logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 7 İyul 2012

avatar

Adnan Oktar

ALLAH SURİYADAKI REJİMİ DEVİRƏCƏK. Ordakı dəccaliyyətə son qoyulması barədə hədislər də var. Qədərdən kənara çıxmaq olmaz. Mütləq devriləcək və insanlar Mehdini , İsa Məsihi görəcəklər. Dəccaliyyət istədiyi qədər müqavimət göstərsin, MEHDİ MÜTLƏQ ORTAYA ÇIXACAQ.
A9 TV; 7 İyul 2012
2016
avatar

Adnan Oktar

İnsan fitrəti elədir ki, həmişə Allaha inanır . YƏNİ QURAN OLMASA DA, YENƏ DƏ ALLAHA İNANIR. Fitri olaraq yenə Allaha dua edər. Yenə Ona özü bildiyi kimi ibadət etmək istəyər. Daha çox dua ilə Ona sevgisini ifadə edər. İnsan bir çox halalı, haramı da instinktlə bilir. Quranda keçən bir çox haramı bilir. Allah onun ürəyinə ilham edir.
A9 TV; 7 İyul 2012
avatar

Adnan Oktar

İMANSIZ YAŞAMAQ MÜMKÜN OLMADIĞI ÜÇÜN ALLAH QURANI, TÖVRATI, İNCİLİ VƏ DİGƏR MÜBARƏK KİTABLARI ENDİRİB. Əgər din həyatı bizə bildirməsəydi insanlar dəli olardı. Dinsizlik mühitində sevginin, həyatın heç bir mənası qalmaz.
A9 TV; 7 İyul 2012
avatar

Adnan Oktar

HƏR ŞEY ALLAHLA, ALLAHI SEVƏRƏK GÖZƏLDİR. Allahı sevmirsənsə, Ona inanmırsansa onsuz da yox olacaqsan, çünki məqsədsiz yaradıldığını düşünürsən. İnsanları təsadüfən meydana gəlmiş məxluqlar kimi qəbul edir, haşa. Sonsuz yaşamayacağını düşünür, kainatın kabus olduğuna inanır. İnsan belə bir həyatda dəli olar.
A9 TV; 7 İyul 2012
avatar

Adnan Oktar

ALLAHI XATIRLAMADAN DANIŞSAQ SEVGİ YOX OLAR. Sevincin, sevginin, həyatın , heç nəyin mənası qalmaz.
A9 TV; 7 İyul 2012
avatar

Adnan Oktar

Əgər sevgi olmasa, cənnət bağçaları ağaclarla dolu olsa, cənnətin çayları heç kimi maraqlandırmaz. Vildanların, cənnət uşaqlarının şirinliyi də onları maraqlandırmaz. Cənnət qılmanları, huriləri, cənnətdə evlər, cənnət yastıqları vardır. Cənnət yastıqlarında əl işləmələri, cənnət badələri, sürahilər vardır. Bütün bunlar sevgidən qaynaqlanır.
A9 TV; 7 İyul 2012
avatar

Adnan Oktar

Bizim sevgimizi də Allah yaşayar. Allah Özü yaratdığı üçün sevgimizdən xəbərdardır.
A9 TV; 7 İyul 2012
avatar

Adnan Oktar

Sevgidən sevgi doğar. Dərhal insanda bir qorumaq hissi yaranır. Ömrü boyunca sevən, axirətdə də birlikdə olmaq istəyən bir ruh inkişaf edir. Allahın bəyəndiyi də budur.
A9 TV; 7 İyul 2012
avatar

Adnan Oktar

SEVGİ OLMASA KAİNATIN, HEÇ BİR ŞEYİN MƏNASI OLMAZ. Hər şey sevgiyə əsaslanır. Zərif, itaətli, dedi-qodusuz sevərik. SİSTEM SEVGİ ÜZƏRİNDƏ QURULUB. Allah bizdən bunu istəyir.
A9 TV; 7 İyul 2012
avatar

Adnan Oktar

Sevgi kainatın yaradılış səbəbidir. Allah buyurur ki, "İnsanları Mənə ibadət etsinlər deyə yaratdım".Amma ibadətdə də Allah sevgini əsas götürür.
A9 TV; 7 İyul 2012
avatar

Adnan Oktar

Dünyanın hər tərəfində Müsəlmanlara qarşı zülm edilir. Birlik olmadıqlarına görə Müsəlmanlar bütün dünyada əzab çəkirlər.
A9 TV; 7 İyul 2012
avatar

Adnan Oktar

İran, Türkiyə, Misir birləşsə problem həll olar. Sırf üçü birləşərsə İslam Birliyi yaranar və küfr də məhv olar. Belə olduqda Suriyadakı zülmkarlar heçnə edə bilməz . Beləcə Türkiyə dünyanın ən böyük gücə malik dövlətinə çevrilər.
A9 TV; 7 İyul 2012
avatar

Adnan Oktar

Dövlət tez bir zamanda İslam Birliyini yaratmaq üçün açıq, ictimai siyasət aparmalıdır. Daha cəsur, daha qərarlı olmalıdır. Bütün partiya liderləri bunu izah etməlidirlər.
A9 TV; 7 İyul 2012
avatar

Adnan Oktar

Biz millət olaraq əsgərik. BUNA GÖRƏ DƏ ƏSGƏR KİMİ DİQQƏTLİ, AYIQ-SAYIQ, HÜCUMA HAZIR OLMALIYIQ. Rahatca işimizi görə bilmirik, döyüş ab-havası vardır. Hal-hazırda ikinci qurtuluş savaşı gedir.
A9 TV; 7 İyul 2012
avatar

Adnan Oktar

Bizim böyük ölkə, mərkəzi və lider olmağımız məcburən əsgər olmağımızı tələb edir.
A9 TV; 7 İyul 2012
avatar

Adnan Oktar

Elm nemətdir, gözəllikdir, Allahın sənətini, Allahın bizi necə yaratdığını ortaya çıxarar, sübut edər və bizə göstərər. Bizim Allaha hayranlığımızı, sevgimizi, məhəbbətimizi artırar.
A9 TV; 7 İyul 2012
avatar

Adnan Oktar

Elmi, elm adamlarını təşviq edək, qoruyaq. Hətta ən çox onların qayğısına qalaq.
A9 TV; 7 İyul 2012
avatar

Adnan Oktar

Allah buyurur ki, "Sizə yalnız Qurandan sorğu-sual edəcəyəm", "Ondan imtahan olunacaqsınız". Xurafatçılar bu barədə yaxşı düşünsünlər. Allah buyurur ki, "başqa heç nədən sorğu-sual etməyəcəyəm".
A9 TV; 6 İyul 2012
avatar

Adnan Oktar

Qarşıda Türkiyəni çox gözəl günlər gözləyir. Təbii ki, çətin və ağrılı günlər də olacaq. Böyük hadisələr bütün bölgədə baş verəcək. Amma sonda Mehdi- Muntazırı, Sahibüzzamanı görəcəyik.
A9 TV; 6 İyul 2012
avatar

Adnan Oktar

Türkiyə bölgənin zəngin, güclü dövlətidir. Mənəvi zənginliyi ən əhəmiyyətli xüsusiyyətidir.
A9 TV; 6 İyul 2012
avatar

Adnan Oktar

Avropa Birliyi dağınıq vəziyyətdədir. Dağıntıya "sizi alacağıq" deyirlər. Əslində elə Türk-İslam Birliyi sizi ― Avropanı alacaq.
A9 TV; 6 İyul 2012
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
AXIR ZAMANDA BÖYÜK MƏSCİDLƏR ALLAH TƏRƏFİNDƏN MEHDİ (Ə.S) ÜÇÜN HAZIRLANIR. Müsəlmanlar Ankaranın küçələrinə sığmayacaq. MEHDİ (Ə.S) ORADA DA MƏHƏMMƏD ÜMMƏTİNƏ NAMAZ QILDIRACAQ. İsa Məsih (ə.s.)-a  namaz qıldıracaq. Ankaranın bütün əsas küçələri dolacaq. Məhəmməd ümməti sığmayacaq, bunu da görəcəksiniz. Tək mərkəzdən təkbir gətiriləcək və bu, hər yerdə eşidiləcək. İstanbulda da elə olacaq. Sitatlar
Xurafatçılar hər yerdə problemdirlər. Bunlar dəccalın ikinci buynuzudurlar. Dünyanın hər yerində fitnə-fəsad vardır. Bunlara görə İslamın hakimiyyəti yüz il gecikdi, amma təbii ki, Cənabı Allah vəsilə edir. Mütləq Mehdi (ə.s) gələcək. Ondan başqa bir şeyə Cənabı Allah icazə vermir. Sitatlar
Kommunist rejiminin İslam Birliyini qəbul etməsi mümkün deyil. İranda, Suriyada kommunist rejim vardır. Buna görə bu rejimlərin dəyişməsi ilə İslam Birliyi yaranacaq. Sitatlar
İki günlük dünyadır və imtahan oluruq. "Sevək, sevilək, dünya heç kimə qalmaz." Vaxt itirmədən qardaş olaq, mehriban olaq. Mehriban olmaq çox asandır. Beş, on ölkənin liderləri, ziyalıları bir araya gələcək, qərar verəcək və tətbiq edəcəklər. Hər şey bu qədər asandır. Heç kim bir şey deməz. İnsanlarda bayram sevinci yaşanar, problem də bitər, İnşaAllah. Sitatlar
Səudiyyə  Ərəbistanının ziyalıları, orda da ağıllı, səmimi Müsəlmanlar vardır, daha sonra İranda rəhbərlikdə olan, ancaq gizli qalmış, bilinməyən nüfuzlu insanlar,  İordaniya kralı və mühiti, Livanda müsəlmanların irəli gələnləri, Misirdə müsəlmanların qabaqcılları da iştirak edəcəklər. Pakistanda və Türkiyədə də eynilə olacaqdır. Çox gözəl  məclis qurulacaq. İttifaqla Mehdi (ə.s)-a tabe olacaqlar. Bundan sonra artıq təkcə ALLAH xatırlanacaq . Savaş deyil, sülh, sevgi, olacaq. Sitatlar
Suriyalılar bizə çox əzizdir, hələ Osmanlı dövründən bacı-qardaşımız olublar. Xəritəyə baxsaz görərsiz. İngilislər o torpaqları Suriya adı altında Osmanlıdan aldılar. SURİYA  DEYİLƏN YER YOXDUR. HƏLƏB, ŞAM HƏLƏ QƏDİMLƏRDƏN OSMANLI ƏRAZİSİ OLMUŞ. SURİYALILAR DA ƏZƏLDƏN ÖZ ÖVLADIMIZ , BACI-QARDAŞLARIMZ OLUBLAR. Sitatlar
Xristian-Müsəlman birliyi Mehdiyyətin bir xüsusiyyətidir. Əks təqdirdə İslamın dünya hakimiyyəti həyata keçməz. Mütləq İsa Məsih (ə.s.) və Hz. Mehdi (ə.s)  tələbələri birlikdə hərəkət edəcək və bu şəkildə dünyaya hakim olacaqlar. Sitatlar
Bütün İslam aləminin bir lideri olmalıdır. Müsəlmanların rəhbərsiz olmasını təsəvvür etmək mümkün deyil, amma bu, anti-demokratik, anti-dünyəvi, gözünü qan bürümüş, əli qılınclı, hücuma hazır duran xurafatçı kimi deyil, sevgi, mərhəmət, şəfqət, ağıl, demokratiya, yaxşılıq, gözəllik, elm və sənətin ən yüksək nöqtəsinin tətbiq olunduğu, ən yüksək mədəniyyətin olduğu bir birlik olacaq. Sitatlar
Küfrün olması çox əhəmiyyətlidir. İnsanlar küfrün, dəccalın yoxluğunu istəyir. Lap yaxşı, amma belə olduqda imtahanın, savabın da olmaz. Buna görə də Allah dəccaliyətin ömrünü uzadır.  Məsələn, dəccalın ömrü qırx ildirsə, İslam hakimiyyətində Mehdi (ə.s)-ın iman həqiqətləri istiqamətindəki fəaliyyəti də qırx ildir. Sitatlar
Allah kainatı, dünyanı Mehdiyyətə uyğun şəkildə qurmuşdur. Hadisələr o istiqamətdə baş verir. Lakin insanlar səbr edib gözləyə bilmirlər. O qədər tələsirlər ki, Allah ayədə belə buyurur: "İnsan tələskən yaradıldı". Hər şey dərhal olub qurtarsın, dərhal Mehdi (ə.s) üzə çıxsın, İsa Məsih gəlsin, İslam Birliyi yaransın. İslam Birliyi yarandıqdan sonra daha savab qazana bilməyəcəksən. Sitatlar
Masonların tək istədikləri şey, yəni səmimi olaraq mənim gördüyüm, İslamın dünyaya hakim olması, sülhün gəlməsidir. İslamın hakim olmasında onları əsl maraqlandıran sevgi, sülh, qardaşlıq, dostluq, qanın dayanması, döyüşlərin olmaması, sənətin və elmin hakim olmasıdır. Bu həmçinin də Mehdiyyət deməkdir. Sitatlar
Mehdiyyət dövründə gənc qızlar həyatlarının ən gözəl dövrünü yaşayacaqlar. İndi dəyərləri o qədər bilinmir. Dünyanın bir çox yerində belədir. Nə sevgidən zövq ala bilirlər, nə xoşbəxtliyi yaşaya bilirlər, nə də azadlığı... O dövrdə istədikləri kimi geyinəcək və əylənəcəklər. Hər yerdə can təhlükəsizliyi olacaq. Sitatlar
Darvinistlər, materialistlər, kommunistlər, onlara görə, Allahı aciz vəziyyətə salmaq üçün, haşa, səy göstərirlər. Lakin heç bir təsiri olmaz. Çünki qədərdə onları, onların İslam əleyhinə fəaliyyətlərini yaradan da Allahdır. Sitatlar
Fironu, Nəmrudu, Darvini, Stalini, Lenini, hər birini yaradan Allahdır. Allah hər bir kommunistin,  dinsiz, imansızın fəaliyyəti qədərdə onlar daha doğulmadan əvvəl yaratmışdır. Buna görə də Allahın istəyindən kənara çıxa bilməzlər. Sitatlar
Dəccaliyyət hal-hazırda elm adamları ilə zərbə endirir. Saxta elmlə mübarizə aparır. Firon dövründə necə idi? Bütün ölkəyə hakim olmuş elm adamları var idi, lakin saxta elmlə xalqı aldadırdılar. Cadugərlər xalqa cadu edirdilər. Sitatlar
Əvvəl dəccal hərəkətə keçir. Əgər Mehdiyyət hərəkətə keçsə, onda qarşısında mübarizə aparacağı bir qüvvə olmaz. Əvvəlcə qum torbası olmalıdır, Mehdiyyət də onu döyməlidir. Buna görə də biz istəyirik ki, darvinistləri, materialistləri, kommunistləri elmlə, zəka ilə, ağılla məhv edək. Sitatlar
Əvvəllər, məsələn, tək firon idi. İndi yüzlərlə firon, Nəmrud Mehdiyyətə qarşı hücum edir. Buna görə Mehdiyyət çox əhəmiyyətlidir. FİRONLARIN VƏ NƏMRUDLARIN HAMISINA BİRLİKDƏ DƏCCALİYYƏT DEYİRİK. Sitatlar
Mehdi mübarizə apararkən xurafatçı, dinsiz dəccallar da ittifaq halında Mehdiyyətə qarşı hücum edəcəklər. Sitatlar
Şəfqət və sevgi əhəmiyyətlidir. Suriyadakı qarışıqlıqları siyasətlə  deyil, sevgi ilə, imanla, danışıqlar yolu ilə həll etmək olar. Dünyadakı bütün problemlərin həlli sevgidir. Sitatlar
Suriyada bir dərin dövlət strukturu var, bunun ayırd edilməsi lazımdır. Buna qarşı ən düzgün davranış Türkiyə ilə Suriyanın birləşməsidir, İslam Birliyidir. Bunu Mehdi (ə.s) edəcək. Bu zaman İsa Məsih siyasi istiqamətini təşkil edər. Mehdi (ə.s) da imani və birlik quruluşunu yaradar. Sitatlar
Suriyanı yerlə yeksan etmək səhv addım olar. Bizə aid olan bölgə, torpaqlar, millət, insanlardır. Niyə öz əlimizlə öz qolumuzu kəsməliyik, bizi buna məcbur edən nədir? Sitatlar
Suriya adlı dövlət yoxdur. Süni olaraq yaradılmışdır. İngilislər kürsüyə oturtdu, cədvələ qələmlə belə bir xətt çəkdilər, "buda sənə dövlət" dedilər. Belə bir dövlət yoxdur. SURİYA OSMANLININ BİR VİLAYƏTİDİR. HƏLƏB, ŞAM HƏR ZAMAN BİZİM OLUB. HƏR BİRİ QARDAŞIMIZDIR, ÖVLADLARIMIZDIR. SURİYANIN TÜRKİYƏ İLƏ BİRLƏŞMƏSİ ÇOX MÜHÜMDÜR. Sitatlar
İndi Türkiyə ilə Suriyanı vuruşdurmaq istəyirlər. Burda qalib gələn, məğlub olan  olmaz. Haram və zülmündən başqa bir şey yoxdur. QARDAŞ OLMADIĞIMIZ ÜÇÜN BAŞ VERƏN FİTNƏ, ŞƏXSİ MƏNƏVİÇİLİYİN, MEHDİ (Ə.S) ƏLEYHDARLIĞININ VERDİYİ ƏZAB BÖLGƏNİ BÜRÜDÜ. DEMƏLİ, MEHDİ (Ə.S)-A QARŞI OLMAQ, ŞƏXSİ MƏNƏVİÇİLİK, İZTİRAB, AĞRI-ACI YARADIR. Mehdiyyət ruhu altında qardaşlarımızı birləşdirək. Sitatlar
Suriya İslam Birliyinə yanaşmadığı, Türkiyədə də İslam Birliyi meydana gəlmədiyi üçün belə ağrı-acılar, iztirablar bir-birinə bağlı şəkildə davam edər, daha da artar, Allahualəm. İslam Birliyi qurulana qədər davam edəcək. Sitatlar
Bu KCK-lılar, PKK-lılar bunu yaxşıca ağıllarına yeritsinlər ki, nə olursa olsun bir santimetr də torpaq vermərik. Türkiyənin qüruruna, milli şərəfimizə zərər verən hər hansı bir hərəkətə icazə vermərik. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur