logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 28 oktyabr 2017

avatar

Adnan Oktar

Allah Axırzamanda möminlərə İslamı izah etmək üçün çox geniş imkanlar verir. İnternet, televiziya, qəzetlər, jurnallar, smartfonlarla çox sayda insana təbliğ etmək imkanı Axırzamanın nemətlərindəndir.
A9 TV; 28 oktyabr 2017
2175
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Ağıl, ehtiras və dərinlik kimdədirsə qadın ona yönələr. Eşqin sonsuz dərinliyinə özünü çəkə bilən kişi üçün qadın dəli-divanə olar. Sitatlar
Ağıl gücünü inkişaf etdirmək üçün beynini yormağa ehtiyac yoxdur, sadəcə çox-çox dürüst olmaq və Allaha heç vaxt xəyanət etməmək lazımdır. Gün ərzində Allaha xəyanət etmə məsələləri yarana bilər. Məsələn, başın ağrıyar, yorularsan, gücün çatmaz, birindən pis söz eşidərsən, ayağına bir şey ilişər, müvəffəqiyyətsizliyə uğrayarsan, min cür tərsliklə qarşılaşarsan. İnsan həmişə haşa Allahın bunu niyə etdiyini düşünməsinə vadar edəcək hadisələr yaşayar. Bu imtahan üçün məcburi olan, Allahın bizim sevgimizi çoxaltması üçün yaratdığı nemətlərdir. Əsla nankorluq, tərslik, mənfi düşünmə, bir sözlə, çox böyük ağılsızlıq olar. Əbəs yerə kütləvi nemət itkisinə səbəb olar. Həm dünyada, həm də axirətdə insana çox böyük zərər verər. Allahı heç vaxt tərk etməmək lazımdır. Həmişə müsbət düşünmək lazımdır, çünki Allahın gördüyü hər şey müsbətdir. Sitatlar
Ağıllı, dürüst, vicdanlı yaşadıqsa öldüyümüz zaman bizi həyəcanla gözləyən izdihamla qarşılaşacağıq. O andan etibarən hər mərhələsi mömin üçün cənnətdir. Möminin ölümlə birlikdə keçdiyi hər mərhələ cənnətdir. Möminin narahat olduğu, qorxduğu, narahatçılıq yaşayacağı heç nə olmaz. Mömin ölüm anında heyrətamiz, çox güclü əmin-amanlıq duyğusu hiss edər. Bu, Allahın möminlərə nemət olaraq verdiyi sakitlikdir. Mömində ölümlə birlikdə çox kəskin və aydın fikir aydınlığı və hüzur yaranar. Mömin üçün axirətə keçdiyi andan etibarən hər dəqiqə cənnətdir. Möminin sorğusu da ucalığını, yaxşılığını, gözəlliyini ona vurğulamaq üçündür, mömini ən kiçik şəkildə belə narahat edən his olmaz. Sitatlar
Ağıllı insan hər yaşda sevgi, dostluq, qardaşlıq əlaqəsini yarada bilər. Yaş, zəif ağıllı insanlar üçün maneə olar. Sitatlar
Ağıllı, səmimi insanın tənqidi qiymətlidir. Səmimi sevən dostun insanın yaxşı olması üçün göstərdiyi səyi təqdir etmək lazımdır. Necə də gözəl, sənin lehinə olub sənin görə bilmədiyini görən bir göz sənə faydalı olur. Al o tənqidi başının üstünə qoy. Lakin sırf əxlaqsızlıq olsun deyə, qarşısındakını pərt etmək üçün tənqid edən olduğu zaman onun cavabını gözəl şəkildə vermək lazımdır. Sitatlar
Avropada bizim gördüyümüz elmi işlər, kitablar, konfranslar çox geniş təsir yaradır. Avropalıların əksəriyyəti ilk dəfə həqiqi İslamla qarşılaşırlar. Ziyalı, müasir, açıqfikirli müsəlmanları görmək onlar üçün əhəmiyyətli zəmanət olur. Dəccaliyyətin əsas hədəflərindən biri olan Avropada gördüyümüz hər mədəni iş birə min nisbətində təsirli olur. Sitatlar
Ən yüksək azadlığı Quran verər. Quran əxlaqının olmadığı yerdə insanların üzərində cəmiyyət təzyiqi, məhəllə təzyiqi, ev təzyiqi kimi cürbəcür qaydalar var. Quran bütün bunları aradan qaldırar, çox geniş azadlıq tanıyar. Sitatlar
Münafiqlərlə elmi mübarizə Quranda ən geniş izah edilən mövzulardan biridir. Müsəlman, münafiqlərlə elmi mübarizədə çox diqqətli olmalıdır. Bu ibadətin savabı çox yüksəkdir. Sitatlar
Peyğəmbərimiz (s.ə.v) və Mehdinin fiziki görünüşündə çox oxşarlıqlar var. Peyğəmbərimiz (s.ə.v) ortaboylu idi. Pəhləvan quruluşlu idi, geniş çiyinli idi. Dişləri ağappaq idi, başı böyük idi. Hz. İbrahimin də başı böyük idi. Bu peyğəmbər heybətinin əlamətlərindən biridir. Baxışları çox təsiredici idi, çox etibarlı, çox alicənab, çox hörmət ediləcək üz ifadəsi vardı. Çox çevik hərəkət edərdi. Sitatlar
Saxta ziyalılara qibtə edənlər və ədabazlar Tayyib hocam kimi səmimi Anadolu dəliqanlısının prezident olmasına dözə bilmirlər. Bəziləri də inanılmaz həsəd aparırlar. Məsələlərə geniş baxa bilmədikləri üçün sadəcə "getsin" deyirlər, lakin bunun nəyə səbəb ola biləcəyini düşünə bilmirlər. Türkiyəni birbaşa mənfiyə doğru aparacaq bir şey istədiklərini dərk etmirlər. Tayyib hocam əlindən gəldiyinin ən artığı ilə vətən, millət, dövlət üçün səy göstərir. Sitatlar
Terror və dövləti dağıtmağa istiqamətlənmiş fəaliyyətlər olduğu zaman vətəni qoruyan mülki vətəndaşlara qanuni zəmanət təmin edilməsi çox düzgün qərardır. Əlində silahla əsgəri, polisi şəhid etməyə qərar vermiş, vətəni parçalamağa cəhd edən, vertolyotdan xalqa atəş açana qarşı vətəndaşın qanuni hüquqlarının çox geniş olması lazımdır. Sitatlar
Müsəlmanın ən geniş kütləyə təbliğ etməsi fərzdir. Allah üçün ən geniş imkanlara sahib olmaq istəməsi fərzdir. Peyğəmbərimiz bütün dünyaya təbliğ edirdi, İstanbula təbliğ üçün səhabəni göndərirdi. Müsəlman malı yığmaz, qazanıb Allah yolunda xərcləyər. Sitatlar
Dabbətül-ərz, dünyada imanın çökdüyü dövrdə Allahın verdiyi söz, yəni Mehdi zahir olduqda Mehdiyə kömək edəcək internet texnologiyasıdır. Sitatlar
Dabbətül-ərz ilə əlaqədar hədisləri araşdırdığımız zaman bugünkü internet və televiziya texnologiyasını xəbər verdiyini görərik. Sitatlar
Çox sayda qəzet, televiziya kanalı və internetin yaradılması təbliğ üçün çox böyük nemətdir. Bu imkanlar mehdiyyət üçün xüsusi yaradılıb. Sitatlar
İman əhlinin internetdən ən təsiredici şəkildə istifadə etməsi çox əhəmiyyətlidir. İnternet insanlara həqiqi məlumatı çatdırmaq üçün Allahın verdiyi nemətdir. Sitatlar
İnternetdən müsəlmanları əzmək üçün istifadə etmək istəyirdilər, tam əksinə müsəlmanlar küfr əhlinin və münafiqlərin sistemini internetlə dağıdırlar. Sitatlar
Hökumətimiz interneti ən vacib mövzu olaraq qəbul etsin. Bütün Türkiyədə internet əlaqəsi havadan olsun və hər cür internet məhdudlaşdırması qaldırılsın. Hər kəs istədiyi vaxt rahat şəkildə internetə girə bilsin. İnternet məhdudlaşdırması kitabın üz qabığına kilid vurub, "oxuya bilməzsən" demək kimi bir şeydir. Sitatlar
Ödənişsiz və limitsiz internet tətbiq ediləndə bütün Türkiyə universitet halına gələr. Hətta dövlətimizin imkanı olmayanlara kompyuter verməsi çox yaxşı olar. Hər kəsin kompyuteri olmalıdır. Sitatlar
Elmdə, mədəniyyətdə limit olarmı? Bütün Türkiyədə internet sərbəst olsun, ödənişsiz olsun. Sitatlar
İnternet dünyanın ən böyük universitetidir, qapısı sonuna qədər açıq olmalıdır. Sitatlar
İnternet istifadə haqqı hər kəsə limitsiz olmalıdır. Elmə, məlumata məhdidiyyət qoyulmaz. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar
2023-cü il fərəhlik və aydınlıq olacaq inşaAllah. 2071-ci ilə qədər dünyanı abadlaşdırmağa davam edəcəyik, möhtəşəm gözəlliklər görəcəyik Allahın icazəsi ilə. İnsanlar ilk dəfə dünyanı belə gözəl görəcəklər. Tayyib hocam da Allahın icazəsi ilə 2023-cü ildə bu millətin başında olacaq. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur