logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 17 iyun 2015

avatar

Adnan Oktar

Allah axirətə və cənnətə iman etməyin, buna görə hazırlıq görməyin üstündə dayanır. Müsəlman da bu məsələ üzərində ciddi şəkildə dayanmalı və özünü bu istiqamətdə tərbiyə etməlidir. Yəni bunlara qeyri-dəqiq məlumatlarla deyil, qəti məlumatlarla iman etməlidir. Dünya həyatı və cənnət həyatı daim iç-içə olmalıdır.
A9 TV; 17 iyun 2015
2250
avatar

Adnan Oktar

Əgər cənnət barədə səthi düşünülsə, insan beyni onu səthi qavrayar və ona səthi inanar. Amma diqqətlə düşünüb qəti şəkildə iman edərsə, bunu etməsi üçün Allahdan özünə lazımi məlumatları verməsini israrla tələb edərsə, cənnət və axirət həyatını aydın şəkildə qavrayar.
A9 TV; 17 iyun 2015
avatar

Adnan Oktar

İnsanlar Allaha tam təslim olmurlar. Mənfəətləriylə zidd düşəcəyi vaxt, dini tərk edəcək çox böyük bir insan kütləsi olduğunu görürəm. Mehdi (ə.s) isə, bütün mənfəətləriylə zidd düşsə belə, daim Allahın razılığını istəyən bir insandır. Çünki həyatın bütün yönlərindən əl çəkdiyi hədislərdən aydın olur.
A9 TV; 17 iyun 2015
avatar

Adnan Oktar

Müsəlman gün ərzində cənnət üçün ciddi hazırlıq görməlidir, bütün fikrini cənnətə yönəltməlidir. Cəhənnəm qorxusu olacaq, amma özünü ciddi şəkildə axirətə hazırlamalıdır. Cəhənnəmə hazırlamamalıdır. Müsəlman özünü cənnətə hazırlayar.
A9 TV; 17 iyun 2015
avatar

Adnan Oktar

Müasir, aydın, sevgi dolu, sevgini əsas götürən bir İslam anlayışı dünyaya hakim olacaq. Bundan savayı boş-boşuna çalışmasınlar. Müasir İslam anlayışından başqa hər hansı bir şey olması qeyri-mümkündür.
A9 TV; 16 iyun 2015
avatar

Adnan Oktar

Ənənəvi bataqlığa düşmək dibsiz quyuya düşmək kimidir, insan getdikcə çirklənər. Qatı dinçilik fasiləsiz surətdə qat-qat artan bir bəladır. Adam; "mən qatı dinçiyəm" deyir. Başqası da; "mən daha çox qatı dinçiyəm" deyir. Yarış halında ağlasığmaz bir çirkabın içinə girərlər.
A9 TV; 16 iyun 2015
avatar

Adnan Oktar

İslam olduqca müasir, şən, sağlam, elmə, incəsənətə, gözəlliyə və estetikaya açıq olaraq yer üzündə zühur edəcək. Cənnət kimi zühur edəcək. İslam, murdar, qaranlıq, əzablar çəkdirən, asan, kəsən, estetikadan uzaq, leş kimi qoxuyan insanların yaşadığı bir mühit şəklində təzahür etməz. Allah İslama belə pislik etdirməz, müsəlmanlara da etdirməz.
A9 TV; 16 iyun 2015
avatar

Adnan Oktar

İnsan fitrətinə uyğun olmayan bir İslam anlayışını dünya əsla qəbul etməz. Ən başda Allah qəbul etməz. Hər dəfə zorla belə üfunətli, çürümüş, cəhənnəmi xatırladan, çirkli, pis din anlayışını gətirməyə çalışdıqlarında Allah onları zəlil edər, rəzil edər, yerlərdə sürüyər, məhv edər, açıq şəkildə deyirəm. Bunu unutmalıdırlar.
A9 TV; 16 iyun 2015
avatar

Adnan Oktar

Musiqi olsun, rəsm olsun, heykəl olsun, estetika olsun, gənc qızlar çox baxımlı gəzsin, gənc oğlanlar bu cür yaraşıqlı, nümunəvi halda gəzsinlər. Hər yer sənət qalereyası kimi olsun. Bu təqdirdə dünya müsəlmanlara heyran olar.
A9 TV; 16 iyun 2015
avatar

Adnan Oktar

Ən əhəmiyyətli şey keyfiyyət və estetikadır. Həyata rəng qatan, gözəllik qatan şey budur.
A9 TV; 16 iyun 2015
avatar

Adnan Oktar

Təkidlə deyirəm; Misirdə müasir İslam anlayışını müdafiə etsələr bütün Avropa, Amerika, hər kəs dəstək verər. İnanılmaz bir güc olaraq bütün dünya da sevər. Namazını qılacaqsan, orucunu tutacaqsan, zəkatını verəcəksən, həccə gedəcəksən, sadəcə müasir olacaqsan. Onun üçün müqavimət göstərirlər.
A9 TV; 16 iyun 2015
avatar

Adnan Oktar

Hökmən bütlə mübarizə aparmaq lazım deyil. İnsan yeri gəlsə bütün tərəfini tuturmuş kimi görünüb imanını qoruya bilər. Yəni təhlükəlidirsə, büt onu zərər verəcək, öldürəcəksə, dinini yaşamasına mane olacaqsa, zərər verəcəksə özünü bütün tərəfini tuturmuş kimi göstərə bilər. Bu ayədə də var, insan bundan ötrü məsuliyyət daşımaz.
A9 TV; 16 iyun 2015
avatar

Adnan Oktar

İman sayəsində Allahın olduğu hər yer - olmadığı heç bir yer yoxdur - cənnət olar. Allaha inanmırsansa, hara gedirsən get ora sənin üçün cəhənnəm olar.
A9 TV; 16 iyun 2015
avatar

Adnan Oktar

İslamı müşrik, bütpərəst bir sistemə çevirdikləri üçün, Allah da yola gətirmək, islah etmək üçün bəla, fəlakət, aclıq, müharibələr, terror yaratmaq üsullarından istifadə edir. Allah imtina etsinlər deyə inanılmaz dəhşət meydana gətirir. O zaman daha çox bütünə sarılır. “Qurtuluş bütə sarılmaqdadır” deyir. Bütünə sarıldığın üçün bu hala düşürsən.
A9 TV; 16 iyun 2015
avatar

Adnan Oktar

Bütün bölgə xalqı PKK-ya nifrət edir. Zorakılıq tətbiq edən bir birliyə qarşı insanların hörmət göstərməsi və sevgi bəsləməsi mümkün deyil.
A9 TV; 16 iyun 2015
avatar

Adnan Oktar

Dünya tarixində həmişə bütə nifrət edilmişdir. Amma birləşdirici olduğu üçün də, ona qarşı saxta hörmət göstərilmişdir.
A9 TV; 16 iyun 2015
avatar

Adnan Oktar

Mehdi (ə.s) səssiz, sakit, həlim bir insandır. Hədisdə Mehdi (ə.s) üçün; "evindən idarə edər" deyilir. Sevgi müəllimidir. Bütün dünyanın bir-birini sevməsini təmin edəcək bir insandır.
A9 TV; 15 iyun 2015
avatar

Adnan Oktar

Maddə olmayan beyinin içində səs meydana gəlir. Xarici aləmdə səs yoxdur. Amma maddə olmayan beyinin içində səs olur, işıq olur. Xarici aləmdə dad deyə bir şey yoxdur. Dad beyinin içində meydana gəlir. Amma bu ətdən beyin deyil. Nurdan olan beyin. Biz nurdan olan beyin sayəsində danışıb düşünürük.
A9 TV; 15 iyun 2015
avatar

Adnan Oktar

ABŞ-ın “Böyük Orta Şərq” layihəsinin məqsədi Mehdiyyəti dayandırmaqdır. Çünki Mehdiyyət bütün İslam aləmini birləşdirəcək bir sistemdir; Böyük Orta Şərq layihəsi də bütün İslam aləmini parça-parça edəcək bir sistemdir.
A9 TV; 15 iyun 2015
avatar

Adnan Oktar

MHP-AKP koalisiyasına Amerika dərin dövləti, İngiltərə dərin dövləti qarşı çıxar. Bütün bunları gözə alaraq bu koalisiyanı yaratmalıdırlar. Bu, ABŞ-ın “Böyük Orta Şərq” layihəsini təməlindən yox edəcək bir koalisiyadır.
A9 TV; 15 iyun 2015
avatar

Adnan Oktar

Ən ağlabatan şey AKP-MHP koalisiyasının yaradılmasıdır. CHP-AKP koalisiyasından bir şey çıxmaz. Mənim qənaətimə görə həm CHP, həm də AKP zəifləyər. İkisi də kiçilərlər. Ağıllı bir şey olmaz.
A9 TV; 15 iyun 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Əgər cənnət barədə səthi düşünülsə, insan beyni onu səthi qavrayar və ona səthi inanar. Amma diqqətlə düşünüb qəti şəkildə iman edərsə, bunu etməsi üçün Allahdan özünə lazımi məlumatları verməsini israrla tələb edərsə, cənnət və axirət həyatını aydın şəkildə qavrayar. Sitatlar
Müsəlman gün ərzində cənnət üçün ciddi hazırlıq görməlidir, bütün fikrini cənnətə yönəltməlidir. Cəhənnəm qorxusu olacaq, amma özünü ciddi şəkildə axirətə hazırlamalıdır. Cəhənnəmə hazırlamamalıdır. Müsəlman özünü cənnətə hazırlayar. Sitatlar
İman sayəsində Allahın olduğu hər yer - olmadığı heç bir yer yoxdur - cənnət olar. Allaha inanmırsansa, hara gedirsən get ora sənin üçün cəhənnəm olar. Sitatlar
Möminlər ölümlərindən sonra həmişə gözəl şeylərlə qarşılaşırlar. Çətinlik, iztirab, qorxu; bunlar qətiyyən yoxdur. Hər yerdə işləri rahat olar. Vəfat edərkən, dirilərkən, cənnətə alınarkən qətiyyən narahatlıq yaşamazlar. Sitatlar
Cənnətə yaxşı hazırlaşmaq lazımdır, onu yaxşı qavramaq lazımdır. İmanı yaxşı gücləndirmək lazımdır. Müsəlman bu məlumatı beyninə tam həkk etməlidir. Anlaşılmaz məlumat kimi qalmamalıdır. Müsəlman Quranda cənnətlə əlaqədar bütün deyilənləri, ayələrin hamısını bilməlidir. Sitatlar
Sevgi dünyadakı ən böyük nemətdir. Allah dünyanı sevgi üçün yaradır. Qulları sevgi üçün yaradır. Cənnəti sevgi üçün yaradır. Tək məqsəd sevgidir. İnsanların, bitkilərin, heyvanların, bütün məxluqatın, atomun bu qədər nizamlı və gözəl olmasının məqsədi yenə sevgidir. Sitatlar
Nə səbir edir, nə də əziyyətə razı olur, birbaşa nemət istəyir. Olmaz belə bir şey. Belə olsa nə cənnətə, nə də Allahın rizasına qovuşa bilərsən. Bura imtahan yeridir, əyləncə yeri deyildir ki. Allah; "əgər Biz əyləncə etmək istəsəydik əlasını edərdik" deyir. "Şənimizə layiq olanı edərik" deyir. Əyləncə yeri cənnətdir. Burada belə bir şey yoxdur. Sitatlar
Cənnətdə hər şey gözəldir, Allah oraya aşiqləri göndərir. İnsanlar gözəl, bitkilər gözəl, çiçəklər gözəldir. Bütün məqsəd sevgidir, Allahın tək məqsədi sevgidir. Sitatlar
Təmizlən. Mömin tahirdir. Tahir nə deməkdir? Təmizlənmiş deməkdir. Allah bu acizliyi verəcək, sən də bundan xilas olub cənnət gözəlliyinə qovuşacaqsan. Mömin nur kimidir, tərtəmizdir. Sitatlar
Cənnət tərtəmizdir. Cənnətdə rəsm var, cənnətdə musiqi var, gözəllik var. Qadınlar çox baxımlıdır. Bu dünyanı da cənnətə çevir, niyə cəhənnəmə çevirməlisən ki? Allah imanla, ağılla, səylə bu dünyanı da cənnətə çevirməyimizi istəyir. Sitatlar
Mömin Allahın sözünə güvənər. Allah; "Mən sözümdən dönmərəm. Əgər siz səmimi olsanız, mömin olsanız sizi cənnətimə qoyacağam" deyir. Mömin "Bəlkə də" deyə bilməz. Sitatlar
İnsanlar səmimi olsa, sevgini axtarsa Allah dünyanı cənnətə çevirər. Sitatlar
Gələcək baxımından möminin yeganə hədəfi axirətdir. Axirət möminin sevinci, mükafatıdır. Mömin həmişə cənnətə qovuşmağa ümid bəsləməlidir. Cəhənnəmə getməkdən qorxmalıdır, amma həmişə cənnəti düşünməlidir, fikrini cənnətə verməlidir. Sitatlar
Axirət inancı olmayan insanın içi qaralır, üzü qaralır, ruhu qaralır. Amma axirət inancına sahib insan, ruhuna çox gözəl bir müjdə vermiş olur, sən sonsuzda yaşayacaqsan deyir. O zaman qəlb rahatlıq tapır. Sitatlar
Heç kəs Allahın dərgahında modabazlıq, lovğalıq edə bilməz. Çoxbilmişcəsinə cavab verə bilməz. Allah onsuz da: "Axirətdə onları danışdırmayacağam'' deyir. Allah: "Susun, danışmayın, oraya alışın deyəcəyəm'' deyir. Allah, “susun” dedikdən sonra, artıq bir daha danışa bilmir. Yəni dili tutulur. Allah artıq dilini iflic edir. Sitatlar
Din dünyanın necə istifadə ediləcəyini göstərən təlimat kitabçasıdır. Axirət və dünya həyatı üçün, nələr etməli olduğumuzu bildirər. Yoxsa biz bilməzdik. Sitatlar
Bir çox insan zövq almağı, kef çəkməyi düşünər, İslamdan da istifadə edər. Məsələn, ticarət etsin, yesin, içsin, gəzsin, evlənsin, iş-güclə məşğul olsun. İslam aləminin böyük hissəsində bu zehniyyət vardır. Buna görə də, Allah İslam aləmini məhv edir. Allah Özünə yönəlmələrini istəyir, onlarsa yönəlmirlər. Allah: "Müvəqqəti dünya həyatını istəyirsiniz" deyir, "Halbuki xeyirli və gözəl olan axirət yurdudur, kaş ki, biləydiniz" deyir. Sitatlar
Necə ki, axirətdə pul, mal, mülk barəsində sorğu-sual edilirsə, ən mühüm sual vaxtdır. Allah hamımızdan: "Vaxtdan necə istifadə etdin?" deyə soruşacaq. Mömin bu həqiqəti heç vaxt unutmamalıdır. Sitatlar
Sitatlar
Zahirdə imtahanda, batində isə təhsil prosesindəyik, kurs kimi. Çünki Allah bizim nə etdiyimizi bilir. Onsuz da Yaradan Odur. Yəni sonsuz əvvəldən nə etdiyimizi bilir. Biz onsuz da əməl edib qurtarmışıq. Bizi öyrədir, bizim nə olduğumuzu, özümüzə göstərir. Bizi bizə göstərir. Yəni bizi bizə sevdirir. Axirətə hazırlayır. Sitatlar
Sitatlar
“Canlılar təkamüllə yarandı” deyənlər, axirətdə, bir atın gözəlliyini, üzərində tək bir tükün əmələ gəlməsini belə axirətdə izah edə bilməyəcəklər. Sitatlar
Dünya həqiqi deyil, axirət həqiqidir. Bura imtahan yeri olduğu üçün həm cəhənnəm xüsusiyyətləri, həm də cənnət xüsusiyyətləri vardır. Amma mömin ağlını istifadə edərək cəhənnəm xüsusiyyətlərini özündən uzaqlaşdırar, təmizləyir. Cənnət xüsusiyyətlərini ortaya çıxardığı üçün nəfs bir varlıq olaraq özünü göstərir. Sitatlar
Allahı sevməyə qərar verən insanın baxışı açılır. Beynindəki məlumat axımı artır. Mühakimə qabiliyyətinə sahib olur. Sitatlar
Mələklərə iman, taleyə iman. Bunlar barədə ayrı-ayrılıqda düşünmək, təfəkkür edilib beyində tam iman kimi oturtmaq lazımdır. Yəni xalqın böyük hissəsində səthi məlumat şəklində bunlara qarşı inanc var. Lakin sarsılmaz məlumat olaraq, bu yalnız təqvalı müsəlmanlarda olur. Möhkəm məlumat halına gətirmək lazımdır. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur