logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 7 oktyabr 2017

avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
1066
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Nur surəsinin 55-ci ayəsində mehdiyyət açıqca izah edilmişdir. Kəhf surəsi isə başdan-başa mehdiyyəti izah edər.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar
700 milyon fosil var, biri belə təkamülə dəlil deyil. 700 milyon fosilin hamısı bütün canlıları Allahın yaratdığını göstərir. Sitatlar
Ağıllı düşündüyün zaman qısqanclığın məntiqi yoxdur. İnsanın filmdəki bir təsviri qısqanması nə qədər məntiqsiz olursa, beynimizdə izlədiyimiz təsvirləri qısqanmaq da elə məntiqsizdir. İzlədiyin dünyanın Allah tərəfindən göstərildiyini və bu təsvirdəki bütün varlıqların da Allaha aid olduğunu bilsən qısqanclıq duyğusu qalmaz. Allah bütün qardaşlarımızı qısqanclığın olmadığı cənnətlə mükafatlandırsın. Sitatlar
Ağıllı və dürüst insanlar dünya hakimi olacaqlar, onların hakimliyində bütün insanlar hüzur və əmin-amanlıq içində yaşayacaqlar. Hər kəsin eyni fikirdə olması şərt deyil. Əhəmiyyətli olan müxtəlif inanc və düşüncəyə hörmət göstərmək, anlayışla yanaşmaqdır. Sitatlar
Allah Atatürkə qəni-qəni rəhmət eləsin. Demək olar ki, bütün İslam ölkələri təlatüm içində olarkən, Atatürkün qurduğu sistem sayəsində Türkiyə Yaxın Şərqin ən müasir, İslamı ən gözəl yaşayan ölkəsi oldu. Onu rəhmət və hörmətlə yad edirik. Sitatlar
Allah dinə lağ edilməsini haram buyurmuşdur. Bəzi ənənəçi hocalar isə dini mövzularda zarafatlar edərək xalqı öz aləmlərində əyləndirməyə çalışırlar. Allah dinə lağ edildiyini eşitdiyiniz zaman o mühitdə olmayın deyə buyurur. Dini məsələlərdə zarafat olmaz. Sitatlar
Allaha təşəkkür etmək çox mühüm vicdan əlamətidir. Bəzən Allah insanlara imtahan olaraq çətinliklər verər. Bəzi insanlar da bu çətinliklə mübarizə apararkən Allaha təşəkkür etməyi unudur və ya başına gələni bəla kimi görüb Allahı tərk edib başqa şeylərə doğru gedər. Başına gələndən dolayı, haşa Allaha qəzəb bəsləyər, şeytan da bu qəzəbi hiddətləndirib şükürə mane olar. Şeytan harada mane olursa, orada diqqət yetirmək lazımdır. Məsələn, qolu sınır qəzəblənir, halbuki yaxşı xəstəxanaya gedir, həkimlər şəfa tapmasına vəsilə olur, qohumları gəlmişdir, dostları sevir, sevinəcəyi şükür edəcəyi çox şey var, lakin bunları görə bilmir. Çətinlik anında şükür etməyi unutmaq vicdan qüsurudur. Asanlıqda şükür edib çətinlikdə ümidsizliyə qapılıb şükürü tərk etmək çox ayıbdır. Şükürü tərk etmək səhvi insanların Allah ilə münasibətlərini korlayan dünyada nemət sahibi olmalarına mane olan mühüm səhvdir. Sitatlar
Din deyildiyi zaman insanların bir hissəsinin ağlına hacı dayılar və məscid gəlir. Din elə anlayış deyil. Din, dünyanı yaradan üstün ağlın ən keyfiyyətli, ən dürüst, ən mükəmməl insan olmağımız üçün bizə göstərdiyi üsuldur. İnsan təkcə dini yaşadığı zaman ruhən və fiziki cəhətdən ağıllı və sağlam olar. Sitatlar
Din hər şeylə iç-içədir. Dinin olduğu yerdə musiqi, incəsənət, rəqs, əyləncə, toy, elm olmaz deyənlər Qurana uyğun danışmırlar. Din ilə həyatı ayırmaq demək, dini və dindarları gettolara salmaq üçün dəccaliyyətin tətbiq etdiyi taktikadır. Din hər yerdə olmalıdır. Musiqi vardırsa Allah zikr edilməz deyirlər. Allah hər yerdə zikr edilər. Musiqini də, rəqsi də, əyləncəni də yaradan Allahdır. Sitatlar
Din üçün insanları məhv etmək zülmdür. Allahın zorakılıq əmri yoxdur. Dində məcburiyyət yoxdur. Zorla dini yaşatdığın zaman o insanı mömin deyil, Allah qorusun, münafiq edərsən. Allah təkcə müdafiə haqqı vermişdir. "Əgər təcavüz vardırsa, canınızı qoruyun" deyir Allah. Qılınc gücü ilə insanları dinə yönəltməyin deyir. Din üçün döyüş aparılmaz. Din üçün qan tökülməz, din üçün qan dayandırılar. Sitatlar
Dindən danışılan mühitdə qadınlar olmaz demək çox yanlışdır. Din qadını təcrid etməz. Qadın, dinlə zidd varlıq deyil. Tam əksinə qadın mübarəkdir və dinlə iç-içə olan varlıqdır. Dinin olduğu yerdə qadın olmaz məntiqi ənənəçi sistemin təsiri ilə yaranmış yanlış məntiqdir. Həcdə necə ki, qadınlarla kişilər birlikdə ibadət edirsə, həyatın hər sahəsində də, dini mühitlərdə də qadınlar olmalıdır. Sitatlar
Dini çətinləşdirmək, insanları dindən uzaqlaşdırmaq, ibadətlərini etmələrinə mane olmaq üçün şeytanın etdiyi oyundur. Sitatlar
Münafiqlər Quranı tam fərqli şəkildə öz münafiq məntiqlərinə görə şərh edərlər. Hər münafiq özü lider olmaq istəyər, Peyğəmbər (s.ə.v)-in mövcudluğu münafiqlərin heç xoşuna gəlməz. Peyğəmbər (s.ə.v)-ə həmişə həsəd apararlar. Müsəlmanların lideri olan insanın ətrafında onu sevən insanların olmasına, müsəlmanların zənginliyinə, imkanlarına, qidalarına, geyimlərinə, evlərinə, avtomobillərinə, sahib olduqları hər cür nemətə heyrətamiz həsəd apararlar. Münafiqlər müsəlmanların elçinin yanından dağılmasını istəyərlər. Allaha həmişə yalandan and içərək danışarlar. Allah Quranda münafiqlərin alçaq məxluqlar olduqlarını bildirir. Münafiqlər hər xeyrə mane olmağa çalışarlar. Müsəlmanların müvəffəqiyyətlərindən heç vaxt bəhs etməzlər. Münafiqlər İslam üçün heç vaxt şövqlü və çalışqan olmadığı halda, küfr xarakterli məsələlərdə böyük şövqlə və səylə çalışarlar. Münafiqlər təcavüzkardır, demək olar ki, hamısında öldürmə meyli vardır. Küfr əhlini dost və güclü görər və küfr əhli ilə iç-içədirlər. Sitatlar
Bu dövrdə canla-başla Allah üçün, Quran üçün, vətən üçün, millət üçün səy göstərən Tayyib hocama haqsızlıq etməyə cəhd etmək, işinə mane olmaq mənim inancıma görə fitnədir. Türkiyə olaraq prezidentin ətrafında millət olaraq möhkəm birləşək, dəccaliyyətin həmlələrini aradan qaldıraq. Qarışıqlıq olduğu dövrdə liderin ətrafında birləşmək, möhkəm birləşmək fərzdir. Belə dövrdə ediləcək tək şey birlik olmaqdır, çox möhkəm şəkildə bütöv millət olaraq möhkəm birləşməkdir. Türkiyə olaraq prezidentin ətrafında millət olaraq möhkəm birləşək, dəccaliyyətin həmlələrini aradan qaldıraq. İngiltərə dərin dövlətinin tərəfdarları əxlaqsızcasına Tayyib hocamı hədəf seçmiş vəziyyətdədirlər. Sitatlar
İngiltərə dərin dövləti və dünyadakı homoseksual qruplaşma Türkiyəyə qarşı fəaliyyət göstərir. Dövlətin keyfiyyətini, xüsusiyyətini, etibarlı quruluşunu öz aləmlərində pozmağa çalışırlar. Buna mane olmaq üçün dünyəvi, ziyalı və mədəni təbəqə mütləq Tayyib hocamızı dəstəkləsin, tək qoymasın. Sitatlar
Müsəlmanlar rəhbərsiz olsun deyənlər Arakanda, Suriyada, Yəməndə baş verənlərin davam etməsini istəyirlər deməkdir. Müsəlmanlar mənəvi lider ətrafında birləşsə, Quran əxlaqı tam yaşansa, heç bir yerdə zülm, haqsızlıq və ədalətsizlik qalmaz. Sitatlar
Müsəlmanların mənəvi lider ətrafında toplanması Qurana görə fərzdir. Musəvilərin, xristianların, masonların belə rəhbəri var, lakin İslam aləmi rəhbərsiz olsun deyirlər. Çünki rəhbərsiz müsəlmanları hər yerdə asanlıqla əzə bilirlər. Sitatlar
Milli bir lider ətrafında birləşmək çox mühüm məsələdir. Buna görə də, Tayyib hocamın ətrafında tərəddüdsüz birləşək. Sitatlar
Türkiyə həm mövqeyi, həm tarixi, həm də sahib olduğu mədəniyyət və əxlaqla lider olacaq ölkədir. Lakin bu sevgi liderliyi şəklində liderlikdir. Sitatlar
Aparıcı ölkələrin liderləri bir yerə toplansa; “gəlin müharibə üçün pul xərcləmək əvəzinə, yaxşılıq, gözəllik üçün xərcləyək” desələr dərhal qəbul edilər. Təyyarələr, döyüş gəmiləri, bombalar, raketlər emal edilir. Müharibə üçün fövqəladə zəhmət çəkirlər. Bu böyük dəlilikdir. Dostcasına yaşamaq, sülhü təmin etmək çox asandır. Sitatlar
Bu millət qiyamətə qədər sabit qalacaq və inşaAllah İslam aləminə lider olacaq. Türkiyənin taleyində parçalanmaq yoxdur. Kommunizmin gəlməsi də mümkün deyil. Sitatlar
Liderə sahib çıxarlar. Lider qorunub, mühafizə edilməlidir. Ona söz gəlməsinə imkan verməyəcək, lazım gəlsə yolunda canını sipər edəcəksən. Lider olmaq asan deyil. Sitatlar
Öcalan həqiqətdə PKK-nın istədiyi kimi bir lider deyil. Kommunistlər onu Marksizmə xəyanət etmiş hesab edirlər. Öcalan liderlik xüsusiyyətini itirmiş vəziyyətdədir. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il fərəhlik və aydınlıq olacaq inşaAllah. 2071-ci ilə qədər dünyanı abadlaşdırmağa davam edəcəyik, möhtəşəm gözəlliklər görəcəyik Allahın icazəsi ilə. İnsanlar ilk dəfə dünyanı belə gözəl görəcəklər. Tayyib hocam da Allahın icazəsi ilə 2023-cü ildə bu millətin başında olacaq. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur