklərinizdən xəbərdardır.

Həşr surəsi, 18

Həlim - Şəfqətli, mərhəmətli,həlim olan


Həqiqətən, Allah bağışlayandır, Həlimdir.

Ali-İmran surəsi, 155


Hafiz - Qoruyan, nəzarət edən, mühafizə edən

...Şübhəsiz ki, Rəbbim hər şeyi hifz edir.

Hud surəsi, 57

Hakim - Hökm edən, haqqı yerinə yetirən

Göylərin, yerin və onların içində olanların hakimiyyəti Allaha məxsusdur. O, hər şeyə qadirdir.

Maidə surəsi, 120

Qəffar - Bağışlaması çox olan

“Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, çox bağışlayandır!”

Nuh surəsi, 10

Qəniyy - Çox zəngin, hər şeydən müstəğni (münəzzəh) olan

Ey insanlar! Siz Allah’a möhtacsınız. Allah isə möhtac deyildir. O, şükürə layiqdir!

Fatir surəsi, 15

Kafi - Varlığı varlıqların bütün ehtiyaclarına kifayət edən

Məgər Allah Öz bəndəsinə kifayət deyilmi?!

Zumər surəsi, 36

Kəbir - Çox böyük

(Allah) qeybi və aşkarı biləndir, böyükdür, ucadır.

Rəd surəsi, 9


Kərim - Kərəmi bol olan, comərd olan

Ey insan! Səni Kərim olan Rəbbinə qarşı aldadan nədir?

İnfitar surəsi, 6-8


Mühsi - Sonsuz da olsa, hər şeyin sayını bilən

(Allah) onları hesablamış və bir-bir saymışdır.

Məryəm surəsi, 94

Mütəali - Ağılın dərk edə biləcəyi hər şeydən çox uca

Haqq hökmdar olan Allah ucadır!

Taha surəsi, 114

Məlik - Bütün kainatın sahibi və mütləq hökmdarı

De ki: İnsanların Rəbbinə sığınaram. İnsanların Məlikinə, insanların ilahına;

Nas surəsi, 1-3


379
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code