logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 4 iyul 2018

avatar

Adnan Oktar

Allah ilə ağıllı əlaqə çox önəmlidir. Allaha qarşı, haşa, bilən, "mən edərəm" məntiqiylə hərəkət etmək, təkəbbür göstərmək çox pisdir. Səni kamil edən Allahdır. Sənə dərinlik verən Allahdır. Sənə Özünü dərk elətdirən Allahdır. Allah Özü ilə yaxın əlaqəni çox əhəmiyyətli görər. Allah ilə həmişə isti əlaqə həyatidir.
A9 TV; 4 iyul 2018
1431
avatar

Adnan Oktar

Qəddarlıq və sevgisizliyin qanunla qadağan edilməsi lazımdır. Bütün müəssisələrin sevgini əsas alması lazım olduğu, həyat məqsədi olaraq sevginin izah edilməsi əsas şərt olduğu, dövlətin bütün qurumlarının sevgiyə görə hərəkət etməsi lazım olduğu konstitusiyaya qısa maddə olaraq əlavə edilməlidir.
A9 TV; 4 iyul 2018
avatar

Adnan Oktar

Şeytanın çirkin fısıltısını, münafiqləri dinləmək, Qurana görə haramdır. Heç bir münafiqin, heç bir şeytanın, İslam əleyhinə deyilən heç bir sözün dinlənilməməsi lazımdır. Allah, İslam əleyhinə danışılan yerdən uzaqlaşmaq lazım olduğunu bildirmişdir. Müsəlman, münafiqin pisliyiylə, lağım kimi dünyasıyla ünsiyyətdə olmaz.
A9 TV; 3 iyul 2018
avatar

Adnan Oktar

Münafiq, o axmaq halı ilə müsəlmanlara təsir etməyə çalışarkən bilmədən Quranı və İslamı istifadə edər. Münafiq, Qurana qarşı Quranı istifadə edən məxluqdur. "Siz İslama, Qurana gecə gündüz vaxt ayırırsınız, amma insanın tətilə ehtiyacı olur. Gedin 3 ay tətil edin" deyir. O vaxt İraqda, Suriyada onlarla müsəlmanın şəhid edilməsi münafiqi heç vaxt maraqlandırmaz.
A9 TV; 3 iyul 2018
avatar

Adnan Oktar

Şeytan müsəlmanlara pıçıldayar amma bunun təsiri yüngül olar. Bu pıçıldama ilə yazılı və vizual olaraq da təsir etmək istəyər. Bunun üçün də işçi istifadə edər. Boş, ölü məxluqları yəni münafiqləri istifadə edər. Əsas məqsədi də zəif olanı öz tərəfinə çəkməkdir. Şeytan, qotur itin üzərindəki bitləri təmizləyən qarğa kimidir. Münafiq qarğa kimi qotur it üzərindəki bitləri təmizləyər, o da onu aparar. Bunların təməlləri də qotur it kimidir.
A9 TV; 3 iyul 2018
avatar

Adnan Oktar

Uşaq itmələri və cinayətlərini tam olaraq əngəlləməyin yolu edam ya da xədim etmək kimi cəzalar deyildir. Əlbəttə cinayət sanksiyası tələb olunar və tətbiq olunmalıdır, ancaq belə vəhşicəsinə cinayət işləyən birinə bu cinayət sanksiyaları tək başına mane olmur, qorxutmur. Uşaq onsuz da şəhid olduqdan sonra bu vəhşiliyi edəni xədim etməyin mənası qalmaz. Mühüm olan uşaq zərər görmədən əvvəl tədbir almaqdır. Bunun üçün də əsas doğru təhsildir. Darvinist, materialist təlqinlərlə, "sən kor təsadüflərin məhsulusan", "var olmaq üçün mərhəmətsiz, eqoist olmaq məcburiyyətindəsən", "heyvanlar kimi mübarizə aparmalısan" təlqinlərlə insan yetişdirilsə bu cür zülmlər son tapmaz. Darvinist, materialist təhsil ləğv edilər, insanlara sevgi, mərhəmət, Allah qorxusu öyrədilsə hüzurlu və etibarlı cəmiyyət meydana gələr.
A9 TV; 3 iyul 2018
avatar

Adnan Oktar

Hər kəsin hər kəsə salam verdiyi, dost olduğu dünya istəyirik. İnsanlar həmişə bir-birinə məsafəli və uzaqdır. Yalnız öz ailəsini sevir. Hər kəsin bir-birinə ailə olduğu dünya olması üçün məşğul oluruq.
A9 TV; 19 iyun 2018
avatar

Adnan Oktar

İmanın dərinləşməsi çətin deyil. Amma çox səmimi olmaq lazımdır. İnsan səmimi olduqda iman dərinliyi öz-özünə inkişaf edən nemət olaraq möminə verilər.
A9 TV; 21 iyun 2018
avatar

Adnan Oktar

Allaha güvənmək əhəmiyyətlidir. Əgər insan Allaha güvən mövzusunda özünü zəif görürsə, özünə əsəbiləşərək bu mövzunun üstünə getməlidir. İnsanlar təvəkkül edə bilmədikləri üçün çətin yaşayırlar. Allah insanlara zülm etməz, təvəkkül etmədikləri üçün insanlar özləri özlərinə zülm edirdilər.
A9 TV; 22 iyun 2018
avatar

Adnan Oktar

Allahı candan sevən və böyüklüyünü qavrayan, dünyanın ən təsirli, ən böyük gücü halına gələr. Heç kim, o insanı məğlub edə bilməz.
A9 TV; 27 iyun 2018
avatar

Adnan Oktar

Din dərsində əsas sevgi və mərhəmət öyrədilməlidir. Allah niyə sevilir, Allahın sənəti nədir, Allahın böyüklüyü necə aydın olar, iman həqiqətləri nələrdir, Quran möcüzələri nələrdir bunların gənclərə izah edilməsi lazım.
A9 TV; 18 iyun 2018
avatar

Adnan Oktar

İnsanlar ən çox imanı güclü olan kəslərdən təsirlənər. Mömin gözəl təbliğ etmək istəyirsə imanının çox güclü, Allah sevgisinin çox dərin, Allaha güvənin tam olması lazımdır. O zaman bu insanın etdiyi təbliğ müdhiş təsirli olar, Allahın izni ilə.
A9 TV; 21 iyun 2018
avatar

Adnan Oktar

İnsanlardakı ən vəhşi instinkt gələcək qorxusudur. Bir çox insanın çəkdiyi acının təməlində gələcəkdən duyduqları qorxu vardır. Heç vaxt gələcəklərini zəmanət altına aldıqlarını düşünüb rahatlamırlar. Rahatlığı təmin edəcək yalnız Quranda izah edilən vəlayət sistemidir. Çünki vəlayət sistemində hər kəs hamının anası, atası, qardaşı, qoruyucusu olmaqla məsuldur.
A9 TV; 19 iyun 2018
avatar

Adnan Oktar

Bezmək, Allahın imtahanını istəməmək deməkdir. Sevgidən bezmək deməkdir. Belə bir şey möminin qədərində yoxdur. Mömində bezginlik olmaz. Bezginlik ölü olaraq yaradılmış varlıqlarda olar. Onlar yeməkdən, əylənməkdən, gəzməkdən hər şeydən bezərlər. Möminin isə hər anı həyəcan, hər anı yenilik, hər anı sevincdir. Mömin hara dönsə yaxşılıq, hara dönsə xeyirdir.
A9 TV; 18 iyun 2018
avatar

Adnan Oktar

Bu əsrdə insanlar heç bir dövrdə nəsib olmamış böyük möcüzələr görəcəklər. İslamın hakimiyyətini, Mehdini, iki min il sonra İsa Məsihi, Tabut-u Səkinəyi, Hz. Süleyman dövründən gələn müqəddəs əmanətləri görəcəklər inşaAllah.
A9 TV; 19 iyun 2018
avatar

Adnan Oktar

Sənətçilərə sahib çıxılması çox vacib mövzudur. Sənətçilərin hamısına mütləq dövlət medalı və sabit maaş təmin edilməsi lazımdır. Sənətçi çalışıb pul qazanmaq məcburiyyətində olmamalıdır. Həyatları zəmanət altında olmalıdır. Sənətçi bir yerə gəldiyi zaman ondan ödəniş alınmaz.
A9 TV; 22 iyun 2018
avatar

Adnan Oktar

Ehtiras olması üçün eqoist olmamaq lazımdır. Eqoist olmaq dünyadakı ən böyük faciədir. Eqoist insan məhv olmuş deməkdir. Səmimi insan Allah üçün və sevdikləri üçün yaşayar. Eqoistlik insanı adiləşdirər və bəsitləşdirər.
A9 TV; 18 iyun 2018
avatar

Adnan Oktar

İnsanların sevinci, xoşbəxtliyi və azadlığı çox vacibdir. Tayyib hocam və hökumətimizdən xahiş edirik, "insanların xoşbəxt olmasını istəyirik, sevincə azadlığa üstünlük verəcəyik. Gənclərin, qadınların azad olmasını istəyirik. Həyatın yaxşı olmasını istəyirik" açıqlamalarına üstünlük versələr çox gözəl olar.
A9 TV; 18 iyun 2018
avatar

Adnan Oktar

Hər an Allah ilə birlikdə hərəkət etmək lazımdır. İnsanların ən böyük bəlası Allaha güvənməkdə şübhəyə düşmələridir. İnsanların bəzisi mənfəətlərinə zidd düşəndə Allahı buraxmaq meylində olar. Əksinə bəla, dərd gələndə Allaha daha güclü sarılmaq lazımdır. Allah onsuz da o hikmətlə bəlanı verər. O zaman bütün yollar o insana açılar.
A9 TV; 18 iyun 2018
avatar

Adnan Oktar

Sərhədimizdə terrorist heç bir quruluş istəmirik. Allah ordumuzu müzəffər etsin. Allah əsgərimizi namərd güllələrdən qorusun.
A9 TV; 18 iyun 2018
avatar

Adnan Oktar

Şəhidlərimizin hamısı cənnət quzusudur. Necə nəsiblilər ki, Allah onlara ən gözəl məqamı vermiş. Allah bizlərə də yataq ölümü verməsin. Şəhidlik çox şərəfli, çox böyük nemətdir. Allah ailələrinə də xeyirli, gözəl ömür versin, onları razılıq içində yaşatsın.
A9 TV; 19 iyun 2018
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Allah ilə əlaqəni kəssən əgər, xoşbəxtliyi də kəsmiş olarsan. Sənə həyat verən, sənə nəfəs aldıran, sənə sayıla bilməyəcək qədər çox nemət verəni unutsan, bu zülmün ən böyüyüdür. Sitatlar
Allah insanlardan zəif sevgi istəmir. Bu insanı da doyurmaz, Allah da belə sevgi istəməz. Üsulu ilə sevgi əsla olmaz. Allahı, Allahın istədiyi kimi tam haqqıyla sevənlərin isə sayı çox azdır. Allahı ən çətin şərtlərdə sevmək əsasdır. Peyğəmbərlər çox çətin şərtlər altında sevgilərini davam etdirmişlər. Sitatlar
Allah monotonluğu istəməz. Fərqli mədəniyyətlər, fərqli dillər, fərqli insanlar bir gözəllikdir və nemətdir. Allah istəsəydi bütün insanları eyni yaradardı, amma özümüzü inkişaf etdirməmiz və zövq almağımız üçün fərqli-fərqli yaradır. Sitatlar
Allah Özünü sevməyən insanların əsla xoşbəxt olmayacaqları şəkildə dünyanı yaratmışdır. Qəlblər ancaq Allah sevgisiylə, Allaha dostluqla rahat edə bilər. Dünya əksinə kilidlənmişdir. Allah sevgisi olmadan kimsə xoşbəxt ola bilməz. Sitatlar
Allah Qəhrəmanmaraş şəhidlərimizin şəhadətini mübarək etsin. Allah bizlərə də o igidlərin gözəl mövqeyini nəsib etsin. Sitatlar
Allah sevgisində dərinləşmək istəyən əziyyətə və acıya talib olacaq. Sevginin kökündə əziyyət, acı və hər zaman müsbət düşünmək vardır. İnsan necə sevdiyinin ona həmişə hüsnü-zənlə baxmasını istəyirsə, Allah da insanın ona həmişə müsbət baxmasını istəyir. Əziyyətlərin, acıların içində mömin həmişə Allah haqqında müsbət düşünəcək. Sitatlar
Din dərsində əsas sevgi və mərhəmət öyrədilməlidir. Allah niyə sevilir, Allahın sənəti nədir, Allahın böyüklüyü necə aydın olar, iman həqiqətləri nələrdir, Quran möcüzələri nələrdir bunların gənclərə izah edilməsi lazım. Sitatlar
İnsanların böyük hissəsi sadə maraqlarını, haşa, Allaha tərcih edən cahillik və eqoizm içindədir. İnsanların bütün bu nankorluğuna baxmayaraq Allah çox mərhəmətli və mehribandır. Sitatlar
Qəzəblənməkdən utanmaq lazımdır. Allah səni görür, sən isə qəzəblənirsən. Alçaldıcı vəziyyətdir. Müsəlmanın qəzəbi, dürüstlük duyğusu və qərarlılıq şəklindədir. Sitatlar
Şəhidlərimizin hamısı cənnət quzusudur. Necə nəsiblilər ki, Allah onlara ən gözəl məqamı vermiş. Allah bizlərə də yataq ölümü verməsin. Şəhidlik çox şərəfli, çox böyük nemətdir. Allah ailələrinə də xeyirli, gözəl ömür versin, onları razılıq içində yaşatsın. Sitatlar
Uşaqların beyni çox təmizdir. Uşağa meyvələri, çiçəkləri, quşları göstərib "Allah nə gözəl yaratmış" deyiləndə bu onun beyninə dərhal yerləşər. Uşaqlarla danışarkən hörmət göstərərək danışmaq lazımdır. Anlamırmış kimi, ağılı yoxmuş kimi danışmaq olmaz. Sitatlar
Prezidentlik sistemi vətənimizə, dövlətimizə, millətimizə xeyirli olsun. Tayyib hocam xeyir yolunda olduğu üçün, İttihadı İslam yolunda olduğu üçün inşaAllah kürəyi yerə gəlməyəcək. Allah ümməti Məhəmmədin başından əskik etməsin, Allah millətimizin başından əskik etməsin. Allah xeyir yolda yolunu həmişə açıq etsin. Hökumətimizə də Allah həmişə müvəffəqiyyət nəsib etsin. Sitatlar
Hər ağrını Allah xüsusi olaraq yaradar. Təsvir niyə ağrısın? Diz ağrımaz, Allah ağrını möcüzə olaraq yaradar. Ağrıları, acıları, çətinlikləri heç sayaraq bütün diqqətini Allaha verəcəksən. Dişinə, başına, dizinə, çəkinə, sənədinə diqqətini verərsən çox bulanıq həyat yaşayarsan. Diqqətin tam olaraq Allahda olarsa, hər şeyin gözəl olar. Sitatlar
Hər nemət Allah qorxusuyla qazanılar. Sevgi, ağıl, gözəllik, hər ��ey Allah qorxusuyla meydana gələr. İnsanlar Allahdan qorxduqlarında nələr qazanacaqlarını bilmirlər. Halbuki hər şeyin təməlində Allah qorxusu vardır. Allah qorxusu insanı dəhşətə salan qorxu deyildir. Allahın sevgisini itirmə qorxusudur. Sitatlar
Mömin gücünü Allah ilə ağıllı əlaqəsindən alar. Allah ilə ağıllı əlaqənin qüvvətli olması və çox güclü olaraq kəsilmədən davam etməsi lazımdır. Allah ilə əlaqənin incəlməsi çox alçaldıcıdır. Bu, insanın həm ruhuna həm bədəninə zərər verər. Allah ilə yüksək, dərin əlaqənin keyfiyyətinin heç vaxt düşməməsi lazımdır. Bəzi insanların diqqəti dağılır, zamanla əlaqəsi zəifləyər. Bunu heç vaxt qəbul etməmək gərək. Sitatlar
Uşaq sevindirmək gəmi ilə gəzməkdən, lüks məkanda yemək yeməkdən daha çox zövqlüdür. Uşaq ən kiçik bir şeylə xoşbəxt olar. Onları xoşbəxt etmək gözəllikdir. Sitatlar
Qəddarlıq və sevgisizliyin qanunla qadağan edilməsi lazımdır. Bütün müəssisələrin sevgini əsas alması lazım olduğu, həyat məqsədi olaraq sevginin izah edilməsi əsas şərt olduğu, dövlətin bütün qurumlarının sevgiyə görə hərəkət etməsi lazım olduğu konstitusiyaya qısa maddə olaraq əlavə edilməlidir. Sitatlar
Hər mövzunu mütləq sevgiylə, dostluqla, ağılla həll etmək lazımdır. Qəzəblə heç bir mövzunu həll etmək mümkün olmaz. Həll edilər kimi görünsə də, iki tərəfə də böyük zərər verər. Sitatlar
Şeytanın çirkin fısıltısını, münafiqləri dinləmək, Qurana görə haramdır. Heç bir münafiqin, heç bir şeytanın, İslam əleyhinə deyilən heç bir sözün dinlənilməməsi lazımdır. Allah, İslam əleyhinə danışılan yerdən uzaqlaşmaq lazım olduğunu bildirmişdir. Müsəlman, münafiqin pisliyiylə, lağım kimi dünyasıyla ünsiyyətdə olmaz. Sitatlar
Münafiq, o axmaq halı ilə müsəlmanlara təsir etməyə çalışarkən bilmədən Quranı və İslamı istifadə edər. Münafiq, Qurana qarşı Quranı istifadə edən məxluqdur. "Siz İslama, Qurana gecə gündüz vaxt ayırırsınız, amma insanın tətilə ehtiyacı olur. Gedin 3 ay tətil edin" deyir. O vaxt İraqda, Suriyada onlarla müsəlmanın şəhid edilməsi münafiqi heç vaxt maraqlandırmaz. Sitatlar
"Mehdi gəlmədi, Mehdi gəlməyəcək" deyənlər Mehdinin çıxış əlamətlərindən heç vaxt bəhs etmirlər. Mehdi gəlməyəcək deyə səhər axşam çaxnaşma salanlar, "Peyğəmbərimiz (s.ə.v) bu əlamətləri saydı və bunlar hələ olmadı" desinlər. Deyə bilməzlər, çünki Peyğəmbərimiz (s.ə.v), 600-dən çox əlamət saymış və bu əlamətlərin hamısı tək-tək bu dövrdə meydana gəldi. Sitatlar
Şeytan müsəlmanlara pıçıldayar amma bunun təsiri yüngül olar. Bu pıçıldama ilə yazılı və vizual olaraq da təsir etmək istəyər. Bunun üçün də işçi istifadə edər. Boş, ölü məxluqları yəni münafiqləri istifadə edər. Əsas məqsədi də zəif olanı öz tərəfinə çəkməkdir. Şeytan, qotur itin üzərindəki bitləri təmizləyən qarğa kimidir. Münafiq qarğa kimi qotur it üzərindəki bitləri təmizləyər, o da onu aparar. Bunların təməlləri də qotur it kimidir. Sitatlar
Quranda müdhiş azadlıq vardır. Quranda bildirilən haramlar çox azdır. Quran əxlaqı dünyaya hakim olduğunda insanlar çox azad və gözəl yaşayar. Sitatlar
Uşaq itmələri və cinayətlərini tam olaraq əngəlləməyin yolu edam ya da xədim etmək kimi cəzalar deyildir. Əlbəttə cinayət sanksiyası tələb olunar və tətbiq olunmalıdır, ancaq belə vəhşicəsinə cinayət işləyən birinə bu cinayət sanksiyaları tək başına mane olmur, qorxutmur. Uşaq onsuz da şəhid olduqdan sonra bu vəhşiliyi edəni xədim etməyin mənası qalmaz. Mühüm olan uşaq zərər görmədən əvvəl tədbir almaqdır. Bunun üçün də əsas doğru təhsildir. Darvinist, materialist təlqinlərlə, "sən kor təsadüflərin məhsulusan", "var olmaq üçün mərhəmətsiz, eqoist olmaq məcburiyyətindəsən", "heyvanlar kimi mübarizə aparmalısan" təlqinlərlə insan yetişdirilsə bu cür zülmlər son tapmaz. Darvinist, materialist təhsil ləğv edilər, insanlara sevgi, mərhəmət, Allah qorxusu öyrədilsə hüzurlu və etibarlı cəmiyyət meydana gələr. Sitatlar
Tərifləmək sevgini inkişaf etdirər. İnsanların bir-birlərinə qarşı könül alıcı olması, əxlaqının və görünüşünün gözəl yönlərini tərifləməsi lazımdır. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur